Məhkəmə qərarları › İş №2(027)-2191/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2191/2021

19.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2191/2021 19.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçilər X20 və X8 iştirakı ilə, Ərizəçi X12 maraqlı şəxs Azərbaycan Respublikası DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi1 Sultanəli qızı ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 nömrəli qərarı ilə verilmiş JN-0080 KOD 30319018 saylı Torpağa Mülkiyyət X16ra məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Quba rayonu İ Nügədi kəndində yaşayan Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, həyat yoldaşı Ərizəçi1 Sultanəli qızı ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iş üzrə Dövlət Aktında adları səhv qeyd olunan atası X7, anası X10 yaxın qhumu olduğunu nəzərə alaraq onu iş üzrə ərizəçi qismində iştirakının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Ərizəçi1 Sultanəli qızı bildirdi ki, Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu tarixli, 07 nömrəli qərarı ilə ona və ailə üzvlərinə JN-0080 kod 30319018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. X36 adı “Ərizəçi1 Sultanəli qızı” əvəzinə səhvən “Ərizəçi1 Sultanağa qızı”, qaynatasının adı “X7” əvəzinə səhvən “X9”, qaynanasının adı “X18” əvəzinə səhvən “X27” kimi yazılaraq, ata adları düzgün qeyd olunmamışdır. Qeyd edib ki, adımıza verilmiş doğum haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqələrində və ölüm haqqında şəhadətnamələrdə ad, soyad və ata adı Ərizəçi1 Sultanəli qızı, X7 və X5 qeyd olunmuşdur. Dövlət Aktında qeyd olunan Ərizəçi1 Sultanağa qızı, X9 və X14 olaraq qeyd olunmuşdur. X2 31.01.2009cu il tarixdə, qaynanası X18 13.05.2011-ci il tarixdə vəfat etmişdir. Hazırda sənədləşmə işi ilə əlaqədar torpağa mülkiyyət hüququna X38 qeyd olunan yanlışlıq olduğuna görə sənədləşmə işi apara bilmir. Göstərilənləri nəzərə alaraq, Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999cu il tarixli, 07 nömrəli qərarı ilə verilmiş JN-0080 KOD 30319018 saylı Torpağa Mülkiyyət X16ra məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahişetdi. Məhkəmədə Ərizəçi2 ərizəni mmüdafiə edərk bildirdi ki, JN-0080 kod 30319018 saylı Dövlət Aktında atasının, anasının və həyat yoldaşının ata adları səhv yazılıb. Onun atasının ata adı “Məmmədhəmid” deyil “Məmmədhənifə”, anasının ata adı “Necim” deyil, “Nəcməddin”, yoldaşınınn ata adı “Sultanağa” deyil, “Sultanəli” dir. M. X23ra məxsus olması barədə ərizənin təmin olunmasını xahiş etdi. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 5 saylı Xaçmaz İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X25 bildirdi ki, Ərizəçi2 onun xalası oğludu. Onun atası X7, anası X13r. Ərizəçi1 Məhəmmədin həyat yoldaşıdı, atasının adı Sultanəlidir. Məhkəmə ərizəçilər Ərizəçi2, Ərizəçi1 Sultanəli qızını və şahid X21 dinləyib və işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-0080 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X38 mülkiyyətçilər, X1 Əminə Necim qızı, Ərizəçi1 Sultanağa qızı yazılmışdır. İş materiallarında olan AZ-İ 342877 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 31.01.2009-cu il tarixdə vəfat etmişdir, ölüm haqqında akt qeydləri kitabında 03.02.2009-cu il tarixli 06 nömrə ilə qeyd edilib. İş materiallarında olan AZ-İ 476800 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X18 13.05.2011-ci il tarixdə vəfat etmişdir, ölüm haqqında akt qeydləri kitabında 19.05.2011-ci il tarixli 24 nömrə ilə qeyd edilib. İş materiallarında olan AZ-İ 773904 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X22 21.01.2016-cı il tarixdə vəfat etmişdir, ölüm haqqında akt qeydləri kitabında 01.02.2016-cı il tarixli 01 nömrə ilə qeyd edilib. İş materiallarında olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, vəsiqənin ad, soyad ata adı qrafalarında “Ərizəçi1 Sultanəli” qızı yazılmışdır. İş materiallarında olan Quba rayonu İ Nügədi İƏD-si üzrə nümayəndəliyinin 30.09.2021-ci il tarixli 831 nömrəli arayışından görünür ki, Qəhrəmanova X32 rayonu İ Nügədi kənd sakini olub, hal-hazırda həmin kənddə yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinin Ərizəçi2 ünvanladığı 16.09.2021-ci il tarixli məktubda JN-0080 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X38 ad və soyadlarında, ata adlarında yaranmış uyğunsuzluğları aradan qaldırmaq və düzəlişlərin həyata kemirilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, JN-0080 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüqüqüna Dair Dövlət X4, X15, X7, X18, X20 və X11 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. JN-0080 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüqüqüna Dair Dövlət X3, X18, X20 və X11 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar