Məhkəmə qərarları › İş №2(027)-2285/2021

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-2285/2021

08.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2285/2021 08.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, kreditor "xxxx" MMC-nin Borclu borcun tutulması barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, Müəyyən etdim: Kreditor "xxxx" MMC Borclu borcun tutulması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Kreditor "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, Borclu ilə MMC arasında bağlanmış 01.03.2020-ci il tarixli İD ******* saylı alqı-satqı müqaviləsinə əsasən 499 (dörd yüz doxsan doqquz) manat əsas borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun Borclu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə riayət edilmədən verildiyindən məhkəmə əmirinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, ərizədən və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, kreditor "xxxx" MMC 20 manat məbləğdə dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğdə dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Eyni Məcəllənin 279.2.2-ci maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Göstərilənlər əsasında hesab edirəm ki, ərizənin qəbul olunmasından imtina edilməlidir. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və kreditor "xxxx" MMC-nə ərizənin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149,150-152, 263-264 və 266- 268-ci, 276, 279-cu maddələrini rəhbər tutaraq, qərara aldım : Kreditor "xxxx" MMC-nin Borclu borcun tutulması barədə məhkəmə əmrinin çıxarılmasından imtina edilsin. Ərizə və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. Kreditor "xxxx" MMC-nə izah edilsin ki, ərizənin qaytarlımasına səbəb olmuş nöqsanlar aradan qaldırıldığdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar