Məhkəmə qərarları › İş №2(027)-2291/2021

Quba Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(027)-2291/2021

08.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Quba şəhəri İş № 2(027)-2291/2021 08.10.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov Samir Əlibala oğlu, kreditor ünvan 1 ünvanında yerləşən Kreditor Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) borclu ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan xx.xx.1995-ci il təvəllüdlü Borclu qarşı kredit borcunun ödənilməsi tələbinə dair məhkəmə əmrinin çıxarılması barədə ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən aydın olur ki, Kreditor ilə Borclu arasında bağlanmış 22.02.2021-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən sonuncuya 136,5 (bir yüz otuz altı manat əlli qəpik) manat ilkin ödənişlə 9 (doqquz) ay müddətinə hər ay üçün 96,87 (doxsan altı manat seksən yeddi qəpik) manat ödəmək şərti ilə ümumi dəyəri 1008,28 (bir min səkkiz manat iyirmi səkkiz qəpik) manat olan “Samsung Galaxy A71 DS (SM-A715) 128GB Black” markalı smartfon satılmışdır. Lakin borclu alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək 136,5 (bir yüz otuz altı manat əlli qəpik) manat ödəniş etmiş, qalan 871,78 (səkkiz yüz yetmiş bir manat yetmiş səkkiz qəpik) manat əsas borcu indiyədək ödəməmişdir. Bununla da alqı-satqı müqaviləsinin tələblərini pozmuşdur. Dəfələrlə ona edilmiş şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymayaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmış və nəticədə kreditorun fəaliyyətinə ziyan vurmuşdur. Aralarında bağlanmış alqı-satqı müqaviləsinin 8.1-ci bəndinə əsasən, “alıcı” satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər 1 (bir) gün üçün 1 % cərimə ödəməlidir, lakin kreditor borclunun maddi vəziyyətini nəzərə alaraq cərimə borcunu tələb etmədən, yalnız aralarında bağlanmış müqavilə üzrə bu günə olan əsas borcun alınmasını tələb edir. Sadalananlara əsasən, kreditor Borclu Kreditor-nin xeyrinə 871,78 (səkkiz yüz yetmiş bir manat yetmiş səkkiz qəpik) manat məbləğində əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin 24.09.2021-ci il tarixli arayışından görünür ki, Borclu Quba şəhəri, H.Əliyev prospekti, ev 1, mənzil 38 ünvanında qeydiyyatdadır; 22.02.2021-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsindən və həmin müqaviləyə əlavələrdən görünür ki, Kreditor tərəfindən Borclu 136,5 (bir yüz otuz altı manat əlli qəpik) manat ilkin ödənişlə 9 (doqquz) ay müddətinə hər ay üçün 96,87 (doxsan altı manat seksən yeddi qəpik) manat ödəmək şərti ilə ümumi dəyəri 1008,28 (bir min səkkiz manat iyirmi səkkiz qəpik) manat olan “Samsung Galaxy A71 DS (SM-A715) 128GB Black” markalı smartfon satılmışdır; maliyyə arayışından görünür ki, Borclu 22.02.2021-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsi üzrə 136,5 (bir yüz otuz altı manat əlli qəpik) manat ödəniş etmiş, 871,78 (səkkiz yüz yetmiş bir manat yetmiş səkkiz qəpik) manat məbləğində borcu qalmışdır; xəbərdarlıq məktubundan görünür ki, Borclu borcun ödənilməsi, əks halda məsuliyyətə cəlb edilməsi üçün barəsində müvafiq tədbir görüləcəyi barədə xəbərdar edilmişdir; 29.09.2021-ci il tarixli mədaxil qəbzdən görünür ki, ərizənin məhkəməyə verilməsi üçün Kreditor tərəfindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ərizəyə əlavə olunmuş sənədlərdə Kreditor-nin tələbi aşkar olduğu, tələb sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm.Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanı alıcıya verdikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 666.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qiymətini tələb edə bilər. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtında əvvəl icra edə bilər; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılr; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının sadələşdirilmiş qaydasına yol verilir; 276.1-ci maddəsinə görə kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər; 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanarsa, bu halda məhkəmə əmri verilə bilər. Eyni zamanda hesab edirəm ki, Kreditor-nin məhkəməyə ərizə verərkən ödədiyi dövlət rüsumu 20 (iyirmi) manat məbləğində pul vəsaiti də borcludan tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, ƏMR ETDİM: Borclu, xx.xx.1995-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 22.02.2021-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 871,78 (səkkiz yüz yetmiş bir manat yetmiş səkkiz qəpik) manat məbləğində borc və kreditor tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun əvəzi 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutularaq Kreditor-nin hesabına ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar