Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2298/2021 05.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X14 oğlunun katibliyi, Ərizəçi Güliyeva (Əliyeva) Ayşən Kazım qızının etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi Güliyeva (Əliyeva) Ayşən Kazım qızının maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçi Güliyeva (Əliyeva) Ayşən Kazım qızı məhkəməyə ərizə ilə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-242A KOD:30327028 nömrəli Şəhadətnamənin və JN-0070, KOD 30307038 nömrəli Dövlət X1, X6 və X10 ilə yanaşı, ona yəni Güliyeva (Əliyeva) Ayşən Kazım qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Güliyeva (Əliyeva) Ayşən Kazım qızı ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 03 may 1997-ci il tarixli 04 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-242A KOD:30327028 nömrəli Şəhadətnaməyə və Quba rayon Aqrar İslahatı Komissiyasının 15 avqust 1997-ci il tarixli 08 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-0070 KOD:30307038 nömrəli Dövlət Aktına əsasən ona və ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1,99 ha torpaq sahəsi verilmişdir. Lakin Torpağın mülkiyyətə verilməsinə dair JN-242A KOD:30327028 nömrəli Şəhadətnamədə və Torpağın mülkiyyətə hüququna dair JN-0070 KOD:30307038 nömrəli Dövlət Aktında onun adı Güliyeva (Əliyeva) Ayşən Kazım qızı əvəzinə səhvən X3, yəni adı Ayşən əvəzinə Aytən kimi yazılmışdır. O, Şəhadətnamədə və Dövlət Aktında qeyd olunmuş adında yaranmış uyğunsuzluq aradan qaldırmaq və düzəlişin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etsə də, onların səlahiyyətlərinə aid olmadığı ilə bağlı **********51 nömrəli 10 mart 2021-ci il tarixli və **********25 06 sentyabr 2021-ci il tarixli imtina məktubları almışdır. Şəhadətnamədə və Dövlət aktında yanlışlığı aradan qaldıra bilmir və o, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə ərizəçi Güliyeva (Əliyeva) Ayşən Kazım qızının etibarnamə üzrə nümayəndəsi X9 ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, digər ərizəçilər və maraqlı şəxs qismində AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər ərizəçilərin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “doğum haqqında şəhadətnamə”nin və “şəxsiyyət vəsiqəsi”nin surətlərindən görünür ki, Güliyeva (Əliyeva) Ayşən Kazım qızı xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. Onun şəxsiyyətini təsdiq edən sənəddə adı ”Ayşən” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə Güliyeva (Əliyeva) Ayşən Kazım qızı arasında 18.10.2016-ci il tarixdə nikah bağlanmışdır. Nikah haqqında şəhadətnamədə onun adı “Ayşən” olaraq qeyd edilmişdir. İş materiallarında olan Quba RİHB-nın Xucbala kənd İƏD üzrə nümayəndəliyinin 06.04.2021-ci il tarixli arayışlarından görünür ki, Quba rayon AİK-nın 15.08.1997-ci il tarixli 08 saylı qərarı ilə verilmiş JN-0070, KOD 30307038 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında və JN-242A, kod 30327028 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə texniki səhv olaraq, Güliyeva (Əliyeva) Ayşən Kazım qızı əvəzinə X11 olaraq yazılmışdır. Güliyeva (Əliyeva) Ayşən Kazım qızı ilə X11 eyni şəxsdir. İş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsinin 07.04.2021-ci il tarixli məktubundan görünür ki, elektron informasiya sistemində aşkar olunmuş X7 doğum haqqında məlumatlarında və Quba rayon Xucbala İƏD tərəfində 73 saylı 15.09.1994-cü il tarixli doğum haqqında akt qeydində adı “Ayşən”dir. Əlavə olaraq bildiririk ki, elektron informasiya sistemində sizin övladınız kimi X11 adlı şəxs aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Güliyeva (Əliyeva) Ayşən Kazım qızına və onun ailə üzvlərinə Quba rayon AİK-nın 03.05.1997-ci il tarixli 04 saylı qərarına əsasən JN-242A, KOD 30327028 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə tərtib edilərək 0,08 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Güliyeva (Əliyeva) Ayşən Kazım qızına və onun ailə üzvlərinə Quba rayon AİK-nın 15.08.1997-ci il tarixli 08 saylı qərarına əsasən JN-0070, KOD 30307038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı tərtib edilərək 1.99 ha torpaq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Güliyeva (Əliyeva) Ayşən Kazım qızına və onun ailə üzvlərinə Quba rayon AİK-nın 01.11.1997-ci il tarixli 14 saylı qərarına əsasən 0,08 ha torpaq sahəsi verilərək JN-242A, KOD 30327028 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə və Güliyeva (Əliyeva) Ayşən Kazım qızına və onun ailə üzvlərinə Quba rayon AİK-nın 15.08.1997-ci il tarixli 08 saylı qərarına əsasən 1.99 ha torpaq sahəsi verilərək JN-0070, KOD 30307038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı tərtib edilmişdir. JN-242A, KOD 30327028 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə və JN-0070, KOD 30307038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında “X13” əvəzinə səhvən “X11” kimi qeyd olunmuşdur. Güliyeva (Əliyeva) Ayşən Kazım qızı məhkəmədən JN-242A, KOD 30327028 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin və JN-0070, KOD 30307038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının ona məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçilərin göstərdiyi hal, yəni JN-242A, KOD 30327028 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin və JN-0070, KOD 30307038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət X2, X9 və X10 ilə yanaşı, Güliyeva (Əliyeva) Ayşən Kazım qızına məxsus olması məxsus olması faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi Güliyeva (Əliyeva) Ayşən Kazım qızı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. JN-242A, KOD 30327028 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin Güliyeva (Əliyeva) Ayşən Kazım qızına münasibətdə ona məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. JN-0070, KOD 30307038 saylı Torpağa Mülkiyyət Hüququna dair X15 (Əliyeva) Ayşən Kazım qızına münasibətdə ona məxsus olmasına dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-2298/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2298/2021
05.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver