Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-235/2021 28.01.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikası Maraqlı şəxs2nə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə müraciət edərək, X2ndan miras qalmış 0.05 ha torpaq sahəsini mirası onun, yəni Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılıb, ərizəsinin təmin edilməsini xahiş etmişdi. Məhkəmədə iştirak edən zaman Ərizəçi ərizəni müdafiə edərək göstərmişdi ki, o, X10 ilə xx xxxxxx 1973- cü il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından X13, X7, X11, X8, Maraqlı şəxs1 qızı və X9 anadan olmuşdur.X2 xx xxx 2010-cu il tarixdə, qızı X12 xx xxxx 2013-cü ildə vəfat etmişdir. Yoldaşının vəfatından sonra qanun üzrə birinci növbəli vərəsələr kimi o, Ərizəçi və övladları qalmışlar. X1 0.05 ha torpaq sahəsi miras qalmışdır. X2 həyatda olarkən və o öldükdən sonra da ondan qalmış miras əmlakı o, qəbul edərək idarə etmiş, əmlaka dair vergiləri ödəmişdir. O, hal-hazırda yoldaşından miras qalmış 0.05 ha torpaq sahəsini idarə edir. Lakin qanunu bilməmədiyindən X2 vəfat edəndən sonra qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etmək üçün Notariat Kontoruna ərizə ilə müraciət etməmişdir. Belə ki, hazırda o, yoldaşından miras qalan payı vərəsəlik yolu qəbul etmək üçün Quba regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə müraciət etsə də, oradan ona qanunla müəyyən edilmiş müddəti buraxdığı üçün notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında məktub verilmiş və məhkəməyə müraciət etməyi məqsədə müvafiq olduğu qeyd edilmişdir. Göstərilənləri nəzərə alaraq, X4 miras qalmış 0.05 ha torpaq sahəsini mirası onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdi. Məhkəmədə iştirak edən zaman Maraqlı şəxs1 ərizəni qəbul edərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Azərbaycan Respublikası Maraqlı şəxs2 nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə maraqlı tərəf Azərbaycan Respublikası Maraqlı şəxs2 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Ərizəçi və Maraqlı şəxs1 dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan ərizəçiyə məxsus olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Ərizəçi Quba şəhəri, Gənclər küçəsi, dalan 7, ev 5-də qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş AZ-İ 908097 nömrəli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 xx.xx.2010-cu ildə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 1512 nömrəli arayışdan görünür ki, Ərizəçi X5 həyat yoldaşı və vərəsəsidir. İş materiallarına əlavə olunmuş АЗ (AZ) 303926 nömrəli “nikah haqqında şəhadətnamə”nin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi və X10 arasında olan nikah xx.xx.1973-cü il tarixdə bağlanmış və 69 nömrə ilə qeyd edilmişdir. İş materialında olan xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının arxiv çıxarışından görünür ki, Quba rayon İH-nin şəhər nümayəndəliyinin təsdiq etdiyi ƏKŞ-nin xx.xx.1995-ci il tarixli yığıncağının qərarına əsasən X6 0,05 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, X4 miras qalmış 0.05 ha torpaq sahəsinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı iş materialları ilə təsdiq olunduğu üçün, ərizə əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-308, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X4 miras qalmış 0.05 ha torpaq sahəsinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-235/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-235/2021
28.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver