Məhkəmə qərarları › İş №2(027)-247/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-247/2023

27.04.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-247/2023 27.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 və onların vəkili və səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, 1 saylı Sumqayıt Regional Cavabdeh4tariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız sayılması, Daşınmaz əmlıakın dövlət reyestrindən Çıxarışların, Daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv olunması və qanun üzrə vərəsəlik hüququ əsasında miras paylarının müəyyən olunaraq, həmin paylara mülkiyyət hüquqlarının tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2na məxsus olmuş, ünvan 1ində yerləşən, 82,10 kv.metr sahədən ibarət fərdi yaşayış evinə və evin yerləşdiyi 0,17 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh4 tərəfindən verilmiş xx.xx.3021-ci il tarixli, 2V-581 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin və xx.xx.2021-ci il tarixli, 2V-582 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin etibarsız sayılması, bu Şəhadətnamələr əsasında aparılmış sonrakı əməliyyatlar ləğv olunmaqla, X14 adına verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın, xx.xx.2021-ci ildə 1 saylı Sumqayıt Regional “ASAİN Xidmət” mərkəzində Notariat Ofisində 4Ə-1127 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş Daşınmaz əmlakın bağışlanması müqaviləsinin, Cavabdeh3 adına xx.xx.2021-ci ildə verilmiş evə və həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ barədə ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın ləğv olunması və yuxarıda göstərilənlərə əsasən, ünvan 1ində yerləşən, 82,10 kv.metr sahədən ibarət fərdi yaşayış evinin və evin yerləşdiyi 0,17 ha həyətyanı torpaq sahəsinin 1/5 -nə ayrı-ayrılıqda X4, İddiaçı2, Rəmziyyə Məmmədağa qızının, İddiaçı4 qanun üzrə vərəsəlik əsasasında mülkiyyət hüquqlarının müəyyən olunaraq, müvafiq mülkiyyət sənədlərinin -Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən, ünvan 1ində fərdi yaşayış evi evin yerləşdiyi 0,17 ha həyətyanı torpaq sahəsi ilə birlikdə X2nun xüsusi mülkiyyətində olmuşdur. X23 xx.xx.2020-ci ildə vəfat etmişdir (xx.xx.2020-ci il tarixli. AZ-İİ 122816 saylı ölüm haqqında şəhadətnamə). Quba regional ASAN Xidmət mərkəzində Notariat ofisi tərəfindən verilmiş 26,05.2021-ci il tarixli, 2V-5S1 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən yuxarıda göstərilən tərdi yaşayış evi, xx.xx.2021-ei il tarixli, 2V-5S2 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə əsasən isə evin yerləşdiyi torpaq sahəsi tam şəkildə qardaşları X8 mülkiyyətinə keçmişdir və ona bu barədə xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Bundan sonra, xx.xx.2021-ci ildə, o, göstərilən evi və torpaq sahəsini 1 saylı Sumqayıt Regional Cavabdeh4tariat Ofisində 4Ə-1127 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən həyat yoldaşı X32 bağışlamışdır. Cavabdeh3 xx.xx.2021-ci ildə evə həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ barədə ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış” almışdır. Göstərilən miras altı ay ərzində qəbul edilmədiyinə görə, sonradan onun qəbulu üçün mirasın qəbulu müddətinin uzadılması barədə məhkəmə qərarı olmalı idi. Lakin Cavabdeh4 səlahiyyət həddini aşaraq, mirasın qəbulu müddətinin uzadılması barədə məhkəmə qərarı olmadan miras üzrə “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”lər vermişdir. Həmçinin bildirir ki, onlar altı uşaqdırlar. X1 xx.xx.2010-cu ildə vəfat etmişdir (xx.xx.2010cu il tarixli. AZ-İ 394127 saylı ölüm haqqında şəhadətnamə). Onların altısı da valdeynlərinin qanun üzrə vərəsələridir. X2 xx.xx.2020-ci vəfat etdikdən sonra onlar hamı onun vərəsələri idilər. xx.xx.2021-ci ildə qardaşları Səfərin adına “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”lər rəsmiləşdirilərkən valideynlərinin vərəsələri kimi onların da vərəsəlik hüquqları təmin olunmalı idi. Belə ki, onların həmin dövrdə Səfərin onlardan gizlin vərəsəlik açdırması barədə məlumatları olmayıb. Vərəsəlik rəsmiləşdirilərkən onlar da bu prosesə cəlb olunmalı idilər ki, bu da vərəsəliyi rəsmiləşdirmiş Quba regional “ASAN Xidmət" mərkəzində Notariat Ofisi tərəfindən edilməmişdir. Bununla da onların qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüquqları pozulmuşdur. Miras əmlaklar - yəni 01.0.3.2021-ei il tarixli, 2821005.377 qevdiyyat nömrəli “Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”a əsasən, X2nun xüsusi mülkiyyətində olmuş, ünvan 1ində fərdi yaşayış evi və evin yerləşdiyi 0.17 ha həyətyanı torpaq sahəsi qanun üzrə vərəsəlik hüququ əsasında atalarının mirası faktiki olaraq qəbul etmiş vərəsələri arasında bərabər şəkildə bölünməlidir. Yuxarıdakılarla əlaqədar, onlar qunun üzrə xərəsəlik hüququ əsasında miras paylarının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Göstərilənləri yekunlaşdıraraq bildirir ki, Cavabdeh4 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V- 581 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” və xx.xx.2021-ci il tarixli, 2V-582 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” etibarsız sayılmalı və bu Şəhadətnamələr əsasında aparılmış sonrakı əməliyyatlar ləğv olunmalıdır, yəni X15 adına verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, xx.xx.2021-ci ildə 1 saylı Sumqayıt Regional "ASAN Xidmət” mərkəzində Notarial Ofisində 4Ə-1127 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş Daşınmaz əmlakın bağışlanması müqaviləsi, Cavabdeh3 adına xx.xx.2021-ci ildə verilmiş evə və həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ barədə ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv olunmalı və yuxarıda göstərilənlərə əsasən, Quba rayonu. Şuduq kəndində yerləşən. 82,10 kv.metr sahədən ibarət fərdi yaşayış evi və evin yerləşdiyi 0.17 ha həyətyanı iorpaq sahəsi qardaşı X13 başqa qalan 5 vərəsə arasında qanun üzrə vərəsəlik hüququ əsasında vərəsələrin hər birinə yaşavış evinin və evin yerləşdiyi həyətyanı torpaq sahəsinin 1/5-i düşməklə bölünməlidir. Belə ki, qardaşları Səfər Rusiya Federasiyasında yaşayır. Rusiya vətəndaşıdır, miras əmlakları faktiki olaraq qəbul etməyib. Qalan 5 vərəsə olaraq onlar hamı vaxtlı-vaxtında kəndə evə gedib-gəlirik, evin kommunal xərclərini onlar ödəyirilər, atalarının dəfn xərclərini İddiaçı2 çəkmişdir. Səfər nə analarının, nə də ki, atalarının dəfn mərasimlərində iştirak elməyib. Bu səbəblərdən X13 başqa qalan 5 vərəsədən iddiaçılar olmaqla, onların (qardaşları X16 vərəsəliklə əlaqədar mövqeyini bildirməmişdir) qanun üzrə vərəsəlik hüququ əsasında hər birinə yaşayış evinin və evin yerləşdiyi həyətyanı torpaq sahəsinin 1/5-nə (qardaşları X5 1/5 payı açıq qalmaqla) qanun üzrə vərəsəlik üzrə mülkiyyət hüquqları tanınmalı və müvafiq mülkiyyət sənədlərinin Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsi X60 Xidməti Daşınmaz Əmlakın Dövləl Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Orazi İdarəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Göstərilənləri nəzərə alaraq, hazırki işlə bağlı məhkəmə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı tərəfindən iddia tələbinin əsasını dəyişməsini qanunauyğun sayır. Məhkəmə iclasında İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 və onların vəkili və səlahiyyətli nümayəndəsi Nümayəndə iddia tələbini dəqiqləşməsinə dair ərizə ilə müraciət edərək, mərhum X2na məxsus olmuş, ünvan 1ində yerləşən 82,10 kv.metr sahədən ibarət fərdi yaşayış evinə və evin yerləşdiyi 0,17 ha həyətyanı torpaq sahəsin dair Cavabdeh4 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2v-581 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi”nin və xx.xx.2021-ci il tarixli, 2v-582 reyestr nömrəli “Qanun üzrə vərəsəlik haqqında Şəhadətnaməsi”nin etibarsız sayılması, bu şəhadətnamələr əsasında aparılmış sonrakı əməliyyatlar ləğv olunmaqla, Cavabdeh2 adına verilmiş xx.xx.2021-ci il tarixli, **********8 qeydiyyat nömrəli, DƏDR Reyestrindən Çıxarışın, xx.xx.2021-ci ildə 1 saylı Sumqayıt Regional Cavabdeh4tariat Ofisində 4Ə-1127 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş Daşınmaz əmlakın bağışlanması müqaviləsinin, Cavabdeh3 adına xx.xx.2021-ci ildə verilmiş ********** qeydiyyat nömrəli DƏDR Reyestrindən Çıxarışın ləğv olunması və göstərilən yaşayış evi və həyətyanı torpaq sahəsinin 6 nəfər vərəsə arasında bərabər şəkildə bölünərək, hər birinin göstərilən əmlakların 1/6 –nə mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh2 (Cavabdeh3 imzası ilə) iddiaya etiraz təqdim edərək, ünvan 1ində yerləşən 82,10 kv metr sahədən ibarət fərdi yaşayış evinə ve evin yerləşdiyi 0,17 ha həyətyanı torpaq sahəsi barədə iddiaçılar İddiaçı1, İddiaçı2, X3, X9 “Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız sayılması, Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışların, Daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv olunması və qanun üzrə vərəsəlik hüququ əsasında miras paylarının müəyyən olunaraq həmin paylara mülkiyyət hüquqularının tanınması barədə” tələbinə dair iddiasının rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda göstərilmişdir ki, göstərilən miras əmlakının qəbul edilməsi üçün qanunda nəzərdə tutulmuş altı ay müddət ötürülməmişdir. Belə ki, onlar mirasın qəbul edilməsi ilə bağlı ərizə ilə Quba regional “ASAN- Xidmət” mərkəzində Notariat ofisinə 2021-ci il fevral ayında müraciət etmişlər. Onlara bildirilmişdir ki, 6 ay tamam olduqdan sonra istənilən vaxt şəhadətnaməni götürə bilərlər. Həmçinin, başqa bacı-qardaşlarının olduğu barədə də məlumat vermişdir. Eyni zamanda da atası mərhum X17 özünə və anasına məxsus bütün əmlakı ona vəsiyyət etməsinə dair 20 avqust 2018-ci il tarixdə 2 şahidin (X42 və X50) iştirakı ilə vəsiyyətnamə yazmışdır. Həmin vəsiyyətnamə Quba rayonu Şuduq inzibati ərazi dairəsi üzrə dövlət notariat kontorunun dövlət notariusu B.C.Məmmədəliyev tərəfindən təsdiq edilmişdir. Hal-hazırda da həmin şahidlər mərhum atasının öz sağlığında öz rizası və iradə ifadəsi ilə olaraq vəsiyyətnamə yazdığı faktı təsdiq edə bilərlər. Bununla belə о heç zaman qardaşlarının pay hüququndan məhrum olmalarını istəməmişdir, miras əmlakın bərabər qaydada aralarında bölgüsünün tərəfdarı olmuş, indi də həmin fikirdədir. Hətta iddiaçılar özbaşına olaraq sözügedən miras əmlakda ev tikintisi aparmaqlarına baxmayaraq onların dа tikinti işləri aparmalarına maneçilik törətdikdə sivil qaydada paylarını öz aralarında bölməyi təklif etmişdirlər. Çünki onlar nə olursa da olsun bacı-qardaşdırlar, miras əmlakı hamısının atasının əmlakıdır. Onun ümumiyyətlə miras əmlakının qəbulu ilə bağlı qardaş-bacısının müraciəti olmadığı barədə xəbəri olmamışdır, heç bir gizlin hərəkət etməmişdir. Əksinə ona deyilmişdi ki, onlar artıq müraciət ediblər. Digər tərəfdən də о ərizə ilə Quba ASAN xidmət mərkəzinə müraciət etmişdir. ASAN xidmət mərkəzlərində şəffaflıq və onların işinin qanuni formada aparılması, hər yerdə kamera sisteminin mövcudluğu hər hansı bir saxtakarlığa yol verilmədiyini göstərir. Sənədləşmə işləri aparılması üçün kifayət qədər rüsumlar ödəmiş, bütün ödəniş qəbzlərini saxlamışlar, məhkəməyə də təqdim edə bilər. Belə olan halda onların heç bir günahı olmadan niyə bu qədər maddi ziyan çəkməli idilər? Bütün bu sənədlər ləğv olunduqda ona dəyən maddi ziyanı kim ödəməlidir? Bundan əlavə, iddia ərizəsində qeyd edilmişdir ki, о atasının dəfn mərasimində iştirak etməmişdir. Nəzərə çatdırır ki, bütün dünyada eləcə də Azərbaycan Respublikasında COVİD -19” infeksiyasının yayılması səbəbi ilə tətbiq edilmiş məhdudiyyətlər səbəbindən həmin dəfn mərasimində iştirak edə bilməmişdir. Lakin sonradan gəlmişdir. Anasının il mərasimində də iştirak etmişdir. Bir övlad olaraq öz öhdəsinə düşəni layiqincə yerinə yetirmiş, iddiaçıların bu barədə fikrini qəti olaraq qəbul etmir, təəssüf hissi keçirir. Ona qarşı öz doğma qardaş-bacısının belə bir iddiası haqsızlıqdır. Əlavə olaraq da qeyd etmək istəyir ki, atasından miras qalmış əmlakı həyat yoldaşı Cavabdeh3 bağışlama səbəbi Rusiya Federasiyasının vətəndaşı olduğu üçün Azərbaycan Respublikasında torpaq sahəsinə malik ola bilməməyi olmuşdur. Həmçinin, qаrdaşı X18 notarial qaydada ərizə ilə müraciət edərək ona məxsus olan paydan onun xeyrinə imtina etməsini bildirmişdir. Səhhətindəki problemlərlə əlaqədar olaraq məhkəmə iclaslarında iştirak edə bilmir. Həmin ərizənin əsli etiraz ərizəsinə əlavə edilmişdir. İddiaçılar tərəfindən qeyd edilən kommunal xərclərə gəldikdə isə iddiçılardan İddiaçı2 sözügedən torpaq sahəsində qanunsuz olaraq tikinti işləri apardığına görə kommunal xidmətlərdən istifadə edilir və ödəmək məcburiyyətində qalırlar. Halbuki, onun adına rəsmi sənəd olmağına baxmayaraq onun həmin yerdə tikinti işlərinin aparılmasına imkan verməmiş, о dа öz qardaşından harasa şikayət etməyi özünə sığışdırmamışdır. Beləliklə yuxarıda qeyd etdiklərindən də müəyyən olunur ki, tərəfindən miras əmlakın qəbulu müddəti ötürülmədən qanuni şəkildə müraciət edilməklə şəhadətnamə əldə edilmişdir. Həmçinin pandemiya ilə əlaqədar olaraq qoyulmuş məhdudiyyətlər səbəbindən atasının dəfn mərasimində iştirak edə bilməmiş, lakin sonradan gəlmiş, miras əmlakı da heç bir müddət ötürmədən qəbul etmişdir. Bununla belə miras əmlakın qanun üzrə vərəsələr arasında bərabər qaydada bölünməsinə etiraz etmirlər. İddia ərizəsinin təmin edilməməsini istəmək səbəbi isə çıxarışın və digər sənədlərin ləğvının ona maddi tərəfdən kifayət qədər ziyan vurmuş olмаsıdır. Bu səbəbdən də atasının bütün əmlakı ona vəsiyyət etməsinə baxmayaraq notarial qaydada qardaş-bacısına məxsus olan payların bağışlanmasının həyata keçirilməsinə də heç bir etiraz etmir. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı3 iddianı müdafiə edərək bildirmişdir ki, atasından 82 kv.metr torpaq sahəsi qalmışdır. 36 ildir ki, Sumqayıtda yaşayır, lakin həmin evə həmişə gedib-gəlmişdir. Bu illər ərzində atası ölənə qədər həmin evdə heç kim yaşamır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə icalsında X19 iddianı müdafiə edərək bildirmişdir ki, vəsiyyətnamədə adının olmamasının səbəbkarı özü olmuşdur. Atasına demişdir ki, əmlakları oğlanlarının arasında bölüşdürsün. Cavabdeh2 qeyri-qanuni yolla evi və torpaq sahəsini öz adına keçirib. Onlara evə daxil olmağa icazə vermir. 4 qardaş 2 bacıdırlar, atalarının mülkiyyətindən pay ayrılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh3 məhkəməyə ərizə göndərərək, ərizəsində məhkəmənin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, məhkəmə iclasına gəlməyən Cavabdeh4 məhkəməyə ərizə göndərərək Quba regional Cavabdeh5ndə fəaliyyət göstərən notariat ofisinin iş rejimi və vətəndaş müraciətlərinin çoxluğu səbəbindən xx.xx.2023-cü il tarixə təyin olunmuş məhkəmə iclasında iştirakının mümkün olmadığını bildirmiş, məhkəmə icalsının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Eynilə məhkəmə iclasının vaxtı və yeri haqqında lazıim qaydada xəbərdar edilmiş digər cavabdehlər Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdilər. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, hazırki işə məhkəmə iclasına gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2011-ci ildən Şuduq kənd İƏV–nin nümayəndəsi işləyir. Xudaverdiyev Məmmədağanı tanımırdı, həyat yoldaşını tanıyırdı. Məmmədağa 2020-ci ilin oktyabr ayında vəfat etmişdir. 2 dəfə vəsiyyətnamə yazmışdır. 2018-ci ildə Cavabdeh2 vəsiyyət olunub. Şahidlər imza ediblər. 2020-ci ilin avqust ayının 5-də vəsiyyətnamə tərtib olunub. Vəsiyyətnamə tərtib olunarkən o da iştirak etmişdir. Raziyədən başqa hamıya vəsiyyət olunub. Xudaverdiyev Məmmədağanın həyat yoldaşı öləndən sonra o, 2-ci Nügədi kəndindən Leyla adlı xanımla evləndi və 9 il yaşadı və sonra ayrıldı. 09 mart 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X25 ifadəsində göstərmişdir ki, Məmmədağa Xudaverdiyev dayısı olmuşdur. Təxminən 2 il əvvəl yay aylarında ölmüşdür. Məmmədağa ölməmişdən əvvəl vəsiyyətnamə yazıb, onun iştirakı ilə icra nümayəndəliyinə gəlmişdir. Digər şahid Əmirxan Piriyev vəsiyyətnamə yazılarkən orda görməmiş o, sonra gəlmişdir. Məmmədağanın kənddə evi, evin yanında torpağı var idi. Torpaq sahəsi təxminən 17 sotdur. Vəsiyyətnamə may ayında yazılmışdır. 09 mart 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X62 ifadəsində göstərmişdir ki, Məmmədağa Xudaverdiyev həyat yoldaşının dayısıdır. Məmmədağanın nə vaxt ölməsini dəqiq xatırlamır. Məmmədağanın övladlarına öz əmlakını vəsiyyət etməsi ilə bağlı xəbəri yoxdur. Ona imza etməsini demiş, o da tələsdiyi üçün vəsiyyətnaməni oxumadan imza etmişdir. İmzasını təsdiqləyir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini dinləyərək, onların izahatlarını və ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yохlаyаrаq, iddiа tələblərinin dəlillərini nəzərə alaraq, işdə оlаn sübutları işin bütün fаktiki hаllаrının tаm, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, eləcə də Cavabdeh4 tərəfindən təqdim edilmiş X7 vərəsəlik işinə baxış keçirərək belə hеsаb еdir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin qeydiyyat nömrəsi ********** olan xx.xx.2021-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0,17 ha torpaq sahəsi ümumi birgə mülkiyyət əsasında X23 və X20, həmin torpaq sahəsi üzərində yerləşən 82,10 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi tam pay olmaqla X12 məxsusdur. - Quba rayonu Şuduq inzibati ərazi dairəsi üzrə dövlət notariat kontorunun dövlət notariusu B.C.Məmmədəliyev tərəfindən təsdiq edilmiş, ünvan 1i İƏD tərəfindən surəti təsdiq edilmiş xx.xx.2018-ci il tarixli 2 şahidin (X42 və X50) iştirakı ilə X17 20 avqust 2018-ci il tarixdə verdiyi vəsiyyətnamədən görünür ki, о özünə məxsus bütün əmlakı, о cümlədən həyətyanı torpağını, ona və mərhum arvadına məxsus özəl pay torpaqlarını (Şuduq kəndində), evində qalan digər əşya və əmlakını Cavabdeh2 vəsiyyət etmişdir. - Quba rayonu Şuduq inzibati ərazi dairəsi üzrə dövlət notariat kontorunun dövlət notariusu B.C.Məmmədəliyev tərəfindən təsdiq edilmiş, ünvan 1i İƏD tərəfindən surəti təsdiq edilmiş xx.xx.2020-ci il tarixli vəsiyyətnamədən görünür ki, X23 ona məxsus olan ünvan 1ində yerləşən 023 ha həyətyanı və 1,64 ha ona və mərhum həyat yoldaşına məxsus özəl pay torpağını 1966-cı ildə çiy kərpicdən tikilən 80 kv.metrlik Şuduq kəndində yerləşən evini, evində qalan digər əşya və əmlakını övladları Xudaverdiyev Musadiq, İddiaçı1, İddiaçı2, Xudaverdiyeva Rəmziyə, Cavabdeh2 vəsiyyət etmişdir. -xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 151890 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X24 xx.xx.2010-cu il tarixdə ölmüşdür. - xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 153212 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X27 xx.xx.2020-ci il tarixdə ölmüşdür. - Quba rayon İHB-nın Şuduq İƏD üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli, 65 saylı arayışından görünür ki, X23 xx.xx.2020-ci ildə vəfat etdikdən sonra vərəsələri İddiaçı4 Məmmədаğa qızı, X26, İddiaçı1 Məmmədаğa oğlu, İddiaçı2, İddiaçı3 Məmmədаğa qızı, Cavabdeh2 qalmışlar. Vəfat etdikdən sonra təsərrüfatı heç kim idarə etmir. - xx.xx.2021-ci il tarixli 2V-581 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci ildə vəfat etmiş X7 vərəsələri oğlu Rusiya Federasiyasında qeydiyyatda olan Cavabdeh2 miras əmlakından tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 82,1 kv.m olan fərdi yaşayış evindən ibarətdir. Digər miras əmlak ümumi sahəsi 0,17 ha olan torpaq sahəsindən X21а çatan hissədən ibarətdir. - xx.xx.2021-ci il tarixli 2V-582 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2010-cu ildə vəfat etmiş X10 vərəsələri əri xx.xx.2020-ci ildə vəfat etmiş X23, vərəsəsi oğlu Cavabdeh2 və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,17 ha olan torpaq sahəsindən X24на çatası hissədən ibarətdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********26 saylı məktubundan görünür ki, X7 adına xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********90-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 1ində fərdi yaşayış evi, həmin kənddə ümumi birgə 1,61 ha torpaq sahəsinə verilmiş JN-0064 KOD 30330018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” və ümumi birgə 0,06 ha torpaq sahəsinə verilmiş JN-033B KOD 30330018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” aşkar edilmişdir. X11 məxsus ünvan 1ində yerləşən fərdi yaşayış evi Quba rayon “ASAN xidmət” notariat ofisinin xx.xx.2021-ci il tarixli, 2V-582 və 2V-581 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmiş, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh2 mülkiyyət hüququ tanınmışdır. Cavabdeh2 qeyd olunan fərdi yaşayış evini Sumqayıt “ASAN xidmət” notariat ofisinin xx.xx.2021-ci il tarixli, 4Ə- 1127 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən Cavabdeh3 adına özgəninkiləşdirilmiş, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh3 mülkiyyət hüququ tanınmışdır. - Quba RİHB-nın Şuduq kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 103 nömrəli arayışından görünür ki, İddiaçı2 atası X23 xx.xx.2020-ci ildə Şuduq kəndində vəfat etmişdir, dəfn mərasimində qızları İddiaçı4, İddiaçı3, oğlanları Xudaverdiyev Musadıq, İddiaçı1, İddiaçı2 və Cavabdeh2 həyat yoldaşı Cavabdeh3 iştirak etmişdir. Dəfn xərcini İddiaçı2 çəkmişdir. Hal-hazırda da övladları X12 məxsus evə gəlib və orada yaşayırlar. - DSMF 1 saylı Quba-Xaçmaz regional filialının 12.08. 2022-ci il tarixli, **********8 saylı arayışından görünür ki, X28 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəz filialı tərəfindən xx.xx.2020-ci il tarixdə İddiaçı2 Məmmədаğa oğluna 600 manat məbləğində birdəfəlik dəfn xərci ödənilmişdir. - Cavabdeh2 Məmmədаğa oğlunun notaiat ofisinə yazdığı xx.xx.2021-ci il tarixli ərizəsində atası X7 ölməsini və ondan qalan mirasın tərkibinə daxil olan bütün əmlakdan ona çatan hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Ərizəni etibarnamə əsasında Cavabdeh3 imzalamışdır. - Cavabdeh2 Məmmədаğa oğlunun notariat ofisinə yazdığı xx.xx.2021-ci il tarixli ərizəsində atası X7 ölməsini və ondan qalan mirasın tərkibinə daxil olan fərdi yaşayış evindən və torpaq sahəsindən ona çatan hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Ərizəni etibarnamə əsasında Cavabdeh3 imzalamışdır. - Xudaverdiyev Müsadiq Məmmədаğa oğlunun Quba rayon Məhkəməsinə yazdığı xx.xx.2022-ci il tarixli, imzası notarial qaydada təsdiq edilmiş ərizəsində xx.xx.2020-ci ildə ölmüş atası X23 və xx.xx.2010-cu ildə ölmüş anası X6 miras qalmış ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 82,10 kv.m olan fərdi yaşayış evinin və 0,17 ha torpaq sahəsinin ona çatası hissəsindən qardaşı Cavabdeh2 Məmmədаğa oğlunu xeyrinə imtina edir. - Cavabdeh2 Məmmədаğa oğlunun həyat yoldaşı Cavabdeh3 elektron poçtla məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsində göstərilmişdir ki, onlar 6 ay ərzində Quba Asan Xidmətində vərəsəliyə ərizə qoymuşlar. Amma İddiaçı2, Müzəffər Məmmədağa oğlu və İddiaçı3, X34 vərəsəliklərini təsdiq etməmişlər. qaynı İddiaçı2 qanunsuz sənədsiz ata evində ev tikib. Kommunal xidmətlərdən istifadə edir və kommunalı ödəməlidir. Onu və uşaqlarını Müzəffər və Səmədağa qaynatasının evinə yayda istirahətə gələndə buraxmamışlar. O məcbur olub icra nümayəndəsi X29 zəng vurub kömək istəmişdir. Yoldaşı bu kənddəki evin və torpağın sənədlərini rəhmətlik qayınatası ilə düzəldib və xərcini yoldaşı çəkib. Qayınatası rəhmətə gedəndə xx.xx.2020ci ildə pandemiya karantin. Yoldaşı Rusiya vətəndaşı olduğuna görə dəfn mərasiminə gələ bilmədi. Amma o vətəndə idi və dəfn mərasimində olmuşdur. Onlar vəsiyyətnaməni çıxartmadılar ki, 6 ay ərzində bütün vərəsələr ərizə yazıb öz paylarını bərabər alsın. О biri vərəsələr vaxtında vərəsəliyə vermədiyinə görə mülk yoldaşına keçib. Bunu o Quba Asan Xidmətin notariusundan öyrəndi. Onlar tərəfindən qanunsuz iş görülməyib, xahiş edir ki, vəsiyyətnamə üzrə bölgü olsun. - Cavabdeh2 Məmmədаğa oğlunun həyat yoldaşı Cavabdeh3 elektron poçtla məhkəməyə ünvanladığı, xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində bildirmişdir ki, istəyir ikinci vəsiyyətnamə ləğv ləğv olunsun. Belə ki, rəhmətlik qayinatasını imzası düz gəlmir. İkinci vəsiyyətnamədə yazılan mülkün kv.m çıxarışla düz deyil. Şahid Məmmədyarov Ramazanın ifadəsinə şübhə ilə yanaşırlar. О rəhmətlik Xudaverdiyev Məmmədаğa ilə heç danışmırdı. Danışmadığı adam şahidlik edib. Yoldaşı Cavabdeh2 birinci vəsiyyətnamə əsasında mülkün bölünməsini xahiş edir. Vəkillərdən və notariusdan öyrənmişlər ki, mülk 50% Cavabdeh2, 50%-i övladların (vərəsələrin) Səfər Müsadiq, Səmədağa, Müzəffər, Rəmziyyə arasında bölünməlidir. Ümid edirlər ki, qanunla, düz yolla mülk bölünəcək. İşin müəyyən edilmiş hallarından məlum olur ki, X23 ilə X10 birgə nikahından 6 uşaqları: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, Cavabdeh2 və X22 anadan olmuşlar. 20 avqust 2018-ci il tarixdə X17, X42 və X30 iştirakı ilə Quba rayonu, Şuduq inzibati ərazi dairəsi üzrə dövlət notariat kontorunun dövlət notariusu B.C.Məmmədəliyev tərəfindən təsdiq edilmiş vəsiyyətnamə verərək özünə məxsus bütün əmlakı Cavabdeh2 vəsiyyət etmişdir. Daha sonra X23 notarial qaydada təsdiqlənmiş (şahidlər Məmmədyarov Ramazan, Piriyev Əmirxan imzaları olan) xx.xx.2020-ci il tarixli vəsiyyətnamə verərək ona məxsus olan ünvan 1ində yerləşən 023 ha həyətyanı və 1,64 ha ona məxsus özəl pay torpağını 1966-cı ildə çiy kərpicdən tikilən 80 kv.metrlik Şuduq kəndində yerləşən evini övladlarına Xudaverdiyev Musadiq, İddiaçı1, İddiaçı2, Xudaverdiyeva Rəmziyə, Cavabdeh2 vəsiyyət etmişdir. Tərəflərin X1 xx.xx.2010-cu ildə, X2 isə xx.xx.2020-ci ildə vəfat etmişlər. Həmçinin müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən, ünvan 1ində fərdi yaşayış evi evin yerləşdiyi 0,17 ha həyətyanı torpaq sahəsi ilə birlikdə X2nun xüsusi mülkiyyətində olmuş, ona məxsus əmlaklar Quba rayon “ASAN xidmət” notariat ofisinin xx.xx.2021-ci il tarixli, 2V-582 və 2V-581 reyestr nömrəli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»yə əsasən onu adına rəsmiləşdirilmiş, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh2 mülkiyyət hüququ tanınmış, о da qeyd olunan əmlakları Sumqayıt “ASAN xidmət” notariat ofisinin xx.xx.2021ci il tarixli, 4Ə-1127 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən Cavabdeh3 adına özgəninkiləşdirilmiş, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla sonuncunun mülkiyyət hüququ tanınmışdır. Hazırda iddiaçılar xx.xx.2021-ci ildə qardaşları Cavabdeh2 adına “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”lərin rəsmiləşdirilərkən valideynlərinin vərəsələri kimi onların da vərəsəlik hüquqlarının təmin olunmaмаsının qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüquqları pozulması əsası ilə həmin şəhadətnamələrin və onların hüquqi nəticələrinin qanunniliyini (çıxarışların ləğvini, bağışlama müqaviləsinin etibarsızlığını) mübahisələndirirlər. Cavabdeh tərəf isə iddiaya etiraz edərək tərəfindən miras əmlakın qəbulu müddəti ötürülmədən qanuni şəkildə müraciət edilməklə şəhadətnamə əldə edilmə faktı olsa da, faktiki olaraq iddiaşıların pay hüququndan məhrum olmalarını istəməməsini, miras əmlakın bərabər qaydada aralarında bölgüsünün tərəfdarı olmаsını, indi də həmin fikirdə olmasını, bir sözlə, miras əmlakın qanun üzrə vərəsələr arasında bərabər qaydada bölünməsinə etiraz etməməsini vurğulamış, lakin çıxarışın və digər sənədlərin ləğvinin ona maddi tərəfdən kifayət qədər ziyan vurmuş olmasını nəzərə alaraq иddia ərizəsinin təmin edilməməsini istəmiş, mübahisənin atasının bütün əmlakı ona vəsiyyət etməsinə baxmayaraq notarial qaydada qardaş-bacısına məxsus olan payların bağışlanmasının həyata keçirilməsi yolu ilə həll oluna bilməsini qeyd etmişdir. Cavabdehin nümayəndəsinin məhkəməyə ünvanladığı digər ərizəsində isə vərəsəliyin bölgüsünün xx.xx.2018-ci il tarixli vəsiyyətnamə əsasında aparılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin və ona edilmiş etirazın əsası kimi istinad edilən hallarla bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. - 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. - 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. - 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. - 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. - 1159.1-ci, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. - 1160-ci maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir; - 1163-ci maddəsinə əsasən nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. - 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. - 1168-cı maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. - 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. - 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. - 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. - 1246-ci maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. - 1247-ci maddəsinə əsasən əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. - 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər; - 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. - 1133.2-ci maddəsinə əsasən isə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) о zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. - 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. - 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. - 1321.3-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun - 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. - 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. - 1176.1. Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. - 337.1-ci maddəsinə əsasən bu məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə əqdlər və ya əhəməiyyətsiz əqdlər ola bilər. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Həmçinin, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun: - 41-ci maddəsinə əsasən aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat kontorunun, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydə alındığı limanın yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. - 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius, həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. - 59-cu maddəsinə əsasən Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə ordakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik müddəalarının tətbiqi (təfsiri) zaman hər bir müddəanın hərfi mənasının deyil, onun normalar sistemindəki yeri, mülki qanunvericiliyin ümumi prinsipləri (məqsəd və vəzifələri), insan hüquq və azadlıqlarının sosial təbiəti, mülki münasibətlərdə müqavilə azadlığı fəlsəfəsi, qanunda nəzərdə tutulduğundan artıq hüquqların məhdudlaşdırılmasının, sui-istifadə və hökmranlığının yolverilməzliyi, ədalət, insaf və humanizm baxımından təfsir edilməli olmamasını nəzərə alınmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflər miras qalmış əmlakdan pay almaq hüququ olan birinci növbəli vərəsələr sırasına daxildirlər. Notariat kontoruna təqdim edilmiş Quba RİHB-nın Şuduq kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 65 nömrəli arayışından görünür ki, X7 xx.xx.2020-ci ildə Şuduq kəndində vəfatından sonra İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, Cavabdeh2 və X18 adlı vərəsələri qalmışdır və mərhumun ölümündən sonra təsərrüfatı heç kim idarə etmir. Həmçinin də müəyyən edilmişdir ki, X7 xx.xx.2020-ci ildə Şuduq kəndində vəfatından sonra onun dəfnində və yas mərasimlərində qızları İddiaçı4, İddiaçı3, oğlanları Xudaverdiyev Musadıq, İddiaçı1, İddiaçı2 və Cavabdeh2 həyat yoldaşı Cavabdeh3 iştirak etmişlər. İddia ərizəsinə etirazın məzmunundan da görünür ki, cavabdeh Rusiya Federasiyasının vətəndaşı olmaqla Azərbaycan Respublikasında COVİD -19” infeksiyasının yayılması səbəbi ilə tətbiq edilmiş məhdudiyyətlər səbəbindən dəfn mərasimində iştirak edə bilməmişdir. Cavabdeh tərəf də vərəsəliklə bağlı müraciət olunarkən özündən başqa digər vərəsə olan bacı-qardaşlarının olduğu barədə notariat kontoruna məlumat vermələrini етираф etmişlər. Məhkəmə hesab edir ki, notariat orqanına vərəsələrin bütün dairəsi məlum olduğu və onların miras əmlakı idarə etmədikləri barədə Quba RİHB-nın Şuduq kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 65 nömrəli arayışı təqdim edildiyi halda məhz xx.xx.2020-ci ildə vəfat etmiş X7 vərəsəsi olan oğlu, Rusiya Federasiyasının vətəndaşı Cavabdeh2nа miras əmlakdan tam hissədə pay verilməsinə dair xx.xx.2021-ci il tarixli 2V-581 və xx.xx.2021-ci il tarixli 2V-582 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin rəsmiləşdirilməsinin qanunsuz olmasına dair iddia tələblərinin dəlilləri əsaslıdır. Məhkəmənin qənaətinə görə digər vərəsələrin miras əmlakdan pay almadan kənarda qalmaqla bütün miras əmlak üzərində vərəsələrdən birinin qanun üzrə vərəsəlik hüququnun tanınması sosial ədalətlilik və mütənasiblik prinsiplərinə zidd olmaqla, iddiaçıların Konstitusiyanın 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir. Halbuki, vərəsəlik hüququ Mülki Məcəllədə nəzərdə tutulmuş və qayda olaraq imperativ xarakter daşıyan normalarla müəyyən olunur və bu qaydalardan kənara çıxılması yolverilməzdir Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 71-ci maddəsinə əsasən, heç kəs insan və vətəndaş hüquq və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun həyata keçirilməsini məhdudlaşdıra bilməz. Konstitusiyanın 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Vərəsəlik hüququn təminatı miras qoymağı, yəni, bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərtə tutur. Mülki qanunvericilik vərəsəlik hüququnun mahiyyətini, tərkibini və əsaslarını açıqlamaqla qanun və ya vəsiyyət üzrə vərəsəlik münasibətlərini tənzimləyir və vərəsəlik hüququnun yaranması əsaslarına uyğun olaraq bu hüququn həyata keçirilməsinə təminat verir. Vərəsəlik hüququ hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Кonstitusiya Məhkəməsinin Plenumuнун müvqeyinə əsasən vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik) qəbul etdikdə, o, mirasın (nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq) hamısını və ya ona çatası payı qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 oktyabr 2012-ci il tarixli (Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 06 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanmasına dair) Qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, miras əmlaka qanunla müəyyən olunmuş qaydada mülkiyyət hüququnu əldə etmiş və onu dövlət qeydiyyatından keçirmiş şəxslərin belə hüququ ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsini daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumuнун Konstitusiyanın 29-cu maddəsinin V hissəsində vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh eтмякля эялдийи мювгеляриня ясасян nəzərə alınmalıdır ki, bu öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin faktiki qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Beləliklə də, məhkəmənin qənaətinə görə mübahisələndirilən şəhadətnamələr mülki və “Notariat haqqında» qanunvericiliyin tələblərinə uyğun verilmədiyi üçün etibarsız sayılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, cavabdehin miras qalmış əmlakın adına rəsmiləşdirəndən sonra həyat yoldaşı Cavabdeh3 bağışlama səbəbinin Rusiya Federasiyasının vətəndaşı olduğu üçün Azərbaycan Respublikasında torpaq sahəsinə malik ola bilməməyini göstərsə də işin bu halı bağışlama müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun əqd kimi qiymətləndirilməsinə əsas yartamır. Belə ki, bağışlama müqaviləsinin əsası olmuş qanun üzrə vərəsəlik şəhadətnamələrinin yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri baxımından və işin araşdırılmış, müəyyən edilmiş faktiki hallarına uyğun verilməməsi öz təsdiqini tapdığından bu müqavilə də etibarsızdır. Məhkəmə iddiaçı tərəfin Həmçinin bağışlama müqaviləsinin mövcudluğundan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********26 saylı məktubunun məzmunundan məlumatlı olmasını nəzərə alaraq hazırki mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsində nəzərdə tutulmuş kəsici müddətin tətbiq edilməli olmamasını qeyd edir. Belə ki, 354.2-ci maddə qanunda müstəqil xarakter daşıyan xüsusi norma kimi nəzərdə tutulmaqla əqdin etibarsızlığı barədə mübahisə yalnız orada müəyyən olunmuş müddətlər çərçivəsində irəli sürülə bilər. Həmin maddədə müəyyən olunmuş 1 illik müddətin keçməsi əqdin etibarsız hesab edilməsi imkanını aradan qaldırdığı üçün iddiaçının əqdin etibarsız sayılmasını əsas verən halları bildiyi və ya bilməli olduğu vaxtın müəyyənləşdirilməsi iş üçün mühüm əhəmiyyət kəsb edir. Beləliklə də, məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə uyğun olmayan şəhadətnamələr əsasında Cavabdeh2 verilmiş müvafiq çıxarış ləğv edilməli, onun əsasında bağlanmış bağışlama müqaviləsi də etibarsız sayılmalı, həmin müqavilə əsasında Cavabdeh3 adına verilmiş çıxarış da ləğv edilməlidir. Məhkəmə göstərilən nəticələrə gələrkən həmçinin cavabdehin iddiaya olan etirazında digər vərəsələrin də miras əmlakda payları olması və onların da bu paylarının tanınmasına etiraz edilməməsinə dair etirafedici məqamları da nəzərə almışdır. Yəni, cavabdeh iddia ilə razılaşmasa da, etirazın məzmunundan faktiki olaraq onun digər vərəsələrin atasından qalmış əmlaklara payının olmasının göstərməsi (heç zaman qardaşlarının pay hüququndan məhrum olmalarını istəməmişdi.., miras əmlakın bərabər qaydada aralarında bölgüsünün tərəfdarı olmuş, indi də həmin fikirdədir., onlar nə olursa da olsun bacı-qardaşdırlar, miras əmlakı hamısının atasının əmlakıdır.., miras əmlakın qanun üzrə vərəsələr arasında bərabər qaydada bölünməsinə etiraz etmir və s.) onun iddiaçılarla aralarında yaranmış mübahisənin bir növ həll etmək niyyətinin olmasına dəlalət edir. Həmçinin də məhkəmə qeyd edir ki, cavabdeh tərəfin vərəsəliyinin qanun üzrə deyil, vəsiyyət üzrə bölünməsini də xahiş etmələri bir daha onların digər vərəsələrin də miras əmlakdan vərəsəlik hüquqlarının tanımalarına dəlalət edir və məhkəmə onların bu istiqamətdə olan mövqelərini təqdirə layiq sayır. Lakin cavabdeh tərəf izahatlarında, ərizə və etirazlarında digər iddiaçıların vərəsəliklə bağlı hüquqlarını tanısa da, bu hüquqların reallaşdırılmasının hazırki iddianın təmin edilməsi ilə deyil, ya miras əmlakdan bütün vərəsələrin pay almalarına etiraz etməməsinin atasının bütün əmlakını ona vəsiyyət etməsi baxımından notarial qaydada qardaş-bacısına məxsus olan payların bağışlanmasının həyata keçirilməsi yolu ilə, ya da mirasın xx.xx.2018-ci il tarixli vəsiyyətnaməyə uyğun vərəsələr arasında bölünməsi yolu ilə həyata keçirilməli olmasını bildirir. Məhkəmə miras əmlakdan bütün vərəsələrin pay almalarına etiraz etməməsini atasının bütün əmlakını ona vəsiyyət etməsi baxımından notarial qaydada qardaş-bacısına məxsus olan payların bağışlanmasının həyata keçirilməsi yolu ilə həyata keçirmək istəyinə məhkəmə qiymət verərək bu halın hazırki məhkəmə mübahisəsindən əvvəl tərəflərin qarşılıqlı razılaşma yolu ilə həll edilməli olmasını qeyd edir. Həmçinin, məhkəmə qeyd edir ki, nə qədər ki, tərəflər arasında cavabdehin göstərdiyi təkliflə bağlı razılaşma olmamaqla miras əmlakla əlaqədar aralarında hazırki mübahisə üzrə məhkəmə çəkişməsi mövcuddur, belə olan halda məhkəmə cavabdehin bu dəlillərinə qiymət verərək hesab edir ki, o, miras əmlakın qanun üzrə vərəsələr arasında bərabər qaydada bölünməsinə etiraz etməməsinin əsası kimi xx.xx.2018-ci il tarixli X7 özünə məxsus bütün əmlakı ona vəsiyyət etməsinə dair vəsiyyətnaməyə istinad edilə bilməz. Belə ki, Quba rayonu Şuduq inzibati ərazi dairəsi üzrə dövlət notariat kontorunun dövlət notariusu B.C.Məmmədəliyev tərəfindən təsdiq edilmiş, ünvan 1i İƏD tərəfindən surəti təsdiq edilmiş xx.xx.2018-ci il tarixli X7 özünə məxsus bütün əmlakı Cavabdeh2 vəsiyyət etməsinə dair 20 avqust 2018-ci il tarixdə verdiyi vəsiyyətnamə, eyni notarius tərəfindən təsdiq edilmiş, X7 ona məxsus olan ünvan 1ində yerləşən 023 ha həyətyanı və 1,64 ha ona və mərhum həyat yoldaşına məxsus özəl pay torpağını 1966-cı ildə çiy kərpicdən tikilən 80 kv.metrlik Şuduq kəndində yerləşən evini X33 istisna olmaqla, digər 5 övladına: Xudaverdiyev Musadiq, İddiaçı1, İddiaçı2, Xudaverdiyeva Rəmziyə, Cavabdeh2 vəsiyyət etməsinə dair xx.xx.2020-ci il tarixli vəsiyyətnamə verilməsi ilə öz hüquqi əhəmiyyətini itirmişdir. Başqa sözlə, cavabdeh sonuncu vəsiyyətnamənin ləğv edilməsinə dair məhkəməyə sübut təqdim etmədiyi üçün atasının bütün əmlakı yalnız ona vəsiyyət etməsinə dair 20 avqust 2018-ci il tarixdə verdiyi vəsiyyətnaməyə istinad etməsi əhəmiyyətsizdir. Həmçinin, məhkəmə cavabdehin istər izahatında, istərsə də etiraz ərizəsində digər vərəsələrin də mirras əmlakda payları olması və onların da bu paylarının tanınmasına etiraz edilməməsinə dair etirafedici məqamlarını səmimi olaraq göstərməsinə baxmayaraq iddianın təmin edilməməsi barədə xahişinin əsası kimi çıxarışın və digər sənədlərin ləğvinin ona maddi tərəfdən kifayət qədər ziyan vurulmasını göstərməsinə də qiymət verərək tənqidi yanaşır. Belə ki, əvvəla cavabdeh vərəsəlik sənədləri və onların əsasında yaranmış hüquqi nəticələri rəsmiləşdirərkən hansı kifayət qədər ziyanа uğramasına dair heç bir sübut təqdim etməmişdir. Halbuki, qanunvericiliyin tələbləri baxımından bu rəsmiləşdirmə zamanı dövlət rüsumlarının ödənilməsi kimi xərclərdən başqa digər xərclər nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumlarının qanunsuz olaraq ödənilməsi faktı mötəbər sübutlarla öz təsdiqini tapdığı halda onların qaytarılması ilə bağlı müvafiq qaydada iddia qaldırmaq cavabdeh tərəfin hüququdur. Məhkəmə həmçinin qeyd etməyi zəruri sayır ki, cavabdehin iddia təmin olunduğu təqdirdə bunun ona ziyan vurulması ilə bağlı issiaya olan mövqeyi ilə onun miras əmlakın qanun üzrə vərəsələr arasında bərabər qaydada bölünməsinə etiraz etməməsinə dair göstərdiyi digər səmimi mövqeyi ilə uzlaşmır. Mübahisələndirilən şəhadətnamələrin və bağışlama müqaviləsinin etibarsız sayılmalarına və qanunvericiliyə əsasən tərəflərin miras mülkə münasibətdə vərəsəlik hüquqlarının təsbit edilməsinə baxmayaraq xx.xx.2020-ci il tarixli vəsiyyətnamə qüvvədə olduğu üçün məhkəmə hesab edir ki, vərəsəliyin rəsmiləşdirilməsi zamanı həmin vəsiyyətnamə nəzərə alınmalıdır. Buna görə də məhkəmə hesab edir ki, bu halda qanun üzrə vərəsəlik istisna olduğundan hazırki vəziyyətdə miras əmlakın 6 nəfər vərəsə arasında bərabər şəkildə bölünərək, hər birinin göstərilən əmlakların 1/6–nə mülkiyyət hüquqlarının tanınması iddiasının da təmin edilməsi mümkün deyildir. Məhkəmə bununla bağlı qeyd edir ki, miras əmlakın vərəsələr arasında 1\6 hissədə paylarına malik olmaları qüvvədə olan vəsiyyətnamə nəzərə alınmaqla və vərəsələrin miras əmlakın qəbulu ilə bağlı qanunvericiliyin müəyyən etdiyi qaydalara əməl edilməsi yoxlandıqdan sonra notariat orqanı tərəfindən onların qanun və ya vəsiyyət üzrə vərəsəlik hüquqları, (eyni zamanda məcpuri pay hüququ) daha sonra isə verilənmüvafiq şəhadətnamələr əsasında müəyyən edilmiş paylarına uyğun aidiyyəti icra hakimiyyəti orqanı tərəfindən mülkiyyət hüquqları tanına bilər. Məhkəmə həmçinin şahid ifadələrinə qiymət verərək hesab edir ki, bu ifadələrində şahidlərin X23 tərəfindən vəsiyyətnamələrin yazılması və onların yazılmasında iştirakları barədə verdikləri məlumatlar işdə olan vəsiyyətnamələrin məzmunu ilə uzlaşır. Məhkəmə cavabdeh tərəfin xx.xx.2020-ci il tarixli vəsiyyətnamə ilə razılaşmaqla onun düzgün olmamasına dair irəli sürdüyü dəlillərlə bağlı qeyd edir ki, tələb irəli sürülmədiyi üçün həmin vəsiyyətnamənin qanunauyğun formada tərtib və təsdiq edilməsinə qiymət verilə bilməz. Mötəbər və tutarlı sübutların mövcudluğu təqdirdə cavabdeh tərəfin onu mübahisələndirmək hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-ci maddəsinə əsasən maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, о cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» xx.xx.2002-ci il tarixli qərarı) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləliklə də, məhkəmə hesab edir ki, X12 məxsus olmuş, ünvan 1ində yerləşən 82,10 kv.metr sahədən ibarət fərdi yaşayış evinə və evin yerləşdiyi 0,17 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh4 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2v-581 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi” və xx.xx.2021-ci il tarixli, 2v-582 reyestr nömrəli “Qanun üzrə vərəsəlik haqqında Şəhadətnaməsi”, eləcə də xx.xx.2021-ci ildə 1 saylı Sumqayıt Regional Cavabdeh4tariat Ofisində 4Ə-1127 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş Daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız sayılmalı, Cavabdeh2 adına verilmiş xx.xx.2021-ci il tarixli, **********8 qeydiyyat nömrəli, DƏDR Reyestrindən Çıxarış və Cavabdeh3 adına xx.xx.2021-ci ildə verilmiş ********** qeydiyyat nömrəli DƏDR Reyestrindən Çıxarış ləğv olunmаlı, iddia qalan hissədə təmin edilməməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X12 məxsus olmuş, ünvan 1ində yerləşən 82,10 kv.metr sahədən ibarət fərdi yaşayış evinə və evin yerləşdiyi 0,17 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh4 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2v-581 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi” və xx.xx.2021-ci il tarixli, 2v-582 reyestr nömrəli “Qanun üzrə vərəsəlik haqqında Şəhadətnaməsi” etibarsız hesab edilsinlər. Cavabdeh2 adına verilmiş xx.xx.2021-ci il tarixli, **********8 qeydiyyat nömrəli, DƏDR Reyestrindən Çıxarış ləğv edilsin. Cavabdeh2 ilə Cavabdeh3 arasında xx.xx.2021-ci ildə 1 saylı Sumqayıt Regional Cavabdeh4tariat Ofisində 4Ə-1127 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş Daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız sayılsın. Cavabdeh3 adına xx.xx.2021-ci ildə verilmiş ********** qeydiyyat nömrəli DƏDR Reyestrindən Çıxarış ləğv olunsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver