Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-248/2021 08.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Ərizəçi qızının iştirakı ilə Ərizəçi qızının maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 5 saylı X5rşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, JN-21xx xxx 30319018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının Xanəhmədova (Osmanova) Gülnaz Möhsüm qızına məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə ərizəçi Xanəhmədova (Osmanova) Gülnaz Möhsüm qızı ərizəni müdafiə edərək göstərdi ki, Quba rayon X2 xx xxxx 1999-cu il tarixli 07 saylı qərarına əsasən ona Quba rayonu, Qaraçay kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və adına JN 21xx xxx 30319018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı tərtib olunmuşdur. Həmin Dövlət Aktında onun soyadı və adı Osmanova Gülnaz kimi düzgün qeyd olunmuş, lakin atasının adı Möhsüm əvəzinə Müslüm kimi səhv qeyd olunmuşdur. Bildirdi ki, Osmanova onun qızlıq soyadıdır. O, əri X3 ilə xx xxxxxxxx 2012-ci il tarixdə nikahını rəsmi qeyd etdirməklə ailə qurub və ərinin soyadını, Xanəhmədova soyadını qəbul edib. Atasının adının Möhsüm olması ərizəsinə əlavə etdiyi hüquq müəyyənedici sənəd olan şəxsiyyət vəsiqəsini, eləcə də, doğum və nikah haqqında şəhadətnamələri, o cümlədən atasının ölüm haqqında şəhadətnaməsi ilə də təsdiq olunur. Hazırda qeyd olunan torpaq sahəsinə dair adına çıxarış almaq istəyir. Lakin JN 21xx xxx 30319018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktında olan yalnışlıqlara görə, yəni atasının adı Möhsüm əvəzinə səhvən Müslüm kimi yazıldığından həmin torpaq sahəsinə dair onun sərəncam vermək hüququ məhdudlaşmışdır. Bildirir ki, həmin torpaq sahəsinə dair Çıxarış almaq üçün DƏDRX-nm saylı Ərazi İdarəsinə müraciət edib. DƏDRX-nm 5 saylı X9 xx xxxxxxxx 2020-ci il tarixli, **********01 saylı məktubu ilə ona məxsus JN 21xx xxx 30319018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktında ad və soyadda yaranmış uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Qeyd edib ki, Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktını verən AR DT və XK-i ləğv edilmiş, həmin sənəddəki yalnışlığı başqa yolla düzəliş etdirmək mümkün deyildir. Ona görə də JN 21xx xxx 30319018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktının Xanəhmədova (Osmanova) Gülnaz Möhsüm qızına məxsus olması faktının məhkəmə qaydasında müəyyən olunması tələb olunduğundan, həmin hüquqi faktın təsdiqi ilə əlaqədar məhkəməyə müraciət etməli olub. Göstərilənləri nəzərə alaraq Quba rayon X2 xx xxxxxx 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə verilmiş JN-21xx xxx 30319018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının Xanəhmədova (Osmanova) Gülnaz Möhsüm qızına məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə maraqlı tərəf olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 5 saylı X1 müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə maraqlı tərəf olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı X6 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçi Xanəhmədova (Osmanova) Gülnaz Möhsüm qızını dinləyib və işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən əsaslıdır və qismən təmin olunmalıdır. Belə ki, işdə olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN 21xx xxx 30319018 nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Quba rayonu, 1-ci Nügədi kənd sakini Osmanova Gülnaz Möhsüm qızına, Quba rayon X2 xx xxxxxx 1997-ci il tarixli, 07 nömrəli qərarı ilə 0.21 ha torpaq sahəsi mülkiyyətə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 5 saylı X6 Ərizəçi ünvanladığı xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqların aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İşdə olan AZ-İ 287949 saylı “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Osmanov Möhsüm Teymur oğlu xx.xx.2007-ci ildə vəfat etmişdir. İşdə olan AZ-T 147771 saylı “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Osmanova Gülnaz Möhsüm qızı xx.xx.1968-ci ildə doğulmuşdur. İşdə olan AZ-İ 767105 saylı “nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Osmanova Gülnaz Möhsüm qızı X3 ilə xx.xx.2012-ci ildə rəsmi nikaha daxil olmuş, Xanəhmədov soyadını qəbul etmişdir. İşdə olan Quba rayon İHB-nın İ Nügədi İƏD-si üzrə nümayəndəliyinin verdiyi arayışdan görünür ki, Ərizəçi nümayəndəliyin Qaraçay kəndində qeydiyyatdadır, hal-hazırda Vladimirovka kəndində yaşayır. İşdə olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Quba rayonu Qaraçay kəndində qeydiyyatdadır. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Quba rayon X2 xx xxxxxx 1997-ci il tarixli, 07 nömrəli qərarı ilə verilmiş JN-21xx xxx 30319018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. Quba rayon X2 xx xxxxxx 1997-ci il tarixli, 07 nömrəli qərarı ilə verilmiş JN-21xx xxx 30319018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-248/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-248/2021
08.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver