Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-250/2024 16.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X1 və onun vəkili Vəkil, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 iştirakı ilə İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçılar X4, Cavabdeh4 və Cavabdeh3 qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi və çıxarılma tələbinə dair iddia ərizəsi, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçılar X4, Cavabdeh4 və Cavabdeh3 kompensasiya tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə tərəflərin verdiyi barışıq sazişinə baxaraq, MÜƏYYƏNETDİM: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdehlər Abasova (Mahmudova) Zeynab Səfər qızı, X8 və X9 mənim mülkiyyətimdə olan Quba şəhəri, Vaqif küçəsinin 59 ünvanında yerləşən 02(iki) mərtəbəli, 02 (iki) otaqlı, ümumi sahəsi 134,0 kv/m, yaşayış sahəsi 40.7 kv/m olan fərdi yaşayış evindən və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsindən istifadə hüquqları itirilmiş hesab edilməsi, Cavabdehlər Abasova (Mahmudova) Zeynab Səfər qızı, X8 və X9 və onlara məxsus əmlaklar mənim mülkiyyətimdə olan Quba şəhəri, Vaqif küçəsinin 59 ünvanında yerləşən 02(iki) mərtəbəli, 02 (iki) otaqlı, ümumi sahəsi 134,0 kv/m, yaşayış sahəsi 40.7 kv/m olan fərdi yaşayış evindən və həmin evin yerləşdiyi torpaq sahəsindən çıxarılması, 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Abasova (Mahmudova) Zeynab Səfər qızından, X3 və X5 müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X4 qarşılıqlı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, cavabdeh İddiaçı 14400 (on dörd min dörd yüz) manat məbləğində kompensasiya pulu alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh4 qarşılıqlı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, cavabdeh İddiaçı 14400 (on dörd min dörd yüz) manat məbləğində kompensasiya pulu alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 qarşılıqlı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, cavabdeh İddiaçı 14400 (on dörd min dörd yüz) manat məbləğində kompensasiya pulu alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəməyə barışıq sazişini təqdim edərək bildirdi ki, cavabdehlə barışıq sazişi imzaladıqlarını, barışıq sazişinin təsdiq olunmasını və mülki işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçılar X4 və Cavabdeh4 da məhkəməyə verdiyi izahatlarında barışıq sazişi bağlandığını və mülki işin icraatına xitam verilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə iclasında onlayn şəkildə telefon vasitəsilə əlaqə saxlanılmış ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 barışıq sazişi bağlandığını və mülki işin icraatına xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını, məhkəməyə təqdim edilmiş barışıq sazişini araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, tərəflərin məhkəməyə təqdim etdiyi barışıq sazişi təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-nin 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilən Mülki-Prossesual qanunvericilik normalarının məzmunundan görünür ki, məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdə, mülki iş üzrə icraata xitam verməlidir. Bununla da işin icraatı başa çatır. Eyni predmet haqqında və eyni əsaslar üzrə məhkəməyə təkrar müraciət etmək hüququ itirilir. Beləliklə tərəflərin izahatları və məhkəmə araşdırılmaları zamanı müəyyən olunmuşdur ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar:
1. Cavabdeh2 öz adına bankda hesab açır. Cavabdeh2, X8 və X9, Quba şəhəri, Vaqif küçəsinin 59 ünvanında yerləşən həyətyanı torpaq sahəsindən, həmin torpaq sahəsində yerləşən 02 (iki) mərtəbəli, 02 (iki) otaqlı, ümumi sahəsi 134,0 kv/m., yaşayış sahəsi 40.7 kv/m. olan fərdi yaşayış evindən və digər tikililərdən onların istifadə hüququndan, 2-ci tərəf (iddiaçı) İddiaçı 20000 (iyirmi min) manat məbləğində pul vəsaitini, 1-ci tərəf Cavabdeh2 adına açılmış bank hesabı vasitəsi ilə qəbul etməklə imtina edərək həmin yaşayış sahəsini hər hansı digər şərt qoymadan, hazırki müqavilə tərəflər tərəfindən təsdiq edildiyi andan sonra 01 (bir) ay müddətinə tərk edirlər.
2. X2, 1-ci tərəf - Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, Quba şəhəri, Vaqif küçəsinin 59 ünvanında yerləşən həyətyanı torpaq sahəsindən, həmin torpaq sahəsində yerləşən 02 (iki) mərtəbəli, 02 (iki) otaqlı, ümumi sahəsi 134,0 kv/m., yaşayış sahəsi 40.7 kv/m. olan fərdi yaşayış evindən və digər tikililərdən istifadə hüququndan onların imtina edərək həmin yaşayış sahəsini tərk etməkləri ilə bağlı 20000 (iyirmi min) manat məbləğində pul vəsaitini 1-ci tərəf Cavabdeh2 adına açılmış bank hesabına hər hansı digər şərt qoymadan köçürür.
3. Tərəflər hazırki barışıq razılaşması müqaviləsinin hər bir nüsxəsini öz imzaları ilə təsdiq edirlər. Müqavilənin 01 (bir) nüsxəsi - Cavabdeh2, X8 və X6, 01 (bir) nüsxəsi İddiaçı saxlanılır və müqavilənin məhkəmə tərəfindən tanıdılması üçün müqavilənin bir nüsxəsi məhkəməyə təqdim edilir. Məhkəmə iş materiallarını, barışıq sazişinin şərtlərini araşdırıb, barışıq sazişinin şərtlərini təsdiq etməklə işin icraatına xitam verilməsi barədə tərəflərin izahatlarını dinləyib, barışıq sazişinə qiymət verərək, yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişinin şərtləri təsdiq olunmalı, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Tərəflər arasında bağlanmış barışıq sazişini təsdiq etməklə məhkəmə tərəflərə izah edir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 191.1, 261.0.5, 262.4, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq,
Q Ə R A R A A L D İ M:
İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçılar X4, Cavabdeh4 və Cavabdeh3 arasında 16 may 2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Cavabdeh2 öz adına bankda hesab açır. Cavabdeh2, X8 və X9, Quba şəhəri, Vaqif küçəsinin 59 ünvanında yerləşən həyətyanı torpaq sahəsindən, həmin torpaq sahəsində yerləşən 02 (iki) mərtəbəli, 02 (iki) otaqlı, ümumi sahəsi 134,0 kv/m., yaşayış sahəsi 40.7 kv/m. olan fərdi yaşayış evindən və digər tikililərdən onların istifadə hüququndan, 2-ci tərəf (iddiaçı) İddiaçı 20000 (iyirmi min) manat məbləğində pul vəsaitini, 1-ci tərəf Cavabdeh2 adına açılmış bank hesabı vasitəsi ilə qəbul etməklə imtina edərək həmin yaşayış sahəsini hər hansı digər şərt qoymadan, hazırki müqavilə tərəflər tərəfindən təsdiq edildiyi andan sonra 01 (bir) ay müddətinə tərk edirlər.
2. X2, 1-ci tərəf - Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, Quba şəhəri, Vaqif küçəsinin 59 ünvanında yerləşən həyətyanı torpaq sahəsindən, həmin torpaq sahəsində yerləşən 02 (iki) mərtəbəli, 02 (iki) otaqlı, ümumi sahəsi 134,0 kv/m., yaşayış sahəsi 40.7 kv/m. olan fərdi yaşayış evindən və digər tikililərdən istifadə hüququndan onların imtina edərək həmin yaşayış sahəsini tərk etməkləri ilə bağlı 20000 (iyirmi min) manat məbləğində pul vəsaitini 1-ci tərəf Cavabdeh2 adına açılmış bank hesabına hər hansı digər şərt qoymadan köçürür.
3. Tərəflər hazırki barışıq razılaşması müqaviləsinin hər bir nüsxəsini öz imzaları ilə təsdiq edirlər. Müqavilənin 01 (bir) nüsxəsi - Cavabdeh2, X8 və X6, 01 (bir) nüsxəsi İddiaçı saxlanılır və müqavilənin məhkəmə tərəfindən tanıdılması üçün müqavilənin bir nüsxəsi məhkəməyə təqdim edilir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçılar X4, Cavabdeh4 və Cavabdeh3 qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi və çıxarılma tələbinə dair iddia ərizəsi, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçılar X4, Cavabdeh4 və Cavabdeh3 kompensasiya tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardaddan 10 (on) gün müddətinə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Vüqar Seyidov