Məhkəmə qərarları › İş №2(027)-27/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-27/2024

04.03.2024 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-27/2024 04.03.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, İddiaçı üçüncü şəxs Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi göstərilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi, Quba Bələdiyyəsi və Əmlak Məsələləri Dövlət Xidməti yanında X4 X2 Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına qarşı hərracın nəticələrinin, şəhadətnamələrin, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların ləğv edilməsi, ərazinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və ərazidə inşa edilmiş tikililərin cavabdehlərin vəsaiti hesabına sökülməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 sentyabr 2020-ci il tarixində Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında X4 X2 Ərazi Torpaq Müsabiqə və Hərrac Komissyası arasında olan hərracın nəticələrinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında X4 X2 Ərazi Torpaq Müsabiqə və Hərrac Komissyası tərəfindən Cavabdeh4 verilmiş SERİYA AM N° 011848 saylı, Cavabdeh3 verilmiş SERİYA AM N° 011849 saylı, Cavabdeh1 adma verilmiş SERİYA AM N° 011850 saylı və Cavabdeh2 verilmiş SERİYA AM N2 011851 saylı şəhadətnamələrin etibarsız hesab edilməsi; Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisində təsdiqlənmiş X1 Kəmalə Adil qızı ilə xx.xx.2020-ci il tarixli, 4ə-2140 reyster nömrəli, Cavabdeh1 ilə xx.xx.2020-ci il tarixli, 4ə-2141 reyster nömrəli, Cavabdeh3 ilə xx.xx.2020-ci il tarixli, 4ə-2144 reyster nömrəli və Cavabdeh4 ilə olan xx.xx.2020-ci il tarixli, 4ə-2145 reyster nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi; Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş Cavabdeh2 adına Quba şəhərində yerləşən 0,06 ha torpaq sahəsinə dair **********33 reyester nömrəli, Cavabdeh3 adına olan Quba şəhərində yerləşən 0,06 ha torpaq sahəsinə dair **********31 reyester nömrəli, Quba şəhərində yerləşən 0,06 ha torpaq sahəsinə dair Cavabdeh4 adına olan **********32 reyester nömrəli və Quba şəhərində yerləşən 0,06 ha torpaq sahəsinə dair Cavabdeh1 qızının adına olan **********34 reyester nömrəli daşınmaz əmlakın dövlət reysterindən çıxarışların ləğv edilməsi; Quba Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 10/02 saylı qərarı İddiaçı verilmiş torpaq sahəsinin boşaldılaraq İddiaçı verilməsi və həmin torpaqda cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş çəpərin və tiklilərin cavabdehlərin hesabına söklüməsi; iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun yəni, İddiaçı xx.xx.2006-cı il tarixli ərizəsi əsasında Quba Bələdiyyəsinin ehtiyat torpaq fondundan Quba Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 10/02 saylı qərarı ilə Quba şəhərinin “Qəçrəş yolu” yaşayış massivinin sol tərəfindəki ərazidən bağ evi tikintisi üçün 1000 kv.m kənd təsərrüfatı məqəsdi ilə 700 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin ona ayrılmasına dair Quba Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli iclasının 3 saylı protokolundan çıxarış və torpaq sahəsinin yerqurluşu planından çıxarış ona təqdim edilmişdir. O, torpaq sahəsinin dəyərini Quba Blədiyyəsinin hesabına ödəmişdir. Onun mülkiyyətinə verilmiş torpaq sahəsi 0,17 ha sahəsi olduğu halda, onun torpaq sahəsinə bitişik olan sahibsiz 0,07 ha torpaq sahəsini də öz ərazisinə qatıb çəpərləmiş və ümumilikdə 0,24 ha torpaq sahəsindən 15 il istifadə etmişdir. Həmin torpaq sahəsi 15 ildir ki, mübahisəsiz olaraq onun sahibliyindədir və həmin torpaq mübahisəli olması və ya başqa şəxslərə məxsus olması barədə ona heç bir müraciət daxil olmamışdır. Həmin torpaq sahəsindən daim istifadə, nəzarət və sahiblik etmişdir. xx.xx.2021-ci il tarixdə Quba şəhərində olarkən torpaq sahəsinə gedib baxdı və torpaq sahəsinin qanunsuz olaraq tanımadığı şəxslər tərəfindən zəbt edildiyini və torpaq sahəsinin ortasından daş çəpər çəkildiyini və həmin ərazidə intensiv şəkildə qanunsuz olaraq tikinti aparılmasının şahidi oldu. Bu səbəbdən DİN-nin 102 xidmətinə zəng dərək torpaq sahəsinin qanunsuz olaraq tanımadığı şəxslər tərəfindən zəbt edildiyini və torpaq sahəsində qanunsuz olaraq tikinti aparılmasını bildirdi. Müraciəti əsasında Quba RPŞ-nin Təhqiqat Qrupunun təhqiqatçısı Gülmalıyev Məhəmməd tərəfindən araşdırma aparıldı və xx.xx.2021-ci il tarixdə HK-1-1491 saylı material üzrə AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı məlum oldu ki, İddiaçı məxsus torpaq sahəsi xx.xx.2018-ci il tarixdə Quba Bələdiyyəsinin mülkiyyətinə keçərək Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətindən 0,12 ha torpaq sahəsinə dair **********41 reyestr nömrəli və 0,12 ha torpaq sahəsinə dair **********41 reyester nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reysterindən çıxarışlar əldə edilmişdir. X3 tərəfindən həmin **********40 reyester nömrəli və **********41 reyester nömrəli torpaq sahələri xx.xx.2020-ci il tarixdə hərraca çıxarılaraq Əmlak Məsələləri Dövlət Xidməti yanında X4 X2 Ərazi Torpaq müsabiqə və hərrac komissyasında təşkil edilmiş hərracda Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 satılmışdır. Belə ki, ona məxsus torpaq sahəsi xx.xx.2020-ci il tarixdə Quba bələdiyyəsinin mülkiyyətində olan 0,06 ha torpaq sahəsi kimi hərracın qalibi kimi Cavabdeh4 3000 manata satılmış və SERİYA AM № 011848 saylı şəhadətnamə verilmişdir. Bundan başqa xx.xx.2020-ci il tarixdə ona məxsus torpaq sahəsinin bir hissəsi Quba bələdiyyəsinin mülkiyyətində olan 0,06 ha torpaq sahəsi kimi hərracın qalibi Cavabdeh3 3000 manata satılmış və SERİYA AM №011849 saylı şəhadətnamə verilmişdir. Bundan başqa ona məxsus torpaq sahəsinin bir hissəsi xx.xx.2020-ci il tarixdə hərraca çıxarılaraq Əmlak Məsələləri Dövlət Xidməti yanında X4 X2 Ərazi Torpaq müsabiqə və hərrac komissyası tərəfindən xx.xx.2020-ci il tarixdə Quba bələdiyyəsinin mülkiyyətində olan 0,06 ha torpaq sahəsi qismində 3000 manata Cavabdeh1 satılmış və SERİYA AM Nə 011850 sayh şəhadətnamə verilmişdir. Bundan başqa ona məxsus torpaq sahəsinin bir hissəsi xx.xx.2020-ci il tarixdə Quba bələdiyyəsinin mülkiyyətində olan 0,06 ha torpaq sahəsi kimi hərracın qalibi kimi Cavabdeh2 3000 manata satılmış və SERİYA AM № 011851 saylı şəhadətnamə verilmişdir. Bundan başqa ona məxsus torpaq sahəsinin bir hissəsi xx.xx.2020-ci il tarixdə Quba bələdiyyəsinin mülkiyyətində olan 0,06 ha torpaq sahəsi kimi hərracın qalibi kimi Cavabdeh2 3000 mnat satılmış və Seriya AM № 011851 saylı şəhadətnamə verilmişdir. Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisində təsdiqlənmiş xx.xx.2020-ci il tarixli, 45-2140 reyster nömrəli alqı-satqı müqaviləsi əsasında 0,06 ha torpaq sahəsi Quba Bələdiyyəsi tərəfindən Cavabdeh2, xx.xx.2020-ci il tarixli, 4ə-2141 reyster nömrəli alqı-satqı müqaviləsi əsasında 0.06 ha torpaq sahəsi Quba Bələdiyyəsi tərəfindən Cavabdeh1, xx.xx.2020-ci il tarixli, 4ə- 2144 reyster nömrəli alqısatqı müqaviləsi əsasında 0,06 ha torpaq sahəsi Quba Bələdiyyəsi tərəfindən Cavabdeh3 və xx.xx.2020-ci il tarixli, 4ə-2145 reyster nömrəli alqı-satqı müqaviləsi əsasında 0,06 ha torpaq sahəsi Quba Bələdiyyəsi tərəfindən Cavabdeh4 satılmışdır. Həmin alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə Cavabdeh3 adına **********31 reyestr nömrəli, Cavabdeh4 adına **********32 reyester nömrəli, Cavabdeh2 zzınm adına **********33 reyester nömrəli və Cavabdeh1 adma **********34 reyester nömrəli daşınmaz əmlakın dövlət reysterindən çıxarışlar verilmişdir. Bundan başqa Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi zərəfindən Cavabdeh2 adına xx.xx.2020-ci il tarixli AA Nə 544978 seriyalı, Cavabdeh3 adına AA N° 544977 seriyalı, Cavabdeh1 adına AA N° 544979 seriyalı və Cavabdeh4 adma AA N° 545199 seriyalı torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Göründüyü kimi, Quba Bələdiyyəsinin ehtiyat torpaq fondundan Quba Bələdiyyəsinin xx.xx.2006-cı tarixli, 10/02 saylı qərarı ilə Quba şəhərinin “Qəçrəş yolu” yaşayış massivinin sol tərəfindəki ərazidən bağ evi tikintisi üçün 1000 kv.m, kənd təsərrüfatı məqəsdi ilə 700 kv.m torpaq sahəsi ona satılmış, həmin torpaq sahəsinin ona ayrılmasına dair hüquqi sənədlər olmasına baxmayaraq Quba Bələdiyyəsi saxta sənədlər əsasında həmin torpaq sahəsini xx.xx.2018-ci il tarixdə Quba Bələdiyyəsinin mülkiyyətinə keçirdərək Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətindən çıxarışlar əldə etmiş, sonradan həmin torpaq sahələri xx.xx.2020-ci il tarixdə hərraca çıxarılaraq Əmlak Məsələləri Dövlət Xidməti yanında X4 X2 Ərazi Torpaq müsabiqə və hərrac komissyasında təşkil edilmiş hərracda Cavabdeh1, Cavabdeh2 z zma, Cavabdeh3 və Cavabdeh4 satılmış, Quba Regional “Asan Xidmət Mərkəzində Notariat Ofisində təsdiqlənmiş xx.xx.2020-ci il tarixli, 4ə-2140 reyster nömrəli alqı-satqı müqaviləsi əsasında 0,06 ha torpaq sahəsi Quba Bələdiyyəsi tərəfindən Cavabdeh2, xx.xx.2020-ci il tarixli, 4ə-2141 reyster nömrəli alqı-satqı müqaviləsi əsasında 0,06 ha torpaq sahəsi Quba bələdiyyəsi tərəfindən Cavabdeh1, xx.xx.2020-ci il tarixli, 4ə- 2144 reyster nömrəli alqı-satqı müqaviləsi əsasında 0,06 ha torpaq sahəsi Quba Bələdiyyəsi tərəfindən Cavabdeh3 və xx.xx.2020-ci il tarixli, 4ə-2145 reyster nömrəli alqısatqı müqaviləsi əsasında 0,06 ha torpaq sahəsi Quba bələdiyyəsi tərəfindən Cavabdeh4 satılmışdır. Həmin alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına, Cavabdeh4 adına, Cavabdeh2 adına və Cavabdeh1 adına çıxarışlar verilmişdir. Quba Bələdiyyəsinin ehtiyat torpaq fondundan Quba Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 10/02 qərar ilə ona ayrılmış torpaq sahəsinin Quba Bələdiyyəsinin mülkiyyətinə keçməsinə əsas olmuş sənədlər saxta olmuş, bu səbəbdən həmin torpaq sahələi hərraca çıxarılaraq Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 satıla bilməz və hər hansı alqı-satqı müqaviləsinin predmeti ola bilməzdi. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 Sücaət oğlu məhkəməyə ərizə göndərərək, bildirmişdir ki, hal-hazırda səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmir. Odur ki, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 vəkili Vəkil2 məhkəməyə etiraz göndərərək mülki işi təxirə salmadan baxıb mahiyyəti üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi, Quba Bələdiyyəsi və Əmlak Məsələləri Dövlət Xidməti yanında X4 X2 Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası və üçüncü şəxs Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1-185.4-185.5-ci maddələrinə əsasən hazırki mülki işə həmin cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-238/2022 saylı Qərarından görünür ki, İddiaçı cavabdeh Quba bələdiyyəsinə qarşı Quba Bələdiyyəsinin alqı-satqı predmeti olan Quba şəhərində yerləşən hər biri 1200 kv m və ya 0,12 ha torpaq sahələrinin həyətyanı məqsədi ilə satılması ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün həmin torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması prosedurunun başlanması barədə Quba Bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 11/06 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (105)-18/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-238/2022 nömrəli, 11 fevral 2022-ci il tarixli qərarı ləğv edilərək iddia mümkün sayılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1015/2023 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Quba bələdiyyəsinə qarşı (üçüncü şəxslər: Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2) "bələdiyyə qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-18/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli qərardadından verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildiyindən rədd edilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçı 0.24 ha torpaq sahəsi üzərində hüququn yaranmasını, həmçinin 0.07 ha torpaq sahəsini isə özbaşına zəbt edərək ayrılmış 0.17 ha torpaq sahəsi ilə birgə hasara alması ilə əsaslandırmışdır. 0.07 ha torpaq sahəsi bələdiyyə mülkiyyəti olmaqla, iddiaçı tərəfindən faktiki olaraq özbaşına zəbt edilən sahə olduğundan, həmin torpaq sahəsi üzərində iddiaçının hər hansı subyektiv hüququnun mövcudluğu müəyyən olunmur. Belə ki, Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Ona görə də, bu hissədə qaldırılmış iddia hər bir halda mümkünsüz iddiadır. 0.17 ha torpaq sahəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Quba bələdiyyəsinin 30 mart 2006-cı il tarixli 10/02 saylı iclas qərarına əsasən, iddiaçıya Bələdiyyənin ehtiyat torpaq fondundan haqqı ödənilməklə Quba şəhərinin “Qəçrəş yolu” yaşayış massivinin sol tərəfindəki ərazidən bağ evi tikintisi üçün 1000 kv.m, kənd təsərrüfatı məqsədilə 700 kv.m torpaq sahəsi ayrılsa da, ayrılmış torpaq sahəsinə dair iddiaçı ilə bələdiyyə arasında qanunla müəyyən edilmiş qaydada alqı-satqı aktının bağlanması, eləcə də, torpağın dəyərinin iddiaçı tərəfindən ödənilməsi müəyyən edilmir. Bələdiyyənin 30 mart 2006-cı il tarixli 10/02 saylı qərarı ilə iddiaçıya haqqı ödənilməklə torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilsə də, işdən görünür ki, torpağın iddiaçının mülkiyyətinə verilməsinə dair prosedur tam başa çatmamış, bələdiyyə ilə iddiaçı arasında alqı-satqı aktı bağlanmamış, iddiaçı tərəfindən bələdiyyənin hesabına torpağın satışına görə pul ödənilməmişdir. Bu isə o deməkdir ki, bələdiyyə qərarında nəzərdə tutulmuş torpaq sahəsinin mülkiyyət hüququ ilə iddiaçıya verilməsi baş tutmamış, iddiaçının həmin torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı olan mülkiyyət hüququ yaranmamışdır. İşin qeyd edilən xüsusatlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, 0.17 ha torpaq sahəsinin iddiaçıya satılması proseduru zamana görə qüvvədə olan qanunvericildə əsasən tam başa çatmadığından, eləcə də, 0.07 ha torpaq sahəsi iddiaçı tərəfindən özbaşına zəbt edilmiş sahə olduğundan, mübahisələndirilən 0.24 ha torpaq sahəsi üzərində iddiaçının hər hansı hüququnun olduğu müəyyən olunmur. Bu isə o deməkdir ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır. 0.17 ha torpaq sahəsinə münasibətdə iş materialları ilə müəyyən edilir ki, Quba bələdiyyəsinin 30 mart 2006-cı il tarixli 10/02 saylı iclas qərarına əsasən, iddiaçıya Bələdiyyənin ehtiyat torpaq fondundan haqqı ödənilməklə Quba şəhərinin “Qəçrəş yolu” yaşayış massivinin sol tərəfindəki ərazidən bağ evi tikintisi üçün 1000 kv.m, kənd təsərrüfatı məqsədilə 700 kv.m torpaq sahəsi ayrılsa da, ayrılmış torpaq sahəsinə dair iddiaçı ilə bələdiyyə arasında qanunla müəyyən edilmiş qaydada alqı-satqı aktının bağlanması, eləcə də, torpağın dəyərinin iddiaçı tərəfindən ödənilməsi müəyyən edilmir. Bələdiyyənin 30 mart 2006-cı il tarixli 10/02 saylı qərarı ilə iddiaçıya haqqı ödənilməklə torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilsə də, işdən görünür ki, torpağın iddiaçının mülkiyyətinə verilməsinə dair prosedur tam başa çatmamış, bələdiyyə ilə iddiaçı arasında alqı-satqı aktı bağlanmamış, iddiaçı tərəfindən bələdiyyənin hesabına torpağın satışına görə pul ödənilməmişdir. Bu isə o deməkdir ki, bələdiyyə qərarında nəzərdə tutulmuş torpaq sahəsinin mülkiyyət hüququ ilə iddiaçıya verilməsi baş tutmamış, iddiaçının həmin torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı olan mülkiyyət hüququ yaranmamışdır. 0.17 ha torpaq sahəsinin iddiaçıya satılması proseduru zamana görə qüvvədə olan qanunvericiliyə əsasən tam başa çatmadığından, eləcə də, 0.07 ha torpaq sahəsi iddiaçı tərəfindən özbaşına zəbt edilmiş sahə olduğundan, mübahisələndirilən 0.24 ha torpaq sahəsi üzərində iddiaçının hər hansı hüququnun olduğu müəyyən olunmur. Bu isə o deməkdir ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır. Beləliklə, iş materiallarından göründüyü kimi iddiaçıya ayrılmış torpaq sahəsinin kadastr sənədləri təqdim edilmədiyindən, torpaq sahəsinin koordinatlarını müəyyən etmək və bunun nəticəsində iddiaçıya bələdiyyə qərarı ilə satılması nəzərdə tutulan torpaq sahəsinin üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi barədə mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır. Bu səbəbdən, belə nəticəyə gəlmək olar ki, hətta yuxarıda qeyd edildiyi kimi, xx.xx.2006-cı il tarixli qərarla iddiaçıya 0.17 ha torpaq sahəsinin ayrılması barədə qərar hüquqmüəyyənedici sənəd kimi qəbul edilsə belə, bələdiyyə qərarı ilə iddiaçıya ayrılmış 0.17 ha torpaq sahəsinin hazırda iddiaçının naturada iddia etdiyi torpaq sahəsi olduğu təsdiq edilmədiyindən, iddiaçının üçüncü şəxslərin mülkiyyətində olan 0.24 ha torpaq sahəsi üzərində hər hansı hüququnun olduğu müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun; 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Beləliklə, İddiaçı qeyd olunan əmlakın mülkiyyətçisi olmadıgından, hazırki iddia tələbi ilə müraciət etmək hüququna malik olmamış, iddia tələb hüququ olmayan şəxs tərəfindən verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbləninin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Prosessual qanunvericiliyin tələblərinə əsasən hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu təqdirdə, iddiaçı müvafiq əmlakın mülkiyyət hüququ üzrə ona aidiyyətinin olmaması üçün məhkəmə iddianın təmin edilməsi istiqamətində heç bir əsas görmür. Məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı üçüncü şəxs Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi göstərilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi, Quba Bələdiyyəsi və Əmlak Məsələləri Dövlət Xidməti yanında X4 X2 Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına qarşı “hərracın nəticələrinin, şəhadətnamələrin, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların ləğv edilməsi, ərazinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və ərazidə inşa edilmiş tikililərin cavabdehlərin vəsaiti hesabına sökülməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsiin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı üçüncü şəxs Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi göstərilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi, Quba Bələdiyyəsi və Əmlak Məsələləri Dövlət Xidməti yanında X4 X2 Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasına qarşı “hərracın nəticələrinin, şəhadətnamələrin, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların ləğv edilməsi, ərazinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və ərazidə inşa edilmiş tikililərin cavabdehlərin vəsaiti hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver