Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-286/2021 20.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulmuş ziyana görə 400 (dörd yüz) manat məbləğində pulun, iddia ərizəsinə görə ödənilmiş 20 (iyirmi) manat məbləğində məhkəmə rüsumunun və hüquqi yardıma görə ğdənilmiş 30 (otuz) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı göstərdi ki, o, Quba rayonu Qonaqkənd qəsəbəsində yaşayır. Həmin qəsəbədə yaşayan Cavabdeh da bir qəsəbə sakini kimi tanıyır. xx xxxx 2020-ci il tarixdə özünə məxsus əkin sahəsinə baxmaq üçün gedərkən, əkin sahəsinin yarasız hala düşdüyünü görüb. Min əzab əziyyətlə əkdiyi buğda sahəsi yararsız hala düşüb. Əkin sahəsinin Cavabdeh məsuliyyətsizliyi üzündən yararsız hala düşdüyünü bilib. Belə ki, Cavabdeh həmin gün kənd naxırında növbəsi olub. 45 baş iri buynuzlu heyvana nəzarət etmədiyindən, nəticədə iri buynuzlu heyvanlar ona məxsus əkin sahəsinə girərək oranı yararsız hala salıblar. Bu barədə o, Quba Rayon Polis Şöbəsinə müraciət edib. Polis Şöbəsinin əməkdaşı şikayət əsasında ora gəlib Cavabdeh və onlardan izahat alıb. Quba rayon polis şöbəsinin Cavabdeh naxır növbəsində olarkən mal-qaranı onun əkin sahəsinə buraxdığı üçün ona dəymiş ziyanın 400 manat məbləğində olması bildirilib. Qeyd edib ki, bir ailə başçısı olmaqla onların çörək pulu həmin əkin sahəsindən çıxır. Hazırda əkin sahəsinin yarasız hala düşərək məhsulun zay olması səbəbilə ona maddi ziyan dəymişdir. Dəfələrlə cavabdehdən ona dəymiş ziyanın ödənilməsini tələb etsə də, lakin cavabdeh bu tələblərə əməl etmir. Buna görə də cavabdehdən dəymiş ziyanı almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Göstərilənləri nəzərə alaraq, Cavabdeh ona vurulmuş ziyana görə 400 (dörd yüz) manat məbləğində pulun, iddia ərizəsinə görə ödənilmiş 20 (iyirmi) manat məbləğində məhkəmə rüsumunun və hüquqi yardıma görə ödənilmiş 30 (otuz) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, o, xx xxxx 2020-ci il tarixində kənd naxırında növbəsi olub və həmin gün iribuynuzlu heyvanları örüş sahəsinə aparıb və evinə qayıdıb. Axşam saatlarında da heyvanları yığaraq kənd ərazisinə gaytarıb. İribuynuzlu heyvanların əkin sahələrinə girməsinə o cavabdeh deyildir, çünki həmin sahələrə əkin sahibləri özləri nəzarət edir. Göstərilənləri nəzərə alaraq, ona qarşı verilmiş iddianın rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qısmən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon PŞ-nin TQ-nun təhqiqatçısı X.Həsənlinin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə Quba rayonu Qonaqkənd qəsəbə sakini Cavabdeh kənd naxırında növbədə olmuş və Qonaqkənd qəsəbə sakinlərinə məxsus örüş sahəsinə buraxdığı 45 baş iri buynuzlu heyvan Sahibə Məmmədovaya məxsus əkin sahəsinə daxil olaraq ona ümumilikdə 400 manat maddi ziyan vurmuşdur. Həmin qərar ilə Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş, İddiaçı maddi ziyan tələbi ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX, ******* nömrəli, reyestr nömrəsi **********71, qeydiyyat nömrəsi **********, xx.xx.2018-ci il tarixli Çıxarışın surətindən görünür ki, Quba rayonu Qonaqkənd qəsəbəsində yerləşən 1,2336 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi birgə mülkiyyət hüququ əsasında İddiaçı və ailə üzvlərinin xüsusu mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX, ******* nömrəli, reyestr nömrəsi **********34, qeydiyyat nömrəsi **********, xx.xx.2018-ci il tarixli Çıxarışın surətindən görünür ki, Quba rayonu Qonaqkənd qəsəbəsində yerləşən 2.4673 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi birgə mülkiyyət hüququ əsasında X1 və ailə üzvlərinin xüsusu mülkiyyətinə verilmişdir. İş materiallarında olan Quba RİHB-nın Qonaqkənd qəsəbə İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 367 nömrəli arayışından məlum olur ki, Məmmədova X2 qəsəbə sakini olub, həmin qəsəbədə yaşayır, 04 nömrəli Qonaqkənd qəsəbə təsərrüfatbaşına kitabın 344 saylı hesab vərəqəsinə əsasən aşağıdakı ailə tərkibi vardır. Özü, İddiaçı xx.xx.1975-ci il təvəllüdlü, evdar qadın; əri X4 xx.xx.1972-ci il təvəllüdlü, işləmir; oğlu X10 xx.xx.1995-ci il təvəllüdlü, işləmir; qızı X11 xx.xx.2001-ci il təvəllüdlü, işləmir; qızı X12 xx.xx.2001-ci il təvəllüdlü, işləmir; oğlu X3 xx.xx.2003-cü il təvəllüdlü, işləmir; oğlu X5 xx.xx.2007-ci il təvəllüdlü, məktəbli; oğlu X6 xx.xx.2009cu il təvəllüdlü, məktəbli; qızı X7 xx.xx.2015-ci il təvəllüdlü, azyaşlı; İş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Quba rayonu Qonaqkənd qəsəbəsində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qösmən təmin edilməli, Cavabdeh vurulmuş zərərə görə 400 (dörd yüz) manat, dövlət rüsumu üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. İddia,hüquqi yardıma görə ödənilmiş 30 (otuz) manat məbləğində pulun cavbdehdən tutulması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4, 216-220, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 400 (dörd yüz) manat və dövlət rüsumu üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-286/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-286/2021
20.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver