Məhkəmə qərarları › İş №2(027)-30/2021

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-30/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-30/2021 01.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh Şıxsayıd oğlu və Zamin qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə Müəyyən etdi: İddiaçı-nin cavabdehlər Cavabdeh Şıxsayıd oğlu və Zamin qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx xxxx 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı haqqında müvafiq qaydada xəbərdar olunmuş İddiaçı-nin nümayəndəsi və cavabdehlər Cavabdeh Şıxsayıd oğlu, Zamin məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinə dair rəsmi sənəd təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, hazırki 2(027)-30/2021 saylı mülki iş üzrə ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı, 263- 264cü və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı-nin cavabdehlər Cavabdeh Şıxsayıd oğlu və Zamin qarşı “borc” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı-nə izah edilsin ki, nümayəndəsinin, məhkəmə iclasında iştirak etməməsinin və bu haqda məlumat verməməsinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərsə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardaddan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar