Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-313/2021 27.01.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək,Cavabdeh ilə qızı X2 birgə münasibətlərindən xx.xx.2012-ci il tarixdə anadan olmuş nəvəsi X10 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, qızı X3 Cavabdeh ilə 2011- ci il tarixdə ailə qurmuş, birgə münasibətlərindən xx.xx.2012-cı il tarixdə nəvəsi X10 doğulmuşdur. Cavabdeh uşaq doğulandan dörd ay sonra çıxıb getmiş, qızı-Xatirə nəvəsi-X9 yaş yarımlığ olarkən ona vermişdir. Quba rayon İcra Hakimiyyətinə nəvəsi X8 üzərində qəyyum təyin olunması barədə müraciət etdiyini və Quba rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 214 saylı sərəncamı ilə valideyn himayəsindən məhrum olmuş nəvəsi -X7 üzərində qəyyum təyin edildiyini bildirdi. Hal-hazırda Emirin səkkiz yaşı var. Səkkiz yaşına kimi Emirin saxlanması üçün 100 manat məbləğində ünvanlı sosial yardım alıb, lakin uşağın səkkiz yaşı tamam olduğdan sonra həmin məbləğin verilməsi dayandırılıb. Bu günə kimi nə atası nə də anası uşağı görməyə gəlməyiblər, onunla maraqlanmayıblar. Bir ata kimi övladının ehtiyaclarını ödəmək cavabdehində borcudur. Heç yerdə işləmədiyini və göstərilənləri nəzərə alaraq, xx.xx.2012-ci il tarixdə anadan olmuş nəvəsi X10 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mülki iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 214 saylı sərəncamının surətindən görünür ki, İddiaçı X7 üzərində qəyyum təyin edilmışdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012ci il təvəllüdlü X7 Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan AZ№ 262521 atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə anadan olmuş X6 atası Cavabdehdır və bu barədə Azərbaycan Respublikası Quba rayon Qeydiyyatı şöbəsində xx.xx.2015- ci il tarixli 839 nömrə ilə qeydə alınmışdır. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün ******* icazə vəsiqəsinin surətindən görünürki, Cavabdeh Türkiyə vətəndaşıdır, Bakı şəhəri Nərimanov rayonu H. Aslanov küçəsi ev 103, mənzil 51-də yaşayıb. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Beləliklə, göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-313/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-313/2021
27.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver