Məhkəmə qərarları › İş №2(027)-342/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-342/2021

23.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-342/2021 23.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi Adimovişin nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi Adimovişin Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus sənədlərdə qeyd olunan “Ərizəçi Adil oğlu” nun “Ərizəçi” lə eyni şəxs olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin Ərizəçi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq, iddia tələbini dəqiqləşdirmək məqsədilə məhkəməyə ərizə ilə müraciət edərək, ABN- 547068 nömrəli sürücülük vəsiqəsinin, Torpağın mülkiyyətə verilməsinə dair JN-122F, KOD- ********** saylı şəhadətnaməsinin, DSMF-nin 028951 nömrəli 2-ci qrup əlilik vəsiqəsinin ona-Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi nümayəndəsi X4 göstərdi ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Özbəkistan SSR, Daşkənt vilayəti, Akurkan Rayonunda, anadan olub. Doğum haqında şadətnamədə soyadı, adı və ata adı “Ərizəçi”, xx.xx.2012-ci il tarixdə aldığı şəxsiyyət vəsiqəsində isə “Ərizəçi Adil oğlu” yazılmışdır. Bütün sənədlərində “Ərizəçi Adil oğlu” yazılmışdır. Doğum haqqındakı Şadətnamədə, qeydlə şəxsiyyət vəsiqəsindəki qeyd arasında ziddiyyət olduğuna görə Dövlət orqanlarıda müəyyən sənədləşmə işləri apararkən çətinliklərlə üzləşdiyindən xx.xx.2020-ci il tarixdə yeni şəxsiyyət vəsiqəsi alıb. Yeni şəxsiyyət vəsiqəsində ki, ata adı doğum haqqında şadətnamədə olduğu kimi, qeyd olunub. Hal-hazırdakı şəxsiyyət vəsiqəsindəki qeydlə yuxarıda qeyd olunan müddətdə əldə etdiyi sənədlərdə ki, qeydlər arasında ata adında, fərq olduğu üçün, müxtəlif orqanlardan ona lazım olan sənədləri ala bilmir, müəyyən əməliyyatları apara bilmir. Maraqlı şəxsnə müraciət edib, ona hüquqı əhəmiyyətli faktın müəyyən edilməsinə dair məhkəməyə müraciət edilməsi bildirilib. Göstərilənləri nəzərə alaraq, ABN-547068 nömrəli sürücülük vəsiqəsinin, Torpağın mülkiyyətə verilməsinə dair JN-122F, KOD-********** saylı şəhadətnaməsinin, DSMF-nin 028951 nömrəli 2-ci qrup əlilik vəsiqəsinin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Maraqlı şəxsnə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə maraqlı şəxslər Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Ərizəçi nümayəndəsi X2 dinləyib və işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, işdə olan doğum haqqında sənədin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi kimi, ata qrafasında ata adı “Adim” kimi göstərilmişdir. İşdə olan vətəndaşlığ vəziyyəti aktlarının qeydiyyatı bürosunun doğum haqqında şəhadətnamənin məlumatlarından görünür ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Özbəkistan SSR, Daşkənt vilayəti, Kurkan kənd sovetində, anadan olub, atası Tosoyev Adim, anası Qasımova Lütfiyyə qeyd edilmiş, xx.xx.1958-ci il tarixində doğum aktlarının qeydiyyatı kitabında 350 saylı akt qeydi aparılıb. İşdə olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, vəsiqənin ad, soyad, ata adı hissədə “Ərizəçi” kimi yazılmışdır. İşdə olan Torpağın mülkiyyətə verilməsinə dair JN-122F, KOD-********** saylı şəhadətnaməsinin, DSMF-nin 028951 nömrəli 2-ci qrup əlilik vəsiqəsinin, Ərizəçi məxsus ABN- 547068 nömrəli sürücülük vəsiqəsinin, surətlərindən görünür ki, bu sənədlərin hamısında Ərizəçi kimi deyil, “Ərizəçi Adil oğlu” kimi yazılmışdır. İşdə olan Azərbaycan Respublikası Maraqlı şəxs Ərizəçi nümayəndəsi X3 ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda Ərizəçi ata adının “Adil” oğlundan “Adimoviçə” düzəliş olunması barədə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi ərizəsi əsaslı olduğu üçün təmin edilməli və ABN 547068 nömrəli sürücülük vəsiqəsinin, torpağın mülkiyyətə verilməsinə dair JN-122, KOD-30304048 nömrəli şəhadətnamənin, 028951 nömrəli əlillik vəsiqəsinin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. ABN 547068 nömrəli sürücülük vəsiqəsinin, torpağın mülkiyyətə verilməsinə dair JN-122, KOD-30304048 nömrəli şəhadətnamənin, 028951 nömrəli əlillik vəsiqəsinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar