Məhkəmə qərarları › İş №2(027)-403/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-403/2021

10.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-403/2021 10.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh İstehsalat Birliyinin (bundan sonra İB) X5 İstismarı İdarəsinə (bundan sonra RQİİ) qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB Xaçmaz RQİİ qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Cavabdeh" İB-nin Xaçmaz RQİİ-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "Cavabdeh" İstehsalat Birliyi ilə olan qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında müqaviləyə əsasən ünvan 2 nömrəli ünvanda yerləşən fərdi yaşayış evi qazla təchiz olunmuş və qaz sayğacı quraşdırılmış, həmin qaz sayğacı onun adına qeydə alınmışdır. 2020-ci ilin may ayında o, evdə olmadığı zaman, Cavabdeh İB-nın əməkdaşları əvvəlki qaz sayğacını çıxardaraq digəri ilə əvəz etmişlər. Bir müddət sonra Cavabdeh İB-nın əməkdaşları yaşadığı ünvana gələrək, yaşayış evindən çıxarılmış qaz sayğacının zavod seriya nömrəsi yazılmış lövhəsinin yararsız vəziyyətdə olduğunu qeyd edərək, 2160 m3 həcmində dəymiş ziyan hesablanmış və bununla bağlı xx.xx.2020-ci il tarixli № ******* saylı akt tərtib emişlər. Həmin tədbirlər barədə ona hər hansı sənəd və ya məlumat verilməmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli № ******* saylı akta o, deyil, qonşusu X2 imza etmişdir. Sözügedən akta əsasən, xx.xx.2020-ci il tarixdə “dəymiş ziyanın bərpasına dair” Tələbnamə tərtib olunaraq 2160 m3 sərfiyyat hesablanmışdır. O, həmin cərimə ilə razı deyil. Belə ki, qaz sayğacı yaşayış sahəsindən kənarda, açıq şəraitdə, hər hansı mexaniki müdaxilədən qoruyan metal yeşik olmadan, ictimai istifadə ərazisi olan küçədə quraşdırıldığından o, sayğacın işlək vəziyyətdə saxlanılmasında cavabdehlik daşımır. Qeyd olunanlara əsasən xx.xx.2020-ci il tarixli № ******* saylı aktı əsassız hesab edir. Mülki iş üzrə İddiaçı məhkəməyə təqdim etdiyi ərizəsində, mülki iş üzrə iclaslarda iştirak edə bilməyəcəyini bildirərək, işə onun işirakı olmadan baxıb iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlu iddianı qəbul etməyərək bildirdi ki, sayğac istismar müddəti başa çatdığından, çıxarılmış və yenisi ilə əvəz edilmişdir. Laboratoriyaya göndəriləkən sayğacın, müdaxilə nəticəsində, əzildiyi müəyyən edilmişdir. Bu barədə akt tərtib edilmiş, akta iddiaçının nümayəndəsi Pərvin Məlikova imza etmişdir. Sayğac çıxarılarkən ona müdaxilə edilməsinin aktda qeyd edilməməsinin səbəbi ondan irəli gəlir ki, həmin nasazlıq Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddiaçının ərizəsini nəzərdən keçirərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan: şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 “A” ünvanında yaşayır; Azərbaycan Respiublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 2 nömrəli fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir; “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində ******* nömrəli sayğac çıxarılmış və əvəzində yeni sayğac quraşdırılmışdır; Xaçmaz RQİİ-nin xx.xx.2020-ci il tarixli ******* nömrəli aktından görünür ki, ARDNŞnın İB-nin sayğacların yoxlanılması, 29/1710 - 01879-1 saylı rəyində göstərilir ki, ******* nömrəli sayğacın zavod seriya nömrəsi yazılmış lövhə yararsız vəziyyətdədir. Sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilmiş və daxili qulaqcıqlarda əzik, cızıq izləri vardır. Nəticədə 2160 m3 həcmində dəymiş ziyan hesablanmışdır; xx.xx.2020-ci tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 2160 m3 sərfiyyat hesablanmışdır. Beləliklə, məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Sayğacın dəyişidirməsi zamanı tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktda sayğacın dəyişdirilməsinin səbəbi kimi “əvəzləmə” göstərilmiş, sayğacın nasaz vəziyyətdə olması, hər hansı bir hissəsinin zədələnməsi, plombun tamlığına müdaxilə edilməsi kimi qeydlər isə aktda ümumiyyətlə qeyd olunmamışdır. Sayğaca baxış İddiaçı iştirakı ilə deyil, “X1” adlı şəxsin iştirakı ilə həyata keçirilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Sayğaca müdaxilənin iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin akta əsasən tərtib edilmiş tələbnamə əsassız olmuşdur. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, qaz sаyğаcı iddiаçının cаvаbdehliyi sərhəddində qurаşdırılmаmışdır. Bilavasitə iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi müəyyən edilmədiyi halda, iddiаçıyа əsаssız olаrаq 2160 m3 əlаvə sərfiyyаt hesаblаnmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, "Cavabdeh" İB-nin Xaçmaz RQİİ-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* nömrəli akt etibarsız hesab edilməli, həmin akt əsasında hesablanmış borc İddiaçı abonent hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 (beş yüz) manatadək olduqda 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutulur; 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 20 (iyirmi) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. "Cavabdeh" İB-nin Xaçmaz RQİİ-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* nömrəli akt etibarsız hesab edilsin. xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış borc İddiaçı abonent hesabından silinsin. 20 (iyirmi) manat məbləğində dövlət rüsumu Cavabdeh İB-nin Xaçmaz RQİİ-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver