Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-409/2021 11.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Quba RİHB-nın Alpan İƏD-si tərəfindən tərtib edilmiş xx xxxxx 1956-cı il tarixli 13 saylı nikah haqqında akt qeydinin düzgün olmamasının müəyyən edilməsi, həmin akt qeydində mərhum əri-X7 əvəzinə X1 düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi nümayəndəsi X8 ərizəni müdafiə edərək göstərdi ki, anası-Ərizəçi xx xxxxxx 1934-cü il tarixdə Quba rayonunda anadan olub, xx xxxxx 1956-cı il tarixdə X5 ilə ailə qurub. X2 1935-ci il tarixdə anadan olub, xx xxxxx 2005-ci il tarixdə vəfat edib. Nkah haqqında akt qeydində X3 adı “Siyaməddin” əvəzinə səhvən “Səməddin” kimi yazılıb. Lakin digər sənədlərdə, doğum haqqında arayışda, ölüm haqqında şəhadətnamədə, Torpağa Mülkiyyət Hüququna Dair JN- 3xx xxx 30327018 nömrəli Dövlət Aktında, Torpağın Mülkiyyətə verilməsinə dair JN-055F KOD 30327018 nömrəli Şəhadətnamədə Siyaməddin kimi yazılmışdır. mərhum X3 adının nikah haqqında akt qeydində “Səməddin”dən Siyaməddinə düzəliş edilməsi barədə Maraqlı şəxsnə müraciət etdib. Maraqlı şəxs xx xxxxxx 2020-ci il tarixli 723 nömrəli məktubu ilə Quba rayon İHBnın Alpan İƏD tərəfindən tərtib edilmiş 13 saylı xx.xx.1956-cı il tarixli nikah haqqında akt qeydində adın “Səməddin”dən “Siyaməddin”ə düzəliş edilməsinin mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Hazırda anası X3 adının nikah haqqında akt qeydində “Səməddin” kimi yazılması ilə bağlı çətinliklərlə üzləşib. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Akt qeydində düzəliş ona atasından qalmış miras əmlakdan vərəsəlik üzrə payın müəyyən edilməsi üçün lazımdır. Göstərilənləri nəzərə alaraq Quba RİHB-nın Alpan İƏD-si tərəfindən tərtib edilmiş xx xxxxx 1956-cı il tarixli 13 saylı nikah haqqında akt qeydinin düzgün olmamasının müəyyən edilməsi, həmin akt qeydində mərhum X7 əvəzinə Həmzəyev Siyaməddin kimi düzəliş edilməsi brədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə maraqlı tərəf olan Maraqlı şəxsnə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə maraqlı tərəf olan Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Ərizəçi nümayəndəsi X6 dinləyib və işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, işdə olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN 055F Kod 30327018 nömrəli şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Quba rayon X9 xx xxxxxxx 1998-ci il tarixli, 13 nömrəli qərarı ilə 0.13 ha həyətyanı torpaq sahəsi mülkiyyətə verilmiş, təsərrüfat başçısı kimi mülkiyyətçi Quba rayonu, Xucbala kənd sakini X5 qeyd edilmişdir. JN 3xx xxx 30327018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Quba rayon X9 xx xxxxxxx 1998-ci il tarixli, 13 nömrəli qərarı ilə 0.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətə verilmiş, təsərrüfat başçısı kimi mülkiyyətçi Quba rayonu, Xucbala kənd sakini X5 qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 723 saylı məktubundan görünür ki, Quba RİHB-nın Alpan İƏD-si tərəfindən tərtib edilmiş xx xxxxx 1956-cı il tarixli 13 saylı nikah haqqında akt qeydində adın “Səməddin”dən “Siyaməddin”ə düzəliş edilməsinin müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İşdə olan AZ-İ 135587 saylı “ölüm haqqında şəhadətnamə”nin təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2005-ci ildə vəfat etmişdir. İşdə olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi Quba rayonu Xucbala kəndində qeydiyyatdadır. İşdə olan Maraqlı şəxs akt qeydi kitabından çıxarışın təsdiq edilmiş surətindən görünür ki, X7 ilə Ərizəçi arasında xx.xx.1954-cü ildə rəsmi nikah bağlanmış, 13 nömrə ilə qeyd edilmişdir. İşdə olan V-ЖГ368521 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxxx 1977-ci ildə anadan olmuş, ata qrafasında X7, ana qrafasında Ərizəçi qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx.xx.2020-ci il tarixli, 74 saylı arxiv arayışından görünür ki, Babayev (Babayev sözü mötərizəyə alınaraq, üst hissədə Qamzayev sözü yazılmışdır) Siyaməddin İsrafil oğlu 1935-ci ildə anadan olduğu qeyd edilmişdir. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Quba RİHB-nın Alpan İƏD-si tərəfindən tərtib edilmiş xx xxxxx 1956-cı il tarixli 13 saylı nikah haqqında akt qeydinin düzgün olmamasının müəyyən edilməsi, həmin akt qeydində mərhum X7 əvəzinə, Həmzəyev Siyaməddin kimi düzəliş edilməsi faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişiliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 339, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. Quba RİHB-nın Alpan İƏD tərəfindən tərtib edilmiş xx.xx.1956-cı il tarixli 13 saylı nikah haqqında akt qeydinin düzgün olmaması müəyyən edilsin və həmin akt qeydində X7 əvəzinə X1 düzəliş edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-409/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-409/2021
11.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver