Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-41/2023 25.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 etibarnamə əsasında nümayəndəsi vəkili həmçinin Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, cavadbehlər Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Torpağa Mülkiyyət Hüququna dair JN-873 KOD 30320018 nömrəli Dövlət Aktına əsasən Quba rayonu İİ Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə onlara verilmiş 1,55 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7 tərəfindən yaradılmış maneələrin qaldırılması, cavabdehlərin onlara məxsus torpaq sahəsindən çıxarılması, onlara məxsus torpaq sahəsi üzərində tikilmiş tikililərin cavabdehlərin öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia tələbinin dəqiqləşdirilməsi barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək məhkəmənin 04 noyabr 2021-ci il tarixli sorğusuna əsasən Quba rayonu İİ Nügədi kənd İƏD üzrə icra nümayəndəliyinin 09 dekabr 2021-ci il tarixli 107 nömrəli məktubunda qeyd edilmiş şəxslərin yəni Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, X3, Cavabdeh19 qızının, Cavabdeh20, Cavabdeh21, Cavabdeh22 işə əlavə cavabdeh kimi cəlb edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia tələbinin dəqiqləşdirilməsi barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh6, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, X3, Cavabdeh19 qızının, Cavabdeh20, Cavabdeh21, Cavabdeh22 cavabdehlərin sırasından çıxarılması, Torpağa Mülkiyyət Hüququna dair JN-873 KOD 30320018 nömrəli Dövlət Aktına əsasən Quba rayonu İİ Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə onlara verilmiş 1,55 ha torpaq sahəsinə (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquluşu Layihə - Tədqiqat Mərkəzi MMC-nin Xaçmaz Layihə- Tədqiqat İdarəsinin C-76 nömrəli, 08 oktyabr 2021 tarixli mütəxəssis rəyində göstərilmiş koordinantlar daxilində) Dövlət Reyestrindən Çıxarışın alınmasına cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51.3-cü maddəsinə əsasən başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbini onunla əsaslandırmışlar ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il tarixli 01 noyabr tarixli 14 nömrəli qərarı ilə Torpağa Mülkiyyət Hüququna dair JN-873 KOD 30320018 nömrəli Dövlət Aktına əsasən Quba rayonu İİ Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1,55 ha torpaq sahəsi X4, İddiaçı2, İddiaçı1 və X5 ayrılmışdır. Həmin torpaq sahəsini bir müddət yaxın qohumu Cavabdeh1 istifadə etmişdir. Sonradan həmin torpaq sahəsini dəfələrlə Cavabdeh1 tələb etsələr də, o torpaq sahəsini qaytarmaqdan imtina etmişdir. Cavabdeh1 torpaq sahəsini onlara qaytarmadığını görüb özləri torpaq sahəsini ölçərək hasarlamaq qərarına gəlmişlər. Bu məqsədlə torpaq sahəsinin sərhədlərinin dəqiq müəyyən edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Xaçmaz Layihə Tədqiqat İdarəsinə müraciət etmişlər. Həmin idarənin və İİ Nügədi bələdiyyəsinin əməkdaşlarının iştirakı ilə onlara məxsus Torpağa Mülkiyyət Hüququna dair JN-873 KOD 30320018 nömrəli Dövlət Aktına əsasən Quba rayonu İİ Nügədi kəndi ərazisində yerləşən 1,55 ha torpaq sahəsinin sərhədləri ölçülərkən torpaq sahəsinin bir hissəsində yaşayış evlərinin tikildiyini görmüşlər. Torpağa Mülkiyyət Hüququna dair JN-873 KOD 30320018 nömrəli Dövlət Aktına əsasən Quba rayonu İİ Nügədi kəndi ərazisində yerləşən 1,55 ha torpaq sahəsinə Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alınması ilə bağlı 5 saylı Xaçmaz Ərazi İdarəsinə etdiyi müraciətə verilmiş xx.xx.2020-ci il tarixli cavabda da torpaq sahəsi üzərində mübahisə olduğundan onlara çıxarış verilməsi mümkün olmaması qeyd edilmişdir. Göründüyü kimi Cavabdeh1 onlara məxsus torpaq sahəsini zəbt etmiş, həmin torpaq sahəsindən onların istifadə etməyə qoymur, bizə məxsus torpaq sahəsində yaşayış evləri tikdirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 etibarnamə əsasında nümayəndəsi Vəkil iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq onu da qeyd etdi ki, ilkin iddia tələbində cavabdehlərin zəbt edilmiş torpaq sahəsində çıxarılması, tikililərin sökülməsi və s. tələbləri qoyulsa da sonradan iddia tələbində dəqiqləşdirmə aparılaraq yalnız torpaq sahəsinə çıxarış alınması ilə bağlı yaranmış maneələrin aradan qaldırlmasını xahiş edirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların etibarnamə əsasında nümayəndəsini izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Quba RHİB-nın İkinci Nügədi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 mart 2021-ci il tarixli, 510 nömrəli arayışdan görünür ki, X1 yaşamış, qeydiyyatda olmuş və xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra İddiaçı2, İddiaçı1 Mənsur oğlu və İddiaçı3 Mənsur qızı adlı vərəsələri qalmışdır. İş materiallarına əlavə olunmuş Quba regional “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 avqust 2019-cu il tarixli AZ-İİ 021837 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 01 avqust 2019-cu il tarixin də ölmüşdür. İş materiallarına əlavə olunmuş 14sentyabr 2020-ci il tarixli, **********20 nömrəli Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Quba rayon notariat konturu tərəfindən təsdiq edilmiş, xx.xx.2006-cı il tarixli 4 – Ə – 453 reystr nömrəli torpaq alqı-satqı müqaviləsi əsasında 1,55 ha torpaq sahəsinin bölünməsi nəticəsində yerdə qalan 1,47 ha torpaq sahəsi üzərində mübahisə olduğundan müayinə işlərinin aparılması mümkün olmamışdır və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. İş materiallarına əlavə olunmuş Quba rayon Aqrar İslahatı Komissiyasının 01 noyabr 1997-ci il tarixli 14 saylı qərarı ilə Torpağa mülkiyyət hüququna dair JN-8738 KOD 30320018 nömrəli Dövlət Aktına əsasən X4, İddiaçı2, İddiaçı1 və X2 təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1,55 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş 11 oktyabr 2021-ci il tarixli, **********90 nömrəli Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Resteri Xidmətinin məktubuna əsasən tədqiqat obyektinə baxış keçirilmiş aparılmış araşdırmanın nəticəsi olaraq aşağda qeyd edilənlər müəyyən edilmişdir:
1. Torpağa mülkiyyət hüququna dair JN-873 KOD 30320018 nömrəli Dövlət Aktına əsasən Quba rayonu İİ Nügədi kənd ərasində yerləşən 1,55 ha torpaq sahəsinə dair Dövlət Aktının koordinatları naturada müəyyən edilmiş;
2. Torpağa mülkiyyət hüququna dair JN-873 KOD 30320018 nömrəli Dövlət Aktına əsasən Quba rayonu İİ Nügədi kənd ərasində yerləşən 1,55ha torpaq sahəsinə dair Dövlət Aktının koordinatları daxilində tikililər mövcuddur;
3. Məhkəmə işi üzrə cavabdehlər torpaq sahəsinə naturada baxış keçirən zaman iştirak etmədiklərindən cavabdehlərin istifadəsində olan torpaq sahələrinin koordinatlarını götürmək olmamışdır. Bu səbəbdən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin nə qədər hissəsinin cavabdehlər tərəfindən istifadə olunmasını müəyyən etmək mümkün olmamışdır; Beləliklə iddiaçıların nümayəndəsinin izahatları və məhkəmə araşdırılmaları zamanı müəyyən olunmuşdur ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il tarixli 01 noyabr tarixli 14 nömrəli qərarı ilə Torpağa Mülkiyyət Hüququna dair JN-873 KOD 30320018 nömrəli Dövlət Aktına əsasən Quba rayonu İİ Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1,55 ha torpaq sahəsi iddiaçılara və X4 verilmiş, həmin Dövlət Aktının naturada koordinantları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquluşu Layihə - Tədqiqat Mərkəzi MMC-nin Xaçmaz Layihə- Tədqiqat İdarəsinin C-76 nömrəli, 08 oktyabr 2021 tarixli mütəxəssis rəyində göstərilmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X6 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və X6 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Beləliklə məhkəmə iddia tələbinə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Torpağa Mülkiyyət Hüququna dair JN-873 KOD 30320018 nömrəli Dövlət Aktına əsasən Quba rayonu İİ Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X4 verilmiş 1,55 ha torpaq sahəsinə (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquluşu Layihə - Tədqiqat Mərkəzi MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin C-76 nömrəli, 08 oktyabr 2021 tarixli mütəxəssis rəyində göstərilmiş koordinantlar daxilində) Dövlət Reyestrindən Çıxarışın alınmasına cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən yaradılmış maneələrin aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Torpağa Mülkiyyət Hüququna dair JN-873 KOD 30320018 nömrəli Dövlət Aktına əsasən Quba rayonu İİ Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X4 verilmiş 1,55 ha torpaq sahəsinə (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquluşu Layihə - Tədqiqat Mərkəzi MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin C-76 nömrəli, 08 oktyabr 2021 tarixli mütəxəssis rəyində göstərilmiş koordinantlar daxilində) Dövlət Reyestrindən Çıxarışın alınmasına cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən yaradılmış maneələrin aradan qaldırılsın. Qətnamə qanunvericiliklə nəzərdə tutulmuş qaydada hüquqlarının qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rahim Həsənov