Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-414/2022 31.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğvi, vurulmuş zərərin ödənilməsi və fərdi yaşayış evinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğvi, vurulmuş zərərin ödənilməsi və fərdi yaşayış evinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 31 yanvar 2022-ci il tarixə təyin edilmiş məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Seymur Məmmədov ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğvi, vurulmuş zərərin ödənilməsi və fərdi yaşayış evinin boşaldılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Seymur Məmmədov ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı "xxxx" KB ASC-nə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğvi, vurulmuş zərərin ödənilməsi və fərdi yaşayış evinin boşaldılması tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər iddiaçı "xxxx" KB ASC-nə qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-414/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-414/2022
31.01.2022 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzil münasibətləri üzrə sair mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver