Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Quba şəhəri İş № 2(027)-461/2021 08.01.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, Kreditor Borclu qarşı borc tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, m ü ə y y ə n e t d i m: Kreditor ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli M0803/19 nömrəli nisyə satış müqaviləsi üzrə 290 (iki yüz doxsan) manat əsas və cərimə borcu 30 (otuz) manat olmaqla, 320 (üç yüz iyirmi) manat məbləğin habelə 20,40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumunun, borcludan - Borclu məcburi surətdə tutularaq, Kreditor xeyrinə ödənilməsinə dair məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Kreditor ərizəsini onunla əsaslandırmışdır ki, Kreditor ilə Borclu arasında bağlanmış xx.xx.2019-cu il tarixli M0803/19 nömrəli nisyə satış müqaviləsinə əsasən alıcıya cəmi 441 (dördyüz qırx bir) manat olan bir ədəd “Samsunq” markalı Galaxy A107F/DS modeli mobil telefonu 9 ay müddətinə nisyə satılmışdır. Nisyə satış müqaviləsinin şərtləri borclu tərəfindən əməl edilməmiş,öhdənişi vaxtı- vaxtında yerinə yetirməmişdir. Borclu dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş, nəticədə kreditor qarşısında öhdəliyi yaranmışdır. Beləliklə, Borclu xx.xx.2019-cu il tarixli M0803/19 nömrəli nisyə satış müqaviləsi üzrə 290 (iki yüz doxsan) manat əsas və cərimə borcu 30 (otuz) manat olmaqla, 320 (üç yüz iyirmi) manat məbləğində borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq, Kreditor ərizəsinə əmr icraatı qaydasına baxıb, xx.xx.2019-cu il tarixli M0803/19 nömrəli nisyə satış müqaviləsi üzrə 290 (iki yüz doxsan) manat əsas və cərimə borcu 30 (otuz) manat olmaqla, 320 (üç yüz iyirmi) manat məbləğində pulun borcludan - Borclu məcburi surətdə tutularaq, Kreditor xeyrinə ödənilməsinə dair məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Əərizəni və ərizəyə əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, Kreditor tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmrinin verilməsi mümkündür. Belə ki, ərizəyə əlavə olunmuş Kreditor ilə Borclu arasında bağlanmış xx.xx.2019-cu il tarixli M0803/19 nömrəli nisyə satış müqaviləsinə əsasən Borclu cəmi 441 (dördyüz qırx bir) manat olan bir ədəd “Samsunq” markalı Galaxy A107F/DS modeli mobil telefonu 9 ay müddətinə nisyə satılmışdır. və aralarında satılmış məhsulların təhvil-təslim olunması haqqında (Əlavə 3) Akt tərtib edilmişdir. İşdə olan sənədlərdə xx.xx.2019-cu il tarixli M0803/19 nömrəli nisyə satış müqaviləsinə əsasən Borclu cəmi 441 (dördyüz qırx bir) manat olan bir ədəd “Samsunq” markalı Galaxy A107F/DS modeli mobil telefonu 9 ay müddətinə nisyə satılmış və ona əlavə olunmuş (Əlavə 2) ödəniş qrafiki tərtib olunmuşdur. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən və MAPS arayışından görünür ki, Borclu xx.xx.1996-cı il təvəllüdlüdür, Quba rayonu Rustov kəndində qeydiyyatdadır. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Kreditor xx.xx.1970-ci il təvəllüdlüdür, ünvan 1 mənzil 106 ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələb və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən borclunun etirazı prossesual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 275-276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, əmr etdim: Ərizə təmin edilsin. Borclu xx.xx.2019-cu il tarixli M0803/19 nömrəli nisyə satış müqaviləsi üzrə 290 (iki yüz doxsan) manat əsas borc, 30 (otuz) manat cərimə borcu, cəmi 320 (üç yüz iyirmi) manat, dövlət rüsumu üçün ödənilmiş 20,40 (iyirmi) manat qırx qəpik məbləğində pul vəsaiti tutulub Kreditor ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməyə yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-461/2021
Quba Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(027)-461/2021
08.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver