Məhkəmə qərarları › İş №2(027)-474/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-474/2021

05.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-474/2021 05.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X13 oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, onun xx xxx 1945-ci il tarixdə Quba rayonunun Alpan kəndində doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi və ona doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında X4, ana qrafasında Ağarzayeva Güİgəz Mirzə qızı kimi qeyd olunmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o - Ərizəçi Əiibaba oğlu xx xxx 1945-ci il tarixdə Quba rayonunun Alpan kəndində anadan olmuşdur. X1, anası X3r. X1 ilə anası X6 xx xxxxxx 1936-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar və onların birgə nikahından o - Ərizəçi doğulmuşdur. Quba rayonunun Alpan kəndində anadan olduqdan sonra adına doğum haqqında şəhadətnamə tərtib edilmişdir. Həmin doğum haqqında şəhadətnamə əsasında o, AZE seriyalı, 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir. Naməlum şəraitdə o, doğum haqqında şəhadətnaməmi itirmişdir. Hazırda sənədləşmə işləri ilə bağlı olaraq ondan doğum haqqında şəhadətnamə tələb olunur və doğum haqqında şəhadətnaməsi olmadığından müxtəlif dövlət orqanlarında maneələrlə rastlaşır və Azərbaycan Respublikasının vətəndaşı kimi qanunvericiliklə ona verilən hüquqlardan asanlıqla istifadə edə bilmir. Ona anadan olarkən verilmiş və doğum haqqında şəhadətnamənin təkrarən verilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs xx.xx.2020-ci il tarixli məktubu ilə adıma doğum haqqında akt qeydi olmadığından doğum haqqında şəhadətnamənin ona verilməsindən imtina edilmiş, doğum haqqında şəhadətnamə və akt qeydinin bərpası üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ona görə də ona məxsus doğum haqqında şəhadətnaməni ala bilmədiyim üçün Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinin tələblərini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxx 2001 -ci il tarixli, 52 saylı qərarı ilə təsdiqlənmiş ' “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ını rəhbər tutaraq məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmədə Ərizəçi nümayəndəsi X5 ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs qismində Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində ifadə vermiş X8 və X12 ifadəsində Ərizəçi ilə qonşu olduqlarını bildirmişlər, Ərizəçi xx xxx 1945-ci il tarixdə Quba rayonunun Alpan kəndində doğulması faktını təsdiq etmişlər. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan “şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, Ərizəçi xx.xx.1945-ci il tarixdə anadan olmuşdur və Quba rayonunun Alpan kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.1968-ci il tarixli AЗ 078729 nömrəli “Nikahın bağlanması haqqında” şəhadətnamənin surətindən görünür ki, xx xxx 1945-ci il tarixdə Quba rayonunun Alpan kəndində anadan olmuş Ərizəçi 1948-ci il tarixdə anadan olmuş X9 ilə nikahları bağlanmışdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli AZ-İİ 043632 nömrəli “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxxxxx 2000-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli 432 nömrəli Maraqlı şəxsndən verilmiş arayışdan görünür ki, Ərizəçi barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının məktubundan görünür ki, Quba Qeydiyyat şöbəsinin 1960-1963-cü illərə aid Alpan kəndi üzrə təsərrüfatbaşına kitabda Ərizəçi 1945-ci ildə doğulduğu, atasının X4, anasının X7, milliyətlərinin azərbaycanlı olması qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5-ci bəndində doğumun qeydə alınması üçün təqdim edilməli olan sənədlər sadalanmışdır. Həmin sənədlərdən biri “doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd” kimi göstərilmişdir. Ərizəçinin uşağı tibb müəssisəsindən kənarda anadan olduğu üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsinin sənədi yoxdur. Qaydaların 2.6-cı bəndində isə qeyd edilib ki, “Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), doğum faktı məhkəmə qaydasında müəyyən edilməlidir.” Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-44.2-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, ərizəçinin göstərdiyi hallar, yəni xx xxx 1945-ci il tarixdə Quba rayonunun Alpan kəndində doğulması, atasının X4, anasını X7 olması faktı faktı iş materialları ilə təsdiq olunur, ona görə də ərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilsin. Onun xx xxx 1945-ci il tarixdə Quba rayonunun Alpan kəndində doğulması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən Ərizəçi ata qrafasında X4, ana qrafasında Ağarzayeva Güİgəz Mirzə qızı kimi qeyd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar