Məhkəmə qərarları › İş №2(027)-496/2021

Quba Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(027)-496/2021

18.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Quba şəhəri İş № 2(027)-496/2021 18.01.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Kreditor İddiaçı borclu Cavabdeh qarşı borcun qaytarılması tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdi: Kreditor İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cıı il tarixli M0773/19 nömrəli Nisyə satış müqaviləsi üzrə 600 (altı yüz) manat əsas və cərimə borcu 45 (qırx beş) manat olmaqla cəmi 645 (altı yüz qırx beş) manat məbləğin, habelə dövlət rüsumu əvəzi olaraq ödənilmiş 20.40 (iyirmi manat 40 qəpik) manat məbləğinin kreditor İddiaçı xeyrinə tutulmasına dair məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Kreditor İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, satıcı İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli M0773/19 nömrəli Nisyə satış müqaviləsinə əsasən Alıcıya 750 (yeddi yüz əlli) manat olan, ilkin ödəniş 30 manat ödənilməklə 1 ədəd Samsung markalı A505FN/DS 4/64 GB black modelli mobil telefonu 9 (doqquz) ay müddətinə nisyə satmışdır. Nisyə satış müqaviləsinin şərtləri borclu tərəfindən əməl edilməmiş, öhdəliyi vaxtında və lazımi qaydada icra etməyərək (hər ay 80,00 manat) nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Borclu dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq öhdəliyini yerinə yetirməmişdir. Həmin Müqaviləyə (2.4.4-cü bəndi) əsasən, “Alıcı” razılaşdırılmış dəyərini razılaşdırılmış müddətdə ödəmədikdə ödənilməyən məbləğə günlük 1% cərimə ödəyəcəyini öz üzərinə götürür. Bu barədə borclu müvafiq bildirişlərlə xəbərdar edilmişdir. Beləliklə, borclu Cavabdeh xx.xx.2019-cu il tarixli M0773/19 nömrəli Nisyə satış müqaviləsi üzrə borcu 600 (altı yüz) manat əsas və cərimə borcu 45 (qırx beş) manat olmaqla cəmi 645 (altı yüz qırx beş) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Məhkəmə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, İddiaçı tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmrinin verilməsi mümküdür. Belə ki, ərizəyə əlavə olunmuş İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, müqavilədən görünür ki, satıcı İddiaçı alıcı Cavabdeh 750 (yeddi yüz əlli) manat olan, ilkin ödəniş 30 manat ödənilməklə 1 ədəd Samsung markalı A505FN/DS 4/64 GB black modelli mobil telefonu 9 (doqquz) ay müddətinə nisyə satmışdır. Nisyə satış müqaviləsinin şərtləri borclu tərəfindən əməl edilməmiş, öhdəliyi vaxtında və lazımi qaydada icra etməyərək (hər ay 80,00 manat) nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli qəbzdən görünür ki, məhkəmə əmri haqqında ərizənin verilməsi üçün 20,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələb və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən borclunun etirazı prossesual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280 və 281, 282,284-cü maddələrini rəhbər tutaraq, məhkəmə əmr etdi: xx xxxx 1988-ci ildə Quba rayonu, Qonaqkənd qəsəbəsində anadan olmuş, Quba rayonu, Qonaqkənd qəsəbəsində qeydiyyatda olan və yaşayan Cavabdeh xx.xx.2019-cıı il tarixli M0773/19 nömrəli Nisyə satış müqaviləsi üzrə 600 (altı yüz) manat əsas və cərimə borcu 45 (qırx beş) manat olmaqla cəmi 645 (altı yüz qırx beş) manat məbləğin, habelə dövlət rüsumu əvəzi olaraq ödənilmiş 20.40 (iyirmi manat 40 qəpik) manat məbləğinin kreditor İddiaçı xeyrinə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməyə yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən:Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar