Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-497/2021 03.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 14 may 2010-cu il tarixli, 2(027)-525/2010 saylı qətnaməsi ilə təyin olunmuş aliment miqdarı dəyişdirilərək, 13 yanvar 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək, iddiasının təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, Cavabdeh ilə 06 fevral 2004-cü il tarixdə ailə qurub. Birgə nikahdan 13 yanvar 2005-ci il tarixdə X4 adlı uşağı doğulmuşdur. Cavabdehlə olan ailə münasibətlərinin pozulması səbəbindən Quba Rayon Məhkəməsinin 28 avqust 2006-cı il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, oğlu Hüseyn onun himayəsinə verilmiş, 13 yanvar 2005-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 20 manat sabit pul məbləğindəö aliment alınaraq ona verilməsi qət edilmişdir. Daha sonra Quba Rayon Məhkəməsinin 21 dekabr 2009-cu il tarixli qətnaməsi ilə oğlu Hüseynin saxlanılması üçün Cavabdeh hər ay 50 manat məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Maddi vəziyyətinin ağır olması və qət edilmiş aliment məbləği olan 50 manatla uşağı saxlamaq mümkün olmadığı üçün o alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmiş, Quba Rayon Məhkəməsinin 14 may 2010-cu il tarixli 2(027)- 525/2010 saylı qətnaməsi ilə 13 yanvar 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 13 aprel 2010-cu il tarixdən Cavabdeh hər ay 170 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Hazırda qeyd edilən məbləğ bir uşağın bir aylıq təlabatnıı belə ödəmir. Oğlunun on altı yaşı tamam olmuş, artıq böyümüşdür. 170 manat məbləğində aliment artıq onun geyiminə belə çatmır. Özü uşağın tələbatlarını ödəməyə çalışsa da, bu məsələdə çox çətinlik çəkir, heç bir yerdə işləmir.Cavabdeh uşağı ilə maraqlanmır. Hazırki vəziyyətdə cavabdeh tərəfindən ona ödənilməsi nəzərdə tutulmuş aliment birgə nikahdan olan övladının qanuvericilikdə nəzərdə tutulmuş layiqli həyat şəraitində yaşamaq hüququnu təmin etmir. Cavabdeh yüksək miqdarda pensiya alır. Belə ki, hələ 30 mart 2010-cu il tarixdə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Nizami rayon şöbəsinin məktubundan görünür ki, Cavabdeh Məlikməmməd oğlu 935,40 manat məbləğində pensiya alır. Hazırda isə cavabdehin pensiyasının məbləği 935,40 manat məbləğindən də yüksəkdir. Göstərilənləri nəzərə alaraq, Quba Rayon Məhkəməsinin 14 may 2010-cu il tarixli, 2(027)-525/2010 saylı qətnaməsi ilə təyin olunmuş aliment miqdarı dəyişdirilərək, 13 yanvar 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi. Məhkəmədə Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki,o təzyiq xəstəsidir həm də evində də xəstə uşağı var. Onun tələb olunan məbləği ödəməyə maddi imkanı yoxdur, 200-250 manat məbləğində aliment ödəməyə razıdır və qətnamə qəbul edərkən göstərilənləri nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı Cavabdeh dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ 599307 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, 13 yanvar 2005-ci il təvəllüdlü X2 şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İ 074181 saylı nikahın pozulması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah qeydi 22.02.2008-ci il tarixində pozulmuş və akt qeydləri kitabında 19 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 14 may 2010-cu il tarixli 2(027)- 525/2010 saylı qətnaməsi ilə 13 yanvar 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 13 aprel 2010-cu il tarixdən Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının 07 may 2021-ci il tarixli **********8 nömrəli məktubundan görünür ki, Cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləği 1977,78 (bir min doqquz yüz yetmiş yeddi) manat 78 qəpik təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah qeydi 22.02.2008-ci il tarixində pozulmuşdur. Tərəflərin birgə nikahından doğulmuş 13 yanvar 2005-ci təvəllüdlü X4 anası ilə yaşayır. Quba Rayon Məhkəməsinin 14 may 2010-cu il tarixli 2(027)- 525/2010 saylı qətnaməsi ilə, 13 yanvar 2005-ci təvəllüdlü X3 yetkinlik yaşına kimi saxlanılması üçün Quba Rayon Məhkəməsinin 21 dekabr 2009-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin İddiaçı verilməsi qət edilmişdir. İddiaçı təyin edilmiş alimentin uşağın tələbatlarını ödəmədiyindən uşağın saxlanılmasında çətinlik çəkdiyini bildirir və cavabdehin pensiya məbləğinin artırıldığını iddia edərək, bununla bağlı alimentin miqdarının artırılmasını, oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh gəlirlərinin dörddə bir hissəsi miqdarda alimentin tutulmasını tələb edir. Cavabdeh isə buna etiraz edərək xəstə olduğunu, evdə xəstə uşaq olduğunu, oğlu Qəribov Hüseynin yetkinlik yaşına kimi saxlanılması üçün 200-250 manat məbləğində alimenti ödəyə biləcəyini bildirir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının uşağın saxlanılmasında çətinlik çəkdiyi və mövcud iqtisadi şərait nəzərə alınaraq, iddia təmin edilməli, Quba Rayon Məhkəməsinin 14 may 2010-cu il tarixli 2(027)-525/2010 saylı qətnaməsi ilə təyin olunmuş aliment miqdarı dəyişdirilərək, 13 yanvar 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Quba Rayon Məhkəməsinin 14.05.2010-cu il tarixli, 2(027)-525/2010 saylı qətnaməsi ilə təyin olunmuş aliment miqdarı dəyişdirilərək, 13.01.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-497/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-497/2021
03.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver