Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-50/2024 02.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı müqavilələrin etirbarsız hesab edilməsi, qeydiyyat sənədlərinin ləğvi, torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən götürülməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, X4 ilə guya onların aralarında bağlanmış 30 dekabr 2005-ci il tarixli 4- Əİ430-1433 saylı və 30 dekabr 2005-ci il tarixli 4-Ə-1282, 24/42 saylı alqı-satqı müqavilələri, həmçinin JN175F saylı və JN171F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin əhəmiyyətsiz və saxta olduğundan etibarsız hesab edilməsi; həmin sənədlər və vərəsəlik əsasında Cavabdeh1 adına Dövlət reyestrində qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********36 olan qeydiyyatın (Çıxarışın) ləğv edilməsi; həmin sənəd əsasında Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış müqavilələr və Cavabdeh2 adına Dövlət Reyestrində aparılmış (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********36-10301) qeydiyyatın (Çıxarışın) ləğv edilməsi barədə; Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-011A KOD 30317038 saylı Şəhadətnaməyə əsasən mülkiyyətlərində olan Quba rayonu, Küsnətqazma kəndi ərazisində yerləşən 0,46 ha torpaq sahəsinin cavabdehlərin qeyri-qanuni sahibliyindən götürülərək onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpağın mülkiyyətə verilməsinə Dair JN- 011A KOD 30317038 saylı Şəhadətnaməyə əsasən onların mülkiyyətlərində Quba rayonunun Küsnətqazma kəndində 0,46 hektar torpaq sahəsi vardır. Hazırda həmin torpaq sahəsində cavabdeh tərəfindən onların etirazlarına baxmayaraq qanunsuz olaraq qeyriyaşayış obyekti tikilmişdir. Yəni faktiki olaraq torpaq sahələri Cavabdeh2 qeyri-qanuni sahibliyindədir. Cavabdehlərin qeyd olunan qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüquqlarımız pozulmuş və hüquqi savadsızlığından istifadə olunaraq hüquqları pozulmaqda davam edir. Həmçinin hazırda onlara məlum olmuşdur ki, guya onlar Cavabdeh1 mərhum əri X4 ilə alqı-satqı müqavilələri bağlayaraq torpaq sahələrini həmin şəxsə satmışlar, o da, öz adına torpaq şəhadətnamələri çıxarmış, ölümündən sonra torpaq sahəsi vərəsəlik qaydasında həyat yoldaşı Cavabdeh1 keçmiş və nəticədə həmin torpaq sahələri digər Cavabdeh2 mülkiyyətinə keçmişdir. Göründüyü kimi mülkiyyətlərində olan torpaq sahəsi qanunsuz olaraq əsassız şəkildə başqa şəxslərin mülkiyyətinə keçmişdir. Məsələnin danışıqla həll edilməsinə səy göstərsək də, qarşı tərəfin təqsiri üzündən heç bir nəticə əldə etmək mümkün olmamışdır. Eldar Zülfüqarovun adına olan JN175F saylı şəhadətnamədə qeyd olunmuşdur ki, həmin şəhadətnamənin verilməsinə əsas Quba rayon Dövlət Notariat Kontorunun 30 dekabr 2005-ci il tarixli 4-Əİ430-1433 saylı alqı-satqı müqavilələri olmuşdur. Eldar Zülfüqarovun adına olan JN171F saylı digər şəhadətnamədə isə göstərilmişdir ki, alqı satqıya əsas 30 dekabr 2005-ci il tarixli, 4-Ə-1282, 24/42 saylı müqavilələr olmuşdur. Halbuki bizimlə həmin şəxs arasında belə bir müqavilələr bağlanmamışdır. Cavabdeh2 hazırda əlində olan mülkiyyət sənədlərinin kökündə də məhz yarandığı gündən əhəmiyyətsiz olan bu saxta şəhadətnamələr və mövcud olmayan müqavilələr durur. Həmin əsassız sənədlər əsasında aparılmış bütün proseslər ləğv edilməlidir. Buna görə də hesab edirlər ki, mülkiyyətlərində olan torpaq sahələrinə dair mərhum X4 ilə guya bizim aralarında bağlanmış 30 dekabr 2005-ci il tarixli 4-Əİ430-1433 saylı və 30 dekabr 2005-ci il tarixli, 4-Ə-1282, 24/42 saylı alqı-satqı müqavilələri, həmçinin JN175F saylı və JN171F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr əhəmiyyətsiz və saxta olduğundan etibarsız hesab edilməli, həmin sənədlər və vərəsəlik əsasında Cavabdeh1 adına Dövlət reyestrində qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********36 olan qeydiyyat ləğv edilməli, həmin sənəd əsasında Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış müqavilələr və Cavabdeh2 adına Dövlət Reyestrində aparılmış (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********36-10301) qeydiyyat ləğv edilməlidir. Həmçinin, torpaq sahəsi cavabdehlərin qeyri-qanuni sahibliyindən götürülərək onlara verilməlidir. İş üzrə Cavabdeh2 xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək, həmin teleqramda gələcək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və müvafiq qərarların qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4, Cavabdeh1 və iş üzrə maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü və 185.5-ci maddələrinə əsasən işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan iş materiallarında olan Torpağın Mülkiyyətə Verilməsinə Dair xx.xx.2004-cü il tarixli, JN-011A Kod 30317038 saylı şəhadətnamədən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 26 oktyabr 1999-cu il tarixli, 16 saylı qərarı ilə İddiaçı1, İddiaçı2, X5, İddiaçı4, İddiaçı3 və X1 mülkiyyətinə 0,46 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li, qeydiyyat nömrəsi ********** olan xx.xx.2013cü il tarixli Çıxarışdan görünür ki, Quba rayonu, Küsnət-Qazma kəndində yerləşən 1,41 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 70 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********36-10301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarışdan görünür ki, Quba rayonu Küsnət-Qazma kəndində yerləşən 1,41 ha torpaq sahəsinə dair Cavabdeh2 mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət reyestri xidmətində xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********36-10301, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışdan görünür ki, Quba rayonu Küsnət-Qazma kəndində yerləşən 1,41 ha torpaq sahəsinə dair X3 tam mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət reyestri xidmətində xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan məhkəmə ekspertizasının 03 may 2024-cü il tarixli, 3-16 16/2- 10/3067 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin texniki Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, Quba rayonu, Küsnətqazma kəndi ərazisində yerləşən iddiaçılara məxsus torpaq sahəsi elektron baza məlumatlarında olan DBF siyahısında 11 (on bir) nömrə ilə 0.25 ha olaraq qeyd edilmişdir. Həmin 11 (on bir) nömrəli şəhadətnamə elektron baza məlumatlarında olan DWJ xəritələrində 0.25 ha olaraq göstərilmişdir. Qeyd edək ki, elektron baza məlumatlarında olan DWJ xəritələri ilə natura arasında kəskin uyğunsuzluq olduğundan iddiaçılara məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunub- olunmamasını müəyyənləşdirmək mümkün deyildir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin texniki Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, 3-cü (üçüncü) sualın cavablandırılması Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssislərinin səlahiyyətləri daxilində deyildir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin texniki Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, elektron baza məlumatlarında olan DWJ xəritələri ilə natura arasında kəskin uyğunsuzluq olduğundan iddiaçılara məxsus torpaq sahəsi ilə cavabdehlərə məxsus torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyənləşdirmək mümkün deyildir. (sxem tərtib olunmuşdur, koordinatlar və ortofoto görüntülər mütəxəsis rəyinə əlavə edilmişdir) Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, məhkəmədə müəyyən edildi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən iddiaçı və cavabdehlərin iştirakı ilə mübahisəli torpaq sahəsinin koordinatları naturadan (yerdən) götürülmüş, araşdırma zamanı məlum olmuşdur ki, elektron baza məlumatlarında olan DWJ xəritələri ilə natura arasında kəskin uyğunsuzluq olduğundan iddiaçılara məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunub-olunmamasını, iddiaçılara məxsus torpaq sahəsi ilə cavabdehlərə məxsus torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyənləşdirmək mümkün deyildir. Odur ki, məhkəmə həmin rəyi mötəbər sübut kimi qəbul edərək, hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı müqavilələrin etirbarsız hesab edilməsi, qeydiyyat sənədlərinin ləğvi, torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən götürülməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 may 2024-cü il tarixli, 3-16-16/2-10/3067 saylı bildirişindən görünür ki, hazırki iş üzrə aparılmış tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının dəyəri 100 (yüz) manat təşkil edir. Azərbaycan Respublikası MPM-nın 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən o cümlədən ekspertlərə verilməli olan məbləğ işə baxılması ilə əlaqədar məsrəflərə daxil edilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd olunduğu üçün, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 müştərək qaydada 100 (bir yüz) manat məbləğində ekspertiza xərci alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbləninin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı müqavilələrin etirbarsız hesab edilməsi, qeydiyyat sənədlərinin ləğvi, torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən götürülməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 müştərək qaydada 100 (bir yüz) manat məbləğində ekspertiza xərci alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** SFİFT BİK CTREAZ 22 saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-50/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-50/2024
02.09.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Torpaq mübahisələri - Sair mülki iş - Torpaq münasibətləri üzrə sair mübahisələr - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver