Məhkəmə qərarları › İş №2(027)-504/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-504/2021

22.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-504/2021 22.01.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin ölmüş elan edilməsinə” dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1977-ci il təvəllüdlü X6 ölmüş elan edilməsinin müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.1987-ci ildə X10 ilə rəsmi nikahlarını qeyd etdirərək ailə qurmuş və ünvan 1 ünvanına gəlin köçmüşdür. Birgə nikahlarından iki qız övladları anadan olmuşdur. 1999-cu ildə əri X10 işləmək üçün Rusiya Federasiyasına getmişdir. Dəfələrlə o və qaynanası onun getməməsi üçün çalışsalarda, lakin əri X10 bu istəyindən əl çəkməyərək Rusiya Federasiyasına getmişdir. Getdiyi gündən bir ay ərzində əri onunla əlaqə saxlamışdır. Lakin, bundan sonra əlaqələr kəsilmiş, bir daha onlarla əlaqə saxlamamışlar. Hal-hazıra kimi ərindən heç bir xəbər yoxdur. Dəfələrlə ərinin sağ olub-olmaması barədə məlumat əldə etmək istəsə də, buna nail ola bilməmişdir. X2 axtarışı üçün 2017-ci il tarixdə Quba RPŞ-nə müraciət etsə də, bu günə qədər heç bir xəbər yoxdur. Hesab edir ki, əri 1999-2000-ci illərdə ölmüşdür. Hazırda vərəsəlik işləri ilə əlaqədar X2 məhkəmə qaydasında ölmüş elan edilməsi tələb olunur və ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizəsini müdafi edib, təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 və X7 bildirmişlər ki, ərizəçinin qonşularıdırlar. X1 Federasiyasına gedən zaman onun övladları təxminən 9-10 yaşlarında olmuş və 21 ildir ki, İmran geri qayıtmamışdır. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan “nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 ilə X8 arasında xx.xx.1987-ci il tarixdə nikah bağlanmış və həmin nikah Quba rayonu VVAQ şöbəsi tərəfindən 197 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra X4 “Melnikova” soyadı verilmişdir. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Ərizəçi, X11 və X3 şəhəri, Hacıbaba Əliyev küçəsi ev 12 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X10 xx.xx.1954-cü ildə Quba şəhəridə anadan olmuşdur. Atası – X5, anası isə X9 olmuşdur İş materiallarında olan Quba RPŞ-nin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, xx.xx.1954-cü ildə anadan olmuş X10 1999-cu il tarixdə RF-na gedərək ailə üzvləri ilə əlaqəni kəsdiyinə görə qohumları ilə əlaqəni itirmiş kimi RPŞ-də qeydiyyata alınmışdır. Tərəflərindən tədbirlər keçirilmiş, lakin X6 yerinin müəyyən olunaraq qohumları ilə əlaqələrinin bərpa olunması mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.2-ci maddəsinə əsasən, məhkəmə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin olunaraq, xx.xx.1954-cü ildə Quba şəhərində anadan olmuş X10 ölmüş elan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: Ərizə təmin olunsun. xx.xx.1954-cü ildə Quba şəhərində anadan olmuş X10 ölmüş elan edilsin. Mülki Məcəllənin 41.3-cü maddəsinə əsasən məhkəmə qərarının qüvvəyə mindiyi gün X6 ölüm günü sayılsın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar