Məhkəmə qərarları › İş №2(027)-623/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-623/2021

30.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-623/2021 30.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və X2 iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və X2 maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək, Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə verilmiş JN-139 kod 30321168 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi1 göstərdi ki, Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997ci il tarixli, 14 nömrəli qərarı ilə ailə üzvlərinə JN-139 kod 30321168 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. X28 “Ərizəçi3” əvəzinə səhvən “X8”, “X11” əvəzinə səhvən “X12”, “Ərizəçi1” əvəzinə səhvən “X21” kimi qeyd olunmuşdur. Qeyd edib ki, doğum haqqında şəhadətnamələrdə və şəxsiyyət vəsiqələrində ad, soyad və ata adı Ərizəçi1, Ərizəçi3 və X1 qeyd olunmuşdur. Dövlət Aktında qeyd olunan X8, X12 və X7 olaraq qeyd olunmuşdur. Hazırda sənədləşmə işi ilə əlaqədar torpağa mülkiyyət hüququna dair Dövlət Aktında olan yanlışlığa görə sənədləşmə işi apara bilmirlər və bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəliblər. Göstərilənləri nəzərə alaraq Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə verilmiş JN-139 kod 30321168 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə Ərizəçi2, bildirdi ki, “Alxasova” soyadını ailə qurduğdan sonra alıb. Onun adı, soyadı və atasının adı doğum haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqəsində “Alxasova (Əliyeva) Gülsibə Malik” qızı kimi qeyd olunduğu halda,” onlara məxsus Dövlət Aktında “X23” qızı kimi qeyd olunmuşdur və ərizəni müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Ərizəçi3 ərizəni müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə maraqlı tərəf olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə maraqlı tərəf olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçiləri dinləyib və işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” JN-139 KOD 30321168 nömrəli Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə Quba rayonu Kələbağ kəndi ərazisindən 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9 və onun ailə üzvləri, X8, X12, X21, X17 və X3 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Quba RİHB-nın Rustov İƏD-si üzrə nümayəndəliyi tərəfində verilmiş 26.01.2021-ci il tarixli 107 saylı arayışdan görünür ki, Ərizəçi2 Quba rayonu Rustov kəndində qüydiyyatdadır, hal-hazırda həmin kənddə yaşayır. İş materiallarında olan Quba RİHB-nın Rustov İƏD-si üzrə nümayəndəliyi tərəfində verilmiş 26.01.2021-ci il tarixli 108 saylı arayışdan görünür ki, Ərizəçi1 Quba rayonu Rustov kəndində qüydiyyatdadır, hal-hazırda həmin kənddə yaşayır. İş materiallarında olan Quba RİHB-nın Rustov İƏD-si üzrə nümayəndəliyi tərəfində verilmiş 26.01.2021-ci il tarixli 109 saylı arayışdan görünür ki, Ərizəçi3 Quba rayonu Rustov kəndində qüydiyyatdadır, hal-hazırda həmin kənddə yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin X4 ünvanladığı 10.02.2020-ci il tarixli məktubdan görünür ki, Dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soy adlarında yaranmış uyğunsuzluğların aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, ad, soyad, ata adı Ərizəçi2 yazılmışdır. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, ad, soyad, ata adı Ərizəçi1 yazılmışdır. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, ad, soyad, ata adı Ərizəçi3 yazılmışdır. İş materiallarında olan AZ-İ 110609 seriyalı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi2 X14 ilə aralarında 02.09.2004-cü ildə nikah bağlanmışdır. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə JN-139 KOD 30321168 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Quba rayonu Kələbağ kəndi ərazisindən 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9 və onun ailə üzvləri, Ərizəçi3, X5, Ərizəçi1, X13 və X3 mülkiyyətinə verilmişdir. JN-139 KOD 30321168 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında Ərizəçi1, “X21”, Ərizəçi2, “X12”, Ərizəçi3 “X8” kimi qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə verilmiş JN-139 kod 30321168 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə verilmiş JN-139 kosd 30321168 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi1, Ərizəçi2 və X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar