Məhkəmə qərarları › İş №2(027)-628/2021

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-628/2021

10.02.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-628/2021 10.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, İddiaçı Cavabdeh1, Cavabdeh2, Quba Regional ASAN Xidmət Mərkəzinin Notariat Ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair dair iddiası üzrə mülki işin materiallarını nəzərdən keçirib, m ü ə y y ə n e t d i m: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında Quba Regional ASAN Xidmət Mərkəzində bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Cavabdeh2 adına verilmiş Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0,65 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, iddia ərizəsinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi iddiaçı və ya onun buna imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanmaladır. İş materiallarından görünür ki, iddia ərizəsi iddiaçı və ya onun buna imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinin tələbinə əsasən iddia ərizəsi imzalanmadıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarından həmçinin görünür ki, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinin tələbinə əsasən dövlət rüsumunun ödənilməsi barədə sənəd iddia ərizəsinə əlavə edilməlidir. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və ərizəçiyə iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149,150-152, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh1, Cavabdeh2, Quba Regional ASAN Xidmət Mərkəzinin Notariat Ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarlıması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar