Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-656/2021 14.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs1 iştirakı ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2nə qarşı doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Maraqlı şəxs1 ilə qeyri rəsmi nikah münasibətlərindən anadan olmuş qızı-X2 xx xxxxxxxx 2012-ci il tarixdə Quba rayonu Qırmizı Qəsəbədə, qızı-X3 xx xxxx 2013-cü il tarixdə Quba rayonu Qırmizı Qəsəbədə və oğlu-X4 xx xxxxxx 2014-cü il tarıxdə Quba rayonu Qırmızı Qəsəbədə doğulmaları faktının müəyyən edilməsi, onlara doğum haqqında şəhadətnamə verilərkən, atası qrafasında “Maraqlı şəxs1” milliyyəti Azərbaycanlı, anası qrafasında “Ərizəçi’’ milliyyəti Azərbaycanlı kimi qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, Maraqlı şəxs1 ilə 2008-ci ildə rəsmi nikah qeyd etdirmədən ailə qurub. Birgə qeyri rəsmi nigahdan xx xxxxxxxx 2012-cı ildə Maral adlı qızı , xx.xx.2013-cü ildə İlahə adlı qızı, xx.xx.2014-cü ildə Çingiz adlı oğlu doğulmuşdur. Yaşadığı yer aralıda olduğu üçün və imkanı olmadığı üçün Quba şəhər xəstəxanasına çatdırılmayıb, ona görə də uşaqların hər üçü ev şəraitində doğulmuşdur. Ondan sonra maddi vəziyyəti pis olduğundan uşağların doğumunu rəsmiləşdirə və doğuma dair şəhadətnamə ala bilməyib. Uşaqlar hazırda sağ və salamatdırlar. Uşaqların doğumlarına dair doğum haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxs2nə müraciət etsələrdə, tibb məntəqəsindən arayış və doğum haqqında tibbi şəhadətnamə olmadığı üçün qeydiyyat şöbəsində uşaqların doğumunun qeydə alınmasının mümkün olmadığı bildirilmiş və bununla bağlı rəsmi imtina məktubu verilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Uşağları böyüyüb, artıq məktəbə getməlidirlər və sənədləri olmadığı üçün məktəbə gedə bilmirlər, Göstərilənləri nəzərə alaraq, uşaqlara doğum haqqında şəhadətnamə almaq məqsədilə Maraqlı şəxs1 ilə qeyri rəsmi nikah münasibətlərindən anadan olmuş qızı X2 xx xxxxxxxx 2012-ci il tarixdə Quba rayonu Qırmizı Qəsəbədə, qızı X3 xx xxxx 2013-cü il tarixdə Quba rayonu Qırmizı Qəsəbədə və oğlu X4 xx xxxxxx 2014-cü il tarıxoə Quba rayonu Qırmızı Qəsəbədə doğulmaları faktının müəyyən edilməsi, onlara doğum haqqında şəhadətnamə verilərkən, atası qrafasında “Maraqlı şəxs1” milliyyəti Azərbaycanlı, anası qrafasında “Ərizəçi’’ milliyyəti Azərbaycanlı kimi qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmədə Maraqlı şəxs1 bildirdi ki, Ərizəçi ilə 2008-ci ildə rəsmi nikah qeyd etdirmədən ailə qurub, və bu evlilikdən üç övladı doğulub. qızı Maral xx xxxxxxxx 2012-ci il tarixdə, qızı İlahə xx xxxx 2013-cü il tarixdə və oğlu Çingiz xx xxxxxx 2014-cü il tarıxdə doğulub. Uşaqlar üçü də ev şəratində doğulublar. Heç bir yerdə işləmir, maddi imkanları çox çətindir. Uşaqların məktəb yaşları çatıb, doğum haqqında şəhadətnamələri olmadığından uşaqları məktəbə göndərə bilmirlər və ərizənin təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs2 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X1 bildirdi ki, Ərizəçi onun qardaşı yoldaşıdı. Onlar qeyri-rəsmi ailə qurublar və iki qız, Maral və İlahə, bir oğul, Çingiz adlı övladları dünyaya gəlmişdir. Həmçinin qeyd etdi ki, uşaqlar üçü də ev şəraitində anadan olublar. Məhkəmə ərizəçini və şahidi dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba RİHB-nın Qırmızı Qəsəbə İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli aryışından görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Ərizəçi ünvan 1 ünvanında yaşayır və aşağıdakılardan ibarət ailə tərkibi vardır. Həyat yoldaşı xx.xx.1980-ci il təvəllüdlü Maraqlı şəxs1,qızı xx.xx.2012-ci il təvəllüdlü X8, qızı xx.xx.2013-cü il təvəllüdlü X9, oğlu xx.xx.2014-cü il təvəllüdlü X10. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs1 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Maraqlı şəxs2 xx.xx.2021-ci il tarixli, 51,52,53 nömrəli məlumatlarından məlum olur ki, X8, X9 və X10 barəsində Maraqlı şəxs2 doğum haqqında akt qeydi kitabında akt qeydi aşkar olunmamışdı. Beləliklə məhkəmədə müəyyən edildi ki, tərəflər 2008-ci ildə rəsmi nikah qeyd etdirmədən ailə qurub və münasibətlərindən xx xxxxxxxx 2012-ci il tarixdə X8, xx xxxx 2013-cü il tarixdə X9 və xx xxxxxx 2014-cü il tarıxdə X10 doğulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs1 qeyri-rəsmi nikahından anadan olmuş X2 xx.xx.2012-ci il tarixdə Quba rayonu, Qırmızı Qəsəbədə doğulması faktı, X3 xx.xx.2013-cü il tarixdə Quba rayonu, Qırmızı Qəsəbədə doğulması faktı, X4 xx.xx.2014-cü il tarixdə Quba rayonu, Qırmızı Qəsəbədə doğulması faktı müəyyən edilməli, X8, X9 və X6 doğum haqqında şəhadətnamə verilərkən atası qrafasında “Maraqlı şəxs1” anası qrafasında “Ərizəçi” qeyd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. X2 xx.xx.2012-ci il tarixdə Quba rayonu, Qırmızı Qəsəbədə doğulması faktı müəyyən edilsin. X3 xx.xx.2013-cü il tarixdə Quba rayonu, Qırmızı Qəsəbədə doğulması faktı müəyyən edilsin. X4 xx.xx.2014-cü il tarixdə Quba rayonu, Qırmızı Qəsəbədə doğulması faktı müəyyən edilsin. X8, X9 və X6 doğum haqqında şəhadətnamə verilərkən atası qrafasında “Maraqlı şəxs1” anası qrafasında “Ərizəçi” qeyd olunsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-656/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-656/2021
14.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver