Məhkəmə qərarları › İş №2(027)-675/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-675/2021

07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-675/2021 07.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 7365 (yeddi min üç yüz altmış beş) manat 63 qəpik, faiz borcu üzrə 1065 (min altmış beş) manat 33 qəpik, cəmi 8430 (səkkiz min dörd yüz otuz) manat 96 qəpik borcun və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat 40 qəpik məbləğində pul vəsaitinin tutularaq İddiaçı-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” ASC-nin Hüquq Departamentinin böyük hüquqşünası Elçin Səmədov ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinə mülki iş üzrə məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddialarının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdi. İddiaçı “xxxx” ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "İddiaçı” ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 15 yanvar 2020-ci il tarixli, 301804-838363/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 23% dərəcəsi ilə 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, Banka olan borclarını ödəməmişdir. 26 yanvar 2020-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 7365.63 manat məbləğində əsas borcu və 1065.33 manat faiz borcu olmaqla, ümumilikdə 8430 (səkkiz min dörd yüz otuz) manat 96 qəpik məbləğində kredit borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh əsas borc üzrə 7365 (yeddi min üç yüz altmış beş) manat 63 qəpik, faiz borcu üzrə 1065 (min altmış beş) manat 33 qəpik, cəmi 8430 (səkkiz min dörd yüz otuz) manat 96 qəpik və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat 40 qəpik məbləğində pul vəsaitinin tutularaq İddiaçı-yə ödənilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəməyə gəlməmiş və bu barədə heç bir üzrlü səbəb məhkəməyə təqdim etməmişdir. Məhkəmə işə Azərbayan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə mülki iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İşə əlavə edilmiş "İddiaçı” ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 15 yanvar 2020ci il tarixli, 301804-838363/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 23% dərəcəsi ilə 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. İşə əlavə olunmuş 26.01.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 26.01.2021-ci il tarixinə banka əsas borc üzrə 7365 (yeddi min üç yüz altmış beş) manat 63 qəpik, faiz borcu üzrə 1065 (min altmış beş) manat 33 qəpik, cəmi 8430 (səkkiz min dörd yüz otuz) manat 96 qəpik borcu yaranmışdır. İşə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, "İddiaçı” ASC tərəfindən borcalan Cavabdeh 15 yanvar 2020-ci il tarixli, 301804-838363/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən 36 ay müddətinə, illik 23% dərəcəsi ilə 8000 (səkkiz min) manat məbləğində kredit verilmiş və həmin kreditin aylar üzrə ödəniş məbləğləri müəyyən olunmuşdur. İşə əlavə olunmuş AZE ******** şəxsiyyət vəsiqəsinin surətindən və DİN BPQMİ-nin MAPS şöbəsinin arayışından müəyyən edilir ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İşə əlavə olunmuş 29.01.2021-ci il tarixli ********* nömrəli mədaxıi qəbzindən görünür ki, iddiaçı “xxxx” ASC iddia ərizəsi ilə əlaqədar 30 (otuz) manat 40 qəpik məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərərə və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələrinə görə kreditorun qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MM-nin 741 və 742.1-ci maddələrinə əsasən əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 428.4 və 743-cü maddələrinə əsasən əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.1-ci maddəsinin tələbinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə Cavabdeh əsas borc üzrə 7365 (yeddi min üç yüz altmış beş) manat 63 qəpik, faiz borcu üzrə 1065 (min altmış beş) manat 33 qəpik, cəmi 8430 (səkkiz min dörd yüz otuz) manat 96 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat 40 qəpik məbləğində pul vəsaitinin tutularaq İddiaçı-yə ödənilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385, 739-cu, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh əsas borc üzrə 7365 (yeddi min üç yüz altmış beş) manat 63 qəpik, faiz borcu üzrə 1065 (min altmış beş) manat 33 qəpik, cəmi 8430 (səkkiz min dörd yüz otuz) manat 96 qəpik və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat 40 qəpik məbləğində pul vəsaiti alınıb iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar