Məhkəmə qərarları › İş №2(027)-676/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-676/2021

09.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-676/2021 09.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X15 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mərhumə X4 məxsus olan əmlakdan onun layiqincə vərəsə olduğunu, onun müayinə-müalicə, yas mərasimlərini və dəfn xərclərini onun tərəfindən həyata keçirilməsinə görə cəmi 97.000 manat məbləğində pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanınd yerləşən 1 saylı mənzil doğma əmisi qızı Respublikanın xalq artisti, məhrumə X5 məxsus olmuşdur. Zərnigar Ağakişiyevanın ondan başqa ögey qardaşı qızı və oğlu olmuş, Lakin mərhumə onları qohum kimi qəbul etməmiş, mənzilə belə buraxmmış və aralarında heç bir əlaqə olmamışdır. Xəstə olan vaxt yeganə yaxını o, olmuşdur. Bacı kimi olmuşlar. Onun çətin günlərində daima o, yanında olmaqla, tərəfindən ona bütün xidmətlər göstərilmiş, qayğısına qalmışdır. xx.xx.2018-ci ildə Z.Ağakişiyeva vəfat etmiş, yeganə vərəsə kimi dəfn işləri ilə bağlı bütün işləri özü görmüş, hüzr mərasimindəkilər yeganə varis kimi ona başsalığı verməklə, onu vərəsə kimi qəbul etmiş digər xərclər, ehsanlar, qəbirüstü işlər onun tərəfindən təşkil olunmuşdur. Yeganə vərəsə kimi xx.xx.2018-ci il tarixində miras əmlakın yerləşdiyi 53 saylı notrit kontoruna müraciət etmişdir. X2 ilə görüşərək ərizəni təqdim etmişdir. Notriusun məsləhəti ilə onun vasitəsi ilə müxtəlif yerlərə sorğular verilmiş, notariusun məsləhəti ilə hüquqi əhəmiyyəti olan fakt müəyyən olunmuş, vərəsəlik iş ilə bağlı lazım olan bütün sənədlər onun tərəfindən hazırlanmışdır. Vərəsəlik işi açıldıqdan 6 ay sonra mərhumənin ölümündən xəbər tutar-tutmaz xx.xx.2018-ci il tarixində mərhumənin ögəy əmisi qızı Cavabdeh2 və ögey əmisi oğlu Cavabdeh1 53 saylı notariat kontoruna müraciət etmişlər. Həmin gündə ərizələri rəsmi olaraq qeydə alınmışdır. Notarit kontorunda mülkiyyət hüququnu təsdiq edən olmadığından və artıq mübahisə yarandığından vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. O, mərhumə Zərnigar Ağakişiyevanın doğma əmisi qızı olmaqla, onun atası X7 olmuş, X8 atası ilə doğm qardaş olmuşlar. Onun anası X9 olmuşdur. Cavabdehlər onun ögey qardaşı uşaqları olmuşlar. Heç vaxt mərhumə Zərnigarla yaxın münasibətdə olmamışlar, əsasında onlar bir-birlərini tanımamışlar. Ömrünün son 4 ilini Zərnigar xanım onunla, oğlu, gəlini və nəvələri ilə birgə yaşamışlar. Habelə evi təmir edilərkən və şəkər xəstəliyindən əziyyət çəkdiyindən uzun müddət onlarla yaşamalı olmuşdur. Ona görə də, ömrünün son illərində xəstə olması ilə əlaqədar onun müayinə və müalicə işləri onun tərəfindən həyata keçirilmiş və onun qulluğundan daima dayanmışdır. Mərhumənin bütün dəfn xərcləri, o cümlədən, onun qəbrüstünün düzəldilməsi onun və onun oğlu Zaurun tərəfindən həyat keçirilmişdir. O, ona hər zaman bacı kimi olmuş, onun qayğısına qalmışdır. Bunun sübutu kimi mərhumə ilə birlikdə onların fotoşəkilləri mövcuddur. Bakı şəhəri, 53 saylı X17 bağışlanma səhv edərək 21 avqust 21 fevral kimi göstərilmiş, iş bununlada saxtalaşmış, onun qanuni və haqlı tələbi təmin edilməmişdir. Halbuki, cavabdehlər xx.xx.2018-ci il tarixdə notriat kontoruna müraciət etmişlər. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mülki iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İddiaçı ilk növbədə sübuetmə yükü baxımından mərhumə X1 onun müyinə-müalicə, həmçinin vəfat etdikdən sonra yas mərasimi və dəfn xərcləri üçün 97.000 manat məbləğində pul xərclədiyini sübut etməli idi. Bundan başqa, iddiaçı qeyd etdiyi məbləğin hansı əsasla cavabdehlərdən tələb etməsi ilə bağlı məhkəməyə sübut təqdim etməyib. Cavabdehlərin iddiaçıya 97.000 manat məbləğində pul borculu olmasını təsdiq edən sübut iş materillarında mövcud deyil. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən (bundan sonra – MPM) sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (maddə 78.1). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, onun iddia tələbi təmin edilə bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı “pul tələbinə” dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar