Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-692/2022 08.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı, cavabdeh Quba Bələdiyyəsinin etibarnamə əsasında nümayəndəsi və vəkili X7, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Quba regional ərazi şöbəsinin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdehlər Quba Bələdiyyəsinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Quba Bələdiyyəsinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən onun əmək müqaviləsinə xitam verilməsi əmri etibarsız hesab edilərək onu tutduğu vəzifəyə bərpa olunması və qanunsuz olaraq işsiz qaldığı müddət üçün əmək haqqının verilməsi, həmçinin səlahiyyətli orqan qarşısında Cavabdeh sədri H.Məmmədova barədə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati iş üzrə icraata başlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı ərizəsini onunla əsaslandırmışdır ki, ali təhsillidir. Azərbaycan Memarlıq və İnşaat Unisversitini bitirmiş, uzun müddət inşaat və kommunal müəssisələri sahəsində işləmişdir. 2017-ci ildə bələdiyyə qulluqçuları üçün müəyyən edilmiş xüsusi müsabiqədən keçərək 15 mart 2017-ci il tarixdən Cavabdehnə memar vəzifəsinə qəbul edilmişdir. İşlədiyi müddətdə verilən tapşırıqları vaxtı-vaxtında yerinə yetirmiş, heç bir xəbərdarlıq və töhmət almamışdır. 11 fevral 2020-ci il tarixdə Cavabdehndən qanunsuz olaraq işdən çıxarıldıqdan sonra Quba Rayon Məhkəməsində işə bərpa tələbi ilə bağlı iddia qaldırmış və məhkəmənin 03.07.2020-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunaraq işə bərpa olunması barədə qərar qəbul edilmişdir. Cavabdeh apellyasiya şikayəti vermiş, lakin Sumqayıt Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyərək birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Məhkəmənin qətnaməsi qüvvəyə mindikdən sonra 09.08.2021-ci il tarixə işə bərpa olunmuş və bu barədə əmək kitabçasına qeyd aparılmışdır. Lakin işə bərpa olunduqdan sonra onunla heç bir əmək müqaviləsi bağlanılmamışdır. Həmçinin işə bərpa olunduğu gündən işəgötürən, yəni bələdiyyə sədri Hümayə Məmmədova onun məhkəmə yolu ilə işə bərpa olunması ilə əlaqədar şəxsi qərəzlik aparmış, ilk gündən bildirmişdir ki, işə başladığı gündən qanuni müddətləri gözləyib onu ixtisara salacaqdır. 09.08.2021-ci il tarixdən gündəlik işə gəlibgetməsinə, heç bir xəbərdarlıq almamasına, ondan sonra şəhər bələdiyyəsinə başqa işçilər qəbul olunmasına, bələdiyyənin büdcəsinə ötən illərə nisbətən artım olmasına baxmayaraq heç bir əsaslı səbəb olmadan işdən 19.11.2021-ci il tarixdə vəzifəsi ixtisar olunaraq əmək müqaviləsinə xitam verilmişdir. Lakin yuxarıda qeyd etdiyi kimi onunla heç bir müqavilə bağlanılmamışdır. Onunla əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmr 19.11.2021-ci il tarixdən verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək məhkəməyə verdiyi izahatında bildirdi ki, avqust ayında işə bərpa olunmuşdur. Sədr onu öz otağına çağırmış və işdən çıxaracağını bildirmişdir. O, davamiyyətə əməl etmişdir. Onun əmək müqaviləsi bağlanılmamlışdır. O, 09 avqust 2021-ci il tarixdə işə başlamış, əmək müqaviləsinin bağlamaqdan imtina barədə 05 avqust 2021-ci il tarixli akt saxtadır. Oradakı imzalar həmin şəxslərə məxsus deyildir. Bundan sonra Həmkarlaq ittifaqının iclası keçirilmiş, onun işdən çıxarılması məsələsi müzakirə edilmişdir. Bu barədə ona xəbərdarlıq olunmuşdur. 2019-ci ilin noyabr ayının 19-da işdən azad edilmişdir. Onun 62 yaşı var. Buradan çıxıb heç bir yerdə işləyə bilməyəcəkdir. Onunla işə başladıqdan sonra əmək müqaviləsi bağlamadıqlarından, işə bərpa müddətində qanunsuzluqlara yol verilmişdir. Ona görə də iddiasının təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Quba Bələdiyyəsinin nümayəndəsi X12 məhkəməyə verdiyi izahatında bildirdi ki, İddiaçı Quba Rayon Məhkəməsinin 03.07.2020ci il tarixli 2(027)-919/2020 saylı qətnaməsi ilə işə bərpa olunmuşdur. Belə ki, bu barədə Quba rayon İcra və Probasiya şöbəsindən icraata başlamaq haqqında qərar gəlmiş, həmin qərara əsasən İddiaçı işə bərpa olunmuşdur. İddiaçı işə bərpa olunması ilə bağlı “Elekton Hökümət” portalında elektron qaydada əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin ləğv edilməsi və işə bərpa edilməsi üçün səlahiyyətlərin aktiv edilməsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Quba regional ərazi şöbəsinə müraciət etmişlər. İddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmri ləğv edilmiş və o işə bərpa edilmişdir. Bundan sonra hissə - hissə məhkəmənin qətnaməsində göstərilmiş iş buraxma müddəti üçün yığılıb qalan ödənişlər ödənilmişdir. 15 sentyabr 2021-ci il tarixdə X1 iclası keçirilmiş, həmin iclasda bir çox məsələlər, həmçinin 11 fevral 2020-ci il tarixdə ixtisara salınmış memar ştatında məhkəmənin qətnaməsi ilə bərpa edilmiş İddiaçı ştatın ixtisar edilməsi ilə bağlı işdən azad edilməsi məsələsi də müzakirə edilmişdir. İddiaçı iclasda iştirak etmişdir. 17 sentyabr 2021-ci il tarixli əmrlə memar ştatının ixtisar olunması ilə əlaqədar İddiaçı qanuni müddət gözlənilməklə xəbərdarlıq məktubu göndərilmişdir. Bundan sonra 19 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin B bəndini rəhbər tutaraq əmək müqaviləsinə xitam verilmişdir. İddiaçıya əmək müqaviləsinə xitam verilməsi ilə bağlı son haqq-hesab ödənilmişdir. İddiaçının iddiası əsassızdır. Ona görə də təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Quba regional ərazi şöbəsinin nümayəndəsi X13 məhkəməyə verdiyi izahatında iddiaçının iddiasının əsassız olduğunu, iddiaçının məhkəmənin qətnaməsi ilə işə bərpa olunduğu üçün, onun işdən çıxarılması barədə əmri ləğv edildiyi üçün, bələdiyyə tərəfindən elektron sistemdən əmrin ləğv edilməsi ilə bağlı icazənin verilməsi əlaqədar şöbəyə müraciət edilmişdir. Bələdiyyə iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrini ləğv etdiyi üçün o, artıq 11 fevral 2020-ci il tarixdən işdə hesab edilmiş, onun barəsində elektron bildiriş tərtib olunmuşdur. Bundan sonra iddiaçının işdən azad edilməsi ilə bağlı qanuna uyğun formada Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri gözlənilməklə, X1 iclasını keçirməklə, 2 ay qabaqcadan xəbərdarlıq edilməklə əmək müqaviləsinə xitam verilmişdir. Hətta iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra, əmək müqaviləsinə qanunsuz olaraq xitam verildiyini göstərməklə şikayət etmiş, şikayət nəticəsində araşdırma aparılmış və bələdiyyənin heç bir qanun pozuntusuna yol vermədiyi aşkar olunmuş və bu barədə iddiaçına özünə məktubla bildirilmişdir. Məhkəmə iddiaçının, cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin etibarnamə əsasında nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Quba Bələdiyyəsinin Azərbaycan Respublikası X6 ünvanlanmış 06 avqust 2021-ci il tarixli 760 nömrəli məktubundan görünür ki, Quba Bələdiyyəsinin 14 fevral 2020-ci il tarixli 64 nömrəli İddiaçı işdən azad olunması ilə bağlı əmrinin etibarsız hesab edilməsini xahiş etmişlər. İş materiallarına əlavə olunmuş 05.08.2021-ci il tarixli 46 nömrəli və 09.08.2021-ci il tarixli 47 nömrəli əmrlərdən görünür ki, İddiaçı əvvəlki işinə bərpa olunmuşdur. İş materiallarına əlavə olunmuş əsli iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Quba Bələdiyyəsinin 09 sentyabr 2021-ci il tarixli 885 nömrəli məktubundan görünür ki, 15.09.2021-ci il tarixdə saat 15:00-da Quba bələdiyyəsinin X5 iclasının keçirilməsi ilə bağlı İddiaçı xəbərdarlıq edilmişdir. İş materiallarında olan X2 Təşkilatının 15 sentyabr 2021-ci il tarixli 03 saylı iclas protokoluna əsasən Quba Bələdiyyəsi sədrinin 06.09.2021-ci il tarixli təqdimatının müzakirəsi zamanı Bələdiyyənin memar ştatının Əmək Məcəlləsinin 70-ci maddəsini “b” bəndi ilə ixtisar olunması və həmçinin həmin vəzifədə çalışan işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbləri gözlənilməklə xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Quba Bələdəsiyyəsinin 11.02.2020-ci il tarixli 03 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, Quba bələdiyyəsinin icra aparatında yeni sturukturu təsdiq edilmiş, bələdiyyənin 23 ştat vahidindən ibarət ştat cədvəli təsdiq edilmişdir. İş materiallarında olan Quba Bələdiyyəsi sədrinin 12 fevral 2020-ci il tarixli 01 saylı sərəncamı ilə Quba Bələdiyyəsinin icra aparatının təsdiq edilmiş yeni strukturunda yer almayan ştat vahidlərinin ixtisar edilməsi nəzərdə tutulmuş, həmin vəzifələr sırasında memar vəzifəsidə göstərilmişdir. İş materiallarında olan Quba Bələdiyyəsinin 17 sentyabr 2021-ci il tarixli 57 nömrəli əmrinin surətindən görünür ki, Quba bələdiyyəsinin memar ştatının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinin müvafiq ixtisar olunması ilə bağlı həmin ştat üzrə memar vəzifəsində çalışan İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə gözlənilməkə xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Quba regional ərazi şöbəsinin İddiaçı və X9 Xidmətinin rəisi cənab Fuad Heydərova ünvanlanmış 21 yanvar 2022-ci il tarixli məktubdan görünür ki, aparılan araşdırma zamanı təqdim edilmiş sənədlərə əsasən məlum olmuşdur ki, İddiaçı 07.02.2017-ci il tarixdə Quba Bələdiyyəsinə müddətli əmək müqaviləsi üzrə memar vəzifəsinə qəbul olunmuş, əmək müqaviləsinə Quba Bələdiyyəsinin 14.02.2020-ci il tarixli 04 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə səasən xitam verilmiş, lakin İddiaçı Quba Rayon Məhkəməsinin 03.07.2020-ci il tarixli, 2(027)-919/2020 nömrəli qətnaməsilə 05.08.2021-ci tarixdə əvvəlki işinə bərpa olunmuş, bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə 14.02.2020-ci il tarxdə daxil edilmiş əmək müqaviləsinə xitam verilməsinə dair xxxxxxx0001X1 nömrəli bildirişin etibarsız hesab edilməsi üçün işəgötürənə səlahiyyət verilməsi məqsədilə X6 müraiət edilmiş və müraciətə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi etibarsız hesab edilmiş, 07.02.2017-ci il tarixli xxxxxxx000100 nömrəli əmək müqaviləsi bildirişi təkrar hüquqi qüvvəyə minmişdir. Quba Bələdiyyəsinin 06.01.2022-ci il tarixli 09 nömrəli məktubuna əsasən 14.02.2020-ci il tarixdə əmək müqaviləsinə əsasən xitam verilərkən Quba Bələdiyyəsinə müraciət edərək şəxsi işə aid olan sənədləri həmçinin bağlanmış 07.02.2017-ci il tarixli əmək müqaviləsinin müəssisəyə aid olan nüsxəsinin əslini məhkəməyə təqdim etmək məqsədilə müəssisədən alaraq geri qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən Quba bələdiyyəsi tərəfindən məhkəmə qərarının icrası ilə bağlı 05.08.2021-ci il tarixdə əvvəlki işə bərpa olunması ilə əlaqədar əvvəl bağlanılmış əmək müqaviləsinin şərtləri gözlənilməklə yeni əmək müqaviləsi tərtib edilmişdir. Lakin heç bir səbəb göstərmədən həmin əmək müqaviləsini imzalamaqdan imtina etmişdir. Bu hallar 05.08.2021-ci il tarixdə Quba Bələdiyyəsi tərəfindən müvafiq akt tərtib edilməklə rəsmiləşdirilmişdir. 03.09.2021-ci il tarixdə Quba Bələdiyyəsinin bələdiyyə üzvlərinin iclası keçirilmiş və həmin iclasda maliyyə çətinlikləri ilə əlaqədar bələdiyyə büdcəsinə qənaət etmək məqsədilə “memar” ştatının ləğv edilməsi qərara alınmışdır. Alınmış qərar Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən 06.09.2021-ci il tarixli X11 Həmkarlar təşkilatı ilə razılaşdırılmış həmin məcəllənin 77-ci maddəsinin 5-ci hissəsinə uyğun olaraq müəssisə tərəfindən əmək müqaviləsinə 19.11.2021-ci il tarixdə xitam veriləcəyi barədə 20.09.2021-ci il tarixli 910 nömrəli xəbərdarlıq məktubu sizə təqdim edilmişdir. Qeyd olunanları nəzərə alınaraq Quba Bələdiyyəsinin 19.11.2021-ci il tarixli 68 nömrəli əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş və eyni zamadan son haqq hesab 18.11.2021-ci il tarixdə bank hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “B” bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqaviləsini ləğv etmək işəgötürənin əsas hüquqdur. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 2(027)- 919/2020 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Quba Bələdiyyəsinin İddiaçı bnarəsində əmək müqaviləsinə xitam verilməsilə əlaqədar əmri ləğv edilmiş, o əvvəlki işinə bərpa olunmuş və ona məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-397/2021 saylı, 09.03.2021-ci il tarixli qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 2(027)-919/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan X4 məxus İT ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, 09.08.021-ci il tarixdə 47 nömrəli əmrə işə bərpa olunmuş, 19.11.2021-ci il tarixdli 68 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaq ştat ixtisarı ilə bağlı əmək müqaviləsinə xitam verimişdir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, 15 mart 2017-ci il tarixdən Cavabdehnə memar vəzifəsinə qəbul edilmiş, 11 fevral 2020-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş, iddiaçı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etmiş, Quba Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 2(027)-919/2020 saylı qətnaməsinə əsasən əsasən işə bərpa olunmuş, həmin qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-397/2021 saylı, 09.03.2021-ci il tarixli qətnaməsinə əsasən Quba Bələdiyyəsinin apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 2(027)-919/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı işə bərpa olunmuş, “Elektron Hökumət” Portalında əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi etibarsız hesab edilmiş, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilmiş, 09 sentyabr 2021-ci il tarixli 885 nömrəli məktubla 15.09.2021-ci il tarixdə saat 15:00-da Quba bələdiyyəsinin X5 iclasının keçirilməsi ilə bağlı xəbərdarlıq edilmiş, X2 Təşkilatının 15 sentyabr 2021-ci il tarixli 03 saylı iclas protokoluna əsasən Bələdiyyənin memar ştatının Əmək Məcəlləsinin 70-ci maddəsini “b” bəndi ilə ixtisar olunması və həmçinin həmin vəzifədə çalışan işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbləri gözlənilməklə xitam verilməsi qərara alınmış, bundan sonra Quba Bələdiyyəsinin 17 sentyabr 2021-ci il tarixli 57 nömrəli əmrinin surətindən görünür ki, Quba bələdiyyəsinin memar ştatının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinin müvafiq ixtisar olunması ilə bağlı həmin ştat üzrə memar vəzifəsində çalışan İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə gözlənilməkə xəbərdarlıq məktubu göndərilmiş, bundan sonra Əmək Məcəlləsində nəzərdə tutulmuş müddətlər gözlənilməklə iki ay qabaqcadan ödəniş olunmaqla 19.11.2021-ci il tarixli 68 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaq ştat ixtisarı ilə bağlı əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin a bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X1 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci maddəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin b bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əsas hüquqları vardır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının 19 noyabr 2021-ci tarixli 68 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaq ştat ixtisarı ilə bağlı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Quba Bələdiyyəsinin əmri qanuni və əsasslıdır, həmin əmr verilməmişdən əvvəl Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən X1 iclası çağırılmış, həmin iclasın çağırılması ilə bağlı iddiaçının məlumatı olmuş, həmin iclas 15.09.2021-ci il tarixdə keçirilmiş və iddiaçının əmək müqaviləsinə 70-ci maddəsinin “b” bəndinə uyğun olaq ştat ixtisarı ilə bağlı xitam verilməsi qərara alınmış, bundan sonra əvvəl Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə uyğun olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan əlavə iddiaçının səlahiyyətli orqan qarşısında Cavabdeh sədri H.Məmmədova barədə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati iş üzrə icraata başlanması barədə iddia tələbinin həmin hissəsinə qiymət verərək hesab edir ki, işəgötürən Quba Bələdiyyəsinin onunla bağlanmış əmək müqaviləsinə xitam verərkən qanunun tələblərinin pozulması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 etdiyi müraciət araşdırılmış və iddiaçının əmək müqaviləsinə xitam verilməsi zamanı heç bir qanun pozuntusuna yol verilməsi aşkar edilməmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Quba regional ərazi şöbəsinin nümayəndəsi məhkəmə iclasında iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən heç bir qanun pozuntusuna yol verilmədiyini bildirmiş, həmçinin iddiaçının iddia tələbinin göstərilən hissəsi məhkəmənin deyil Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 səlahiyyətinə aiddir. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməməli, İddiaçı Cavabdeh tərəfindən onun əmək müqaviləsinə xitam verilməsi əmri etibarsız hesab edilərək onu tutduğu vəzifəyə bərpa olunması və qanunsuz olaraq işsiz qaldığı müddət üçün əmək haqqının verilməsi, həmçinin səlahiyyətli orqan qarşısında Cavabdeh sədri H.Məmmədova barədə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati iş üzrə icraata başlanması barədə iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı Cavabdeh tərəfindən onun əmək müqaviləsinə xitam verilməsi əmri etibarsız hesab edilərək onu tutduğu vəzifəyə bərpa olunması və qanunsuz olaraq işsiz qaldığı müddət üçün əmək haqqının verilməsi, həmçinin səlahiyyətli orqan qarşısında Cavabdeh sədri H.Məmmədova barədə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati iş üzrə icraata başlanması barədə iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-692/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-692/2022
08.04.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver