Məhkəmə qərarları › İş №2(027)-815/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-815/2021

07.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-815/2021 07.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, JN-423 KOD 30304038 saylı Torpağa Mülkiyyət Hüqüqüna X15 Ərizəçi ilə yanaşı X4 məxsus olması faktı müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi göstərdi ki, onlar bir ailə olmağla, Ərizəçi və X4 Quba rayonu Aqrar İslahatı Komissiyasının 24 fevral 2000-ci il tarixli, 02 saylı qərarı ilə Torpağa Mülkiyyət Hüququna Dair JN-423 KOD 30304038 saylı Dövlət Aktına əsasən Quba rayonu İqriq kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0,44 ha torpaq sahəsi verilmişdir. Lakin JN-423 KOD 30304038 saylı Dövlət Aktında yoldaşı X3 ata adı yazılmamışdır. Qeyd etdi ki, X5 ilə 15 iyul 1977ci ildə ailə qurub. X2 03 avqust 2004 cü ildə vəfat edib. Nikah haqqında şəhadətnamədə, ölüm haqqında şəhadətnamədə eləcədə digər bütün sənədlərdə mərhum yoldaşı X3 ata adı “Şahpələng ” kimi qeyd edilmişdir. Hazırda onlara məxsus torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq istəyir. X14 yoldaşının ata adı yazılmadığından bu mümkün deyildir. Dövlət Aktını verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyindən Dövlət Aktındakı yanlışlıqları aradan qaldırmaq mümkün olmadığına görə, məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Göstərilənləri nəzərə alaraq, JN-423 KOD 30304038 saylı Torpağa Mülkiyyət Hüqüqüna X15 Ərizəçi ilə yanaşı X4 məxsus olması faktı müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 5 saylı Xaçmaz İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X7 ifadəsində bildirdi ki, o Zizik kəndində yaşayır. Ərizəçi onun bacısı, X3 yoldaşıdı. Bacısı 2004-cü ildə vəfat edib. Onlar doğma bacı- qardaşdırlar və atalarının adı Şahpələngdir. Məhkəmə Ərizəçi və şahid X6 dinləyib, işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Quba rayonu Alekseyevka kəndində qeydiyytdadır. İş materiallarında olan AZ-İ 092900 nömrəli ölüm haqqında şəhadətnamənin təsdq olunmuş surətindən görünür ki, X5 16.07.2004-cü il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında 03.08.2004-cü il tarixində 36 nömrə ilə qeyd edilib. İş materiallarında olan Quba rayon İHB-nın Zərdabi qəsəbə İƏD-si üzrə nümayəndəliyinin 08.07.2020-ci il tarixli 591 nömrəli arayışından görünür ki, X5 1977-ci ildən Quba rayonu Zərdabi qəsəbə ünvanında yaşamış, 2004-cü ildə həmin qəsəbədə vəfat etmişdir. Vərəsələri, həyat yoldaşı, Ərizəçi, oğlu X11 oğlu qalmışdır. İş materiallarında olan Quba rayon İHB-nın Zərdabi qəsəbə İƏD-si üzrə nümayəndəliyinin 14.01.2021-ci il tarixli 68 nömrəli arayışından görünür ki, Ərizəçi Quba rayonu Zərdabi qəsəbəsində qeydiyyatsız yaşayır. İş materiallarında olan İ-ЖГ442129 saylı nikah haqqında şəhadətnamənin təsdq olunmuş surətindən görünür ki, Ərizəçi ilə X5 arasında 15.07.1977-ci ildə Quba rayonu Alekseyevka kənd sovetində nikah bağlanmış, 22 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan, JN-423 KOD 30304038 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət X1 ata adı qeyd edilməmişdir. “Mustafayeva Elmira” yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinin Ərizəçi ünvanladığı 22.01.2021-ci il tarixli məktubda JN-423 KOD 30304038 saylı Torpağa Mülkiyyət Hüququna X16 ad və soyadlarında yaranmış uyğunsuzluğları aradan qaldırmaq və düzəlişlərin həyata kemirilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, JN-423 KOD 30304038 saylı Torpağa Mülkiyyət Hüququna X15 Ərizəçi ilə yanaşı X4 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. JN-423 KOD 30304038 saylı Torpağa Mülkiyyət Hüqüqüna X15 Ərizəçi ilə yanaşı X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar