Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-821/2023 18.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı1 və onun vəkili nümayəndəsi Nümayəndə, Cavabdeh3, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçılar İddiaçı1 İddiaçı2 İddiaçı3 İddiaçı4 cavabdehlər "xxxx" MMC-nə, Cavabdeh2 MMC-nə və Cavabdeh3 qarşı “torpaq sahəsinə mülkiyyət hüququmuzun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması, mobil baza stansiyasının sökülərək onlara məxsus torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin boşaldılması, maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 İddiaçı2 İddiaçı3 İddiaçı4 cavabdehlər "xxxx" MMC-nə, Cavabdeh2 MMC-nə və Cavabdeh3 qarşı “torpaq sahəsinə mülkiyyət hüququmuzun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması, mobil baza stansiyasının sökülərək onlara məxsus torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin boşaldılması, maddi və mənəvi ziyan” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 14 fevral 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********96 reyestr nömrəli çıxarışa əsasən, Quba rayonu, Yuxarı Digah kəndində yerləşən onlara və digər mülkiyyətçi X1 məxsus 0,50 ha torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsinə cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 14 fevral 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********96 reyestr nömrəli çıxarışa əsasən, Quba rayonu. Yuxarı Digah kəndində yerləşən bizə və digər mülkiyyətçi X1 məxsus 0,50 ha torpaq sahəsində quraşdırılmış cavabdeh "xxxx" MMC-nin mülkiyyətində olan mobil baza stansiyasının "xxxx" MMC tərəfindən sökülməsi, mobil baza stansiyasının onlara məxsus torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin ilkin vəziyyətinə gətirilməsi, heç bir araşdırma aparmadan, mütəxəssis rəyi olmadan, onlardan tələb etdikləri kimi mülkiyyət hüququnu təsdiq edən sənədləri Cavabdeh3 tələb etmədən mobil baza stansiyasının yerləşməsinə görə onlara məxsus torpaq sahəsi üçün icarə obyekti kimi Cavabdeh3 icarə haqqı olaraq 2009-cu ildən hal-hazıra kimi ödənilmiş icarə haqqı kimi pulun müəyyənləşdirilərək cavabdehlər Cavabdeh2 MMC, "xxxx" MMC-dən və əsassız olaraq özünə aid olmayan torpaq sahəsinə görə 2009-cu ildən hal-hazıra kimi icarə haqqı kimi aldığı pulu müəyyənləşdirərək Cavabdeh3 alınaraq onlara verilməsi (müştərək qaydada bütün cavabdehlərdən), yaranmış bu mübahisəni 3 aydan çoxdur ki, sülh yolu həll etmək üçün çalışdığı zaman dəfələrlə Bakı şəhərinə gedib-gəlməyi, “whatsapp” vasitəsilə danışıqların nəticəsi olaraq onu ələ saldıqlarına görə cavabdeh "xxxx" MMC-dən mənəvi zərər olaraq 10000 (on min) manat pulun alınaraq onlara verilməsi, cavabdehlər Cavabdeh2 MMC, "xxxx" MMC və Cavabdeh3 500 manat məbləğində hüquqi yardım xərci və 120 manat məbləğində iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bundan başqa, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış barışıq sazişini məhkəməyə təqdim edərək onun təsdiq olunmasını və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında tərəflər, yəni iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və cavabdeh "xxxx" MMC mülki iş üzrə barışıq sazişinin şərtlərini qəbul edərək, mülki işin onlara münasibətdə barışıqla tamamlanmasını məhkəmədən xahiş etdilər. Tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilmişdir.
1. Tərəflər 2(027)-821/2023 saylı mülki iş üzrə cavabdehə qarşı iddialarından imtina edirlər.
2. Tərəflər mobil baza stansiyasının quraşdırıldığı torpaq sahəsi ilə bağlı icarə müqaviləsi bağlayırlar.
3. Tərəflərə Azərbaycan Respublikası MPM-nin 52, 191.1, 191.2 və 261.0.5-ci maddələrinin tələbləri tam aydındır və həmin maddələrin tətbiqi nəticəsində baş verəcək hüquqi nəticəni qəbul edirlər.
4. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.
5. Bu Saziş tərəflər üçün məcburi şərtləri özündə əsk etdirməklə azərbaycan dilində 6 (altı) nüsxədə tərtib olunur. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir və dğrdü iddiaçılarda, bir nüsxəsi cavabdeh "xxxx" MMC-də və altıncısı Quba rayon Məhkəməsinə təqdim olunur. Bu Saziş məhkəmə tərəfindən müvafiq qaydada təsdiq edildiyi andan qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və tərəflərə barışıq sazişinin təsdiq edilməsi üzrə prosessual hərəkətlərin nəticələrini izah edərək hesab edir ki, həmin barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, bu hərəkətlər qəbul edilərək barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. (maddə 881.3) Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Göstərilən Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, tərəflər barışıq sazişi bağladıqlarından, barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin saziş məhkəmə tərəfindən təsdiq edilməli və mülki işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.5, 262-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçılar İddiaçı1 İddiaçı2 İddiaçı3 İddiaçı4 cavabdehlər "xxxx" MMC-nə, Cavabdeh2 MMC-nə və Cavabdeh3 qarşı “torpaq sahəsinə mülkiyyət hüququmuzun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması, mobil baza stansiyasının sökülərək onlara məxsus torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin boşaldılması, maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və cavabdeh "xxxx" MMC arasında bağlanmış barışıq sazişi aşağıdakı məzmununda təsdiq edilsin: 1.Tərəflər 2(027)-821/2023 saylı mülki iş üzrə cavabdehə qarşı iddialarından imtina edirlər. 2.Tərəflər mobil baza stansiyasının quraşdırıldığı torpaq sahəsi ilə bağlı icarə müqaviləsi bağlayırlar. 3.Tərəflərə Azərbaycan Respublikası MPM-nin 52, 191.1, 191.2 və 261.0.5-ci maddələrinin tələbləri tam aydındır və həmin maddələrin tətbiqi nəticəsində baş verəcək hüquqi nəticəni qəbul edirlər. 4.Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir. 5.Bu Saziş tərəflər üçün məcburi şərtləri özündə əsk etdirməklə azərbaycan dilində 6 (altı) nüsxədə tərtib olunur. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir və dğrdü iddiaçılarda, bir nüsxəsi cavabdeh "xxxx" MMC-də və altıncısı Quba rayon Məhkəməsinə təqdim olunur. Bu Saziş məhkəmə tərəfindən müvafiq qaydada təsdiq edildiyi andan qüvvəyə minir. İddiaçılar İddiaçı1 İddiaçı2 İddiaçı3 İddiaçı4 cavabdehlər "xxxx" MMC-nə, Cavabdeh2 MMC-nə və Cavabdeh3 qarşı “torpaq sahəsinə mülkiyyət hüququmuzun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması, mobil baza stansiyasının sökülərək onlara məxsus torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin boşaldılması, maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və cavabdeh "xxxx" MMC-nə münasibətdə xitam verilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və cavabdeh "xxxx" MMC-nə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Rahim Həsənov