Məhkəmə qərarları › İş №2(027)-847/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-847/2021

04.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-847/2021 04.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 20.12.1949-cu ildə Quba şəhərində doğulmuş X3 12.09.2020 ci il tarixində Quba şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi nümayəndəsi X12 ərizəni müdafiə edərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Ərizəçi ərizədə göstərmişdi ki, 20.12.1949-cu ildə Quba şəhərində doğulmuş X10 onun doğma qardaşıdır. O,Qazaxıstan Respublikasında yaşayıb. Keçən il onlar gəzmək üçün qonaq gəlmişdir. Lakin qəfldən ürəyi tutmuş və 12.09.2020-ci il tarixində onların Quba şəhərində yerləşən evində vəfat etmişdir. Dərhal Quba rayon Mərkəzi Xəstəxanasının təcili və X5 şöbəsinə məlumat verilsədə onlar gələnədək artıq qardaşı vəfat etmişdir. X5 şöbəsi tərəfindən ölüm haqqında ona vərəqə verilsədə, onlar tərəfindən mərhumun hansı səbəbdən ölməsi barədə məlumat olmadığı üçün ölüm haqqında tibbi şəhadətnaməni ona verilməsindən imtina etmişdilər. Bu yaxınlarda Maraqlı şəxsnə müraciət edərək qardaşı X3 ölümünün qeydə alınması ilə bağlı müraciət edib. Lakin ölüm haqqında tibbi şəhadətnamənin olmadığı səbəbindən onun ölümünün qeydə alınmasından imtina olunmuşdur və bu barədə ona imtina məktubu və arayış verilmişdir. Ölüm haqqında şəhadətnamə rəhmətlik qardaşının qızına vərəsəlik və müəyyən sənədləşmə işlərinin aparılması üçün zəruridir. Bu səbəbdən də 20.12.1949-cu ildə Quba şəhərində doğulmuş X3 12.09.2020 ci il tarixində Quba şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X7 bildirdi ki, ərizəçi ilə qohumdurlar. Mərhum Uzunmüddət burda yaşamayıb, keçən il gəzməyə gəlib və qardaşının evində təsadüfən ürək tutulmasından vəfat edib. Quba şəhər aşağı qəbrstanlığda dəfn olunub, dəfnində iştirak edib. Məhkəmədə şahid X4 bildirdi ki, Azad Məmmədov ilə bir yerdə işləyib. Ərizəçi ailədə beş qardaş bir bacı olublar. Mərhum burda yaşamayıb. O, gəzməyə, yaxınlarına baş çəkməyə gəlmişdi. Qəflətən ürək tutmasından rəhmətə gedib. Onu Quba şəhər aşağı qəbrstanlığında dəfn ediblər. Dəfn xərclərini qardaşı Rafik çəkib və o, dəfndə iştirak edib. Məhkəmə Ərizəçi nümayəndəsi X8, şahidləri dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Mərkəzi Xəstəxanası Təcili və X5 şöbəsi tərəfindən 12.09.2020-ci il tarixdə saat 15:55-də tərtib edilmiş ölüm haqqında vərəqədə X3 hansı səbəbdən ölməsi barədə məlumat yazılmamışdı. İş materiallarında olan Quba rayonu Qeydiyyat şöbəsinin ölüm haqqında akt qeydi kitabından 15.03.2021-ci il 77 nömrəli çıxarışa əsasən məlum olur ki, Quba rayonu üzrə 01.01.2018-15.03.2021-ci illərdə X10 barəsində olüm faktı qeydi aşkar olunmamışdı. İş materiallarında olan Quba rayonu Qeydiyyat şöbəsinin doğum haqqında akt qeydi kitabından 15.03.2021-ci il 33 nömrəli çıxarışa əsasən məlum olur ki, X10 20.12.1949-cu ildə Quba şəhərində doğulmuş, bu barədə 26.03.1941-ci il tarixdə Quba rayonu Qeydiyyat şöbəsi tərəfindən 42 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X1, anası X2 qeyd olunmuşdur. İş materiallarında olan Quba rayonu Qeydiyyat şöbəsinin doğum haqqında akt qeydi kitabından 15.03.2021-ci il 32 nömrəli çıxarışa əsasən məlum olur ki, Ərizəçi 26.03.1941-ci ildə Quba şəhərində doğulmuş, bu barədə 20.12.1950-ci il tarixdə Quba rayonu Qeydiyyat şöbəsi tərəfindən 99 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X1, anası X2 qeyd olunmuşdur. İş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 26.03.1941-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 15.03.2021-ci il tarixli 05/Q-125 nömrəli məktubundan görünür ki, Ərizəçi barəsində Maraqlı şəxsndə yoxlanılmış arxiv məlumatlarında ölüm haqqında akt qeydi aşkarlanmamışdır. Şöbənin həmin tarixli məktubu ilə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, 20.12.1949-cu ildə Quba şəhərində doğulmuş X3 12 sentyabr 2020-ci il tarixdə Quba şəhərində ölməsi faktı iş materialları ilə tam təsdiq olunur, ona görə də ərizə əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə Qət etdi: Ərizə təmin olunsun. 20.12.1949-cu ildə Quba şəhərində doğulmuş X3 12 sentyabr 2020-ci il tarixdə Quba şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar