Məhkəmə qərarları › İş №2(027)-877/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-877/2021

22.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-877/2021 22.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Sultanova (Hacıyeva) Gülnarə Abdulağa qızının iştirakı ilə Ərizəçi1, Ərizəçi2 və Sultanova (Hacıyeva) Gülnarə Abdulağa qızının maraqlı şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi1, Ərizəçi2 və Sultanova (Hacıyeva) Gülnarə Abdulağa qızı məhkəməyə ərizə ilə müraciət edərək, JN-161F KOD 30304048 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair X1 ilə yanaşı X7, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi1 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizəni müdafiə edərək, onunla əsaslandırmışlar ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx xxxxx 2003-cü il tarixli 03 saylı qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN-161F KOD 30304048 nömrəli Şəhadətnaməyə əsasən onlara fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0,08 ha torpaq sahəsi verilmişdir. Lakin Torpağın Mülkiyyətə Verilməsinə dair JN-161F KOD 30304048 nömrəli X2 əvəzinə səhvən X9, Ərizəçi1 əvəzinə səhvən “X10”, Ərizəçi2 əvəzinə səhvən “Sultanova Pəturə”, Ərizəçi3 əvəzinə səhvən “Ərizəçi3 Əbdulağa qızı” kimi yazılmışdır. Onlar şəhadətnamədə qeyd olunmuş ad, soyad və ata adlarına yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Maraqlı şəxsnə müraciət etsələr də, onların səlahiyyətlərinə aid olmadığı ilə bağlı **********48 nömrəli xx xxxx 2021-ci il tarixli imtina məktubu almışlar. Ona görə də Şəhadətnamədə yalnışlıqları aradan qaldıra bilmirlər və onlar bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizənin təmin olunmasını xahiş edirlər. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-161F, KOD 30304048 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədən görünür ki, X9, Sultanova Pəturə, Ərizəçi3 Əbdülağa qızı, X14 və X5 mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının xx xxxxx 2003-cü il tarixli, 03 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə 0,08 hektar torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə X4 adı “Əbdülağa”, ata adı Əlövsət kimi, Ərizəçi1 əvəzinə “X10” kimi, Ərizəçi2 əvəzinə “Sultanova Pəturə” kimi, Ərizəçi3 ata adı isə “Əbdulağa” kimi qeyd olunmuşdur. İş materiallarında olan Quba RİHB-nın Alekseyevka kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli, 338 №li arayışından görünür ki, X11 2018-ci ilədək ərazi dairəsinin Timiryazev kəndində yaşamış və xx.xx.2021-ci il tarixli AZ-İİ № 153238n ölüm haqqında şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. X3 ailə üzvləri Ərizəçi2, X15, X12, Ərizəçi3, X14 və Ərizəçi1 qalmışlar. İş materiallarında olan AA seriyalı ******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin adı, soyadı müvafiq olaraq Ərizəçi1dur. İş materiallarında olan AA seriyalı ******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin adı, soyadı müvafiq olaraq Ərizəçi2dır. İş materiallarında olan xx.xx.2017-ci il tarixdə verilmiş AZE seriyalı 16679760 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin adı, soyadı müvafiq olaraq Hacıyeva (Sultanova) Gülnarə Abdulağa qızıdır. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 153238 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx xxxxx 2003-cü il tarixli, 03 saylı qərarı ilə JN-161F KOD 30304048 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə əsasında X7, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi1 mülkiyyətinə fərdi yaşayış evinin tikintisi məqsədilə 0,08 hektar torpaq sahəsinin verilməsi, həmin dövlət aktında ərizəçilərin-“Ərizəçi1” əvəzinə səhvən “X10”, “Ərizəçi2” əvəzinə səhvən “Sultanova Pəturə”, “Ərizəçi3” əvəzinə səhvən “Ərizəçi3 Əbdulağa qızı” kimi “X7” əvəzinə səhvən “X9” səhv qeyd olunması, X4 xx.xx.2018-ci il tarixdə vəfat etməsi, həmin hüquqmüəyyənedici sənədlə ərizəçilərin adının (soyadı, adı və atasının adı) şəxsiyyət vəsiqələrindəki adları (soyadı, adı və atasının adı) düz gəlməməsi, Quba rayon Aqrar İslahat Komissiyası və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduğu üçün ərizəçilərin bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilməməsi, bu barədə Azərbaycan Respublikası X24 Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmələri və müraciətin cavablandırılmaması və bu faktın müəyyən edilməsinin ərizəçilərə həmin torpaq sahəsinə Azərbaycan Respublikası X24 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüquqlarının qeydiyyatına dair Çıxarış almaq üçün lazım olması sübuta yetirilir. Məhkəmə, ərizəçilərin izahatlarını dinləyib, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, hüquqmüəyyənedici sənəd olan JN-161F KOD 30304048 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair X1 ilə yanaşı X7, Ərizəçi2, Sultanova (Hacıyeva) Gülnarə Abdulağa qızı və Ərizəçi1 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. Hüquqmüəyyənedici sənəd olan JN-161F KOD 30304048 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair X1 ilə yanaşı X7, Ərizəçi2, Sultanova (Hacıyeva) Gülnarə Abdulağa qızı və Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar