Məhkəmə qərarları › İş №2(027)-896/2021

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-896/2021

05.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-896/2021 05.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Quba Regional “ASAN Xiidmət” Mərkəzində Notariat Kontoruna qarşı «mirasın qəbul edilməsi müddətinin bərpa edilməsi və mirasın qəbul edilmə faktının müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işin materiallarını nəzərdən kecirib, məhkəmə Müəyyən etdi: Ərizəçi maraqlı tərəf Quba Regional “ASAN Xiidmət” Mərkəzində Notariat Kontoruna qarşı «mirasın qəbul edilməsi müddətinin bərpa edilməsi və mirasın qəbul edilmə faktının müəyyən edilməsinə» dair ərizəsi ilə məhkəməyə müraçiət etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi rəsmi qeydiyyat yeri Xaçmaz şəhəri, 29-cu məhəllədir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, hazırki Ərizəçi maraqlı tərəf Quba Regional “ASAN Xiidmət” Mərkəzində Notariat Kontoruna qarşı «mirasın qəbul edilməsi müddətinin bərpa edilməsi və mirasın qəbul edilmə faktının müəyyən edilməsinə» dair mülki işə Xaçmaz Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 309-cü maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyatı qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə öz icraatına qəbul etdiyi işi aidiyyatı üzrə məhkəməyə göndərməlidir. Azərbaycan Respublikası MPM-nin 45.3-cü maddəsinə əsasən, işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdlqdan sonra icra edilir. Göründüyü kimi hazırki iş üzrə ərizə aidiyyat qaydaları pozulmaqla icraata qəbul edildiyindən, 2(027)-896/2021 saylı mülki iş aidiyyatı üzrə Xaçmaz Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 309, 44-45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçi maraqlı tərəf Quba Regional “ASAN Xiidmət” Mərkəzində Notariat Kontoruna qarşı «mirasın qəbul edilməsi müddətinin bərpa edilməsi və mirasın qəbul edilmə faktının müəyyən edilməsinə» dair 2(027)-896/2021 saylı mülki iş aidiyyatı üzrə baxılması ücün Xaçmaz Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar