Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-901/2021 07.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Mən hakim Seyidov Vüqar Mircuma oğlu İddiaçı-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq MÜƏYYƏN ETDİM İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 10.01.2020-ci il müqaviləyə əsasən İMEİ Kodu **********90797 olan Xiaomi Redmi 8 markalı telefon, X3 Samsung aksesuar üçün 376.8 (üç yüz yetmiş altı, səksən qəpik) manat ödənilməmiş hissə, 37.2 (otuz yeddi manat, iyirmi qəp) manat cərimə və 15.02.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********25978 olan X2 8T markalı telefon üçün 466.8 (dörd yüz altmış altı manat, səksən qəpik) manat ödənilməmiş hissə, 46.2 (qırx altı manat, iyirmi qəpik) manat cərimə ümumilikdə 927 manat borc və 30 manat ödənilməmiş dövlət rüsumu Cavabdeh alınaraq “İddiaçı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə İddiaçı arasında bağlanmış 10.01.2020-ci il tarixli və 15.02.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********90797 və **********25978 olan Xiaomi Redmi 8 və X1 8T markalı telefon, X3 Samsung aksessuar almış və nəticədə 927 (doqquz yüz iyirmi yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 10.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 376.8 (üç yüz yetmiş altı manat, səksən qəpik) manat İMEİ Kodu **********90797 olan Xiaomi Redmi 8 markalı telefon, X3 Samsung aksesuar üçün ümumilikdə, 414 (dörd yüz on dörd ) manat olmaqla ondan, 376.8 (üç yüz yetmiş altı manat, səksən qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 37.2 (otuz yeddi manat, iyirmi qəpik) manat cərimə, 15.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 518.8 (beş yüz on səkkiz manat, səksən qəpik) manat İMEİ Kodu **********25978 olan X1 8T markalı telefon üçün ümumilikdə, 513 (beş yüz on üç) manat olmaqla ondan, 466.8 (dörd yüz altmış altı manat, səksən qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 46.2 (qırx altı manat, iyirmi qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 52 manat təşkil edir. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, cavabdeh iddia tələbi ilə bağlı rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq o, məhkəməyə tələbə etirazını əsaslandıracaq heç bir sübut təqdim etməmişdir. Hesab edirəm ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin olunmalıdır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh oğlu arasında bağlanmış 10.01.2020-ci il tarixli və 15.02.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********90797 və **********25978 olan Xiaomi Redmi 8 və X1 8T markalı telefon, X3 Samsung aksessuar almış və nəticədə 927 (doqquz yüz iyirmi yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və 10.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 376.8 (üç yüz yetmiş altı manat, səksən qəpik) manat İMEİ Kodu **********90797 olan Xiomi Redmi 8 markalı telefon, X3 Samsung aksesuar üçün ümumilikdə, 414 (dörd yüz on dörd) manat olmaqla ondan, 376.8 (üç yüz yetmiş altı manat, səksən qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 37.2 (otuz yeddi, iyirmi qəpik) manat və 15.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 518.8 (beş yüz on səkkiz, səksən qəpik) manat İMEİ Kodu **********25978 olan X1 8T markalı telefon üçün ümumilikdə, 513 (beş yüz on üç) manat olmaqla ondan, 466.8 (dörd yüz altmış altı, səksən qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 46.2 (qırx altı, iyirmi qəp) manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi 03 mart 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin 10.01.2020-ci il tarixində bağlanmış müqavilə üzrə ödənilməmiş 414 manat və 15.02.2020-ci il tarixində bağlanmış müqavilə üzrə ödənilməmiş 513 manat borcu qalmışdır. Ərizəyə əlavə olunmuş İddiaçı ilə Cavabdeh oğlu arasında bağlanmış 10.01.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh oğlu İddiaçı-dən İMEİ Kodu **********90797 olan Xiaomi Redmi 8 markalı telefon, X3 Samsung aksesuar və 15.02.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********25978 olan X2 8T markalı telefon almışdır. Ərizəyə əlavə olunmuş “Əşyaların təhvil-təslim Aktı”ndan görünür ki, Cavabdeh oğlu İddiaçı-dən 10.01.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********90797 **********90805 olan Xiaomi Redmi 8 markalı telefon, X3 Samsung aksesuar və 15.02.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********25978 **********25986 olan X1 8T markalı telefon tam qüsursuz halda aldığını imzasıyla təsdiq etmişdir. Ərizəyə əlavə olunmuş 10.08.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh oğluna müqavilə üzrə öhdəlikləri gecikdirməsi barədə xəbərdarlıq edilmiş, öhdəliyi yerinə yetirmədiyi təqdirdə aidiyyatı üzrə dövlət qurumuna müraiət olunacağı bildirilmişdir. Cavabdeh tərəf iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda tərəflər arasında müqavilə bağlanmışsa, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir ( maddə 600). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (maddə 600.2). Əşyanı təhvil almış alıcı onu alğı–satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Müəyyən edilmişdir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun iddiaçı «İddiaçı” MMC qarşısında borcu yaranmışdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edirəm ki, Cavabdeh oğlu üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən 927 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, Qət etdim: İddia təmin edilsin. 10.01.2020-ci il müqaviləyə əsasən İMEİ Kodu **********90797 olan Xiaomi Redmi 8 markalı telefon, X3 Samsung aksesuar üçün 376.8 (üç yüz yetmiş altı manat, səksən qəpik) manat ödənilməmiş hissə, 37.2 (otuz yeddi manat, iyirmi qəpik) manat cərimə və 15.02.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********25978 olan X1 8T markalı telefon üçün 466.8 (dörd yüz altmış altı manat, səksən qəpik) manat ödənilməmiş hissə, 46.2 (qırx altı manat, iyirmi qəpik) manat cərimə ümumilikdə 927 manat borc və 30 manat ödənilməmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-901/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-901/2021
07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver