Məhkəmə qərarları › İş №2(027)-927/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-927/2021

31.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-927/2021 31.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 26 sentyabr 1955-ci il tarixdə Quba rayonu, 1ci Nügədi kəndində doğulmuş qardaşı X5 25 may 1995-ci il tarixdə Quba rayonu, 1-ci Nügədi kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Ərizəçi ərizəsində göstərmişdi ki, X9 onun qardaşıdır. Arif Bağırov 26 sentyabr 1955-ci il tarixdə Quba rayonu, 1-ci Nügədi kəndində doğulmuş, orta təhsilini də 1-ci Nügədi kənd məktəbində almışdır. Qardaşı uzun müddət ağ ciyər xəstəsi olmuş və mütəmadi olaraq müalicə almışdır. Arif Bağırov xəstə olduğundan ailə qurmamış, ona o və ailəsi baxaraq qulluq etmişdilər. X11 25 may 1995-ci il tarixdə Quba rayonu, 1-ci Nügədi kəndində onun evində vəfat etmiş və qohumların və qonşuların iştirakı ilə 1-ci Nügədi kənd qəbiristanlığında dəfn olunmuşdur. Qardaşı 25 may 1995-ci il tarixdə Quba rayonu, 1-ci Nügədi kəndində ölməsi və kənd qəbiristanlığında dəfn olunması ərizəyə əlavə etdiyi şahidlərin iştirakı ilə tərtib olunmuş Akt və məzar daşının fotoşəkli ilə də təsdiq olunur. Həmin vaxt qanunu bilmədiyindən qardaşının ölümünü rəsmiləşdirə bilməmişdir. Bildiririr ki, hazırda vərəsəlik mübahisəsinin həlli ilə əlaqədar X11un ölüm haqqında şəhadətnaməsi tələb olunduğundan, bu barədə Maraqlı şəxsnə müraciət edib. Lakin Maraqlı şəxs 31 mart 2021 -ci il tarixli, 05/Q-151-15 saylı məktubu ilə Arif Bağırovun ölümünün qeydə alınmasının qeyri-mümkün olduğu izah olunaraq, məhkəməyə müraciət edərək, məhkəmə qaydasında ölüm faktının müəyyən olunması tövsiyə olunmuşdur. Ona görə də qanunvericiliyin tələbinə əsasən qardaşı X5 25 may 1995-ci il tarixdə Quba rayonu, 1-ci Nügədi kəndində ölməsi faktının məhkəmə qaydasında müəyyən olunması barədə məhkəməyə müraciət etməli olub. Qardaşının 25 may 1995-ci il tarixdə Quba rayonu, 1-ci Nügədi kəndində ölməsini və kənd qəbiristanlığında dəfn olunmasını, dəfn mərasimlərində iştirak etmiş şəxslər məhkəmədə şahid kimi izahat verərək təsdiq edə bilərlər. Göstərilənləri nəzərə alaraq, qardaşı X9 25 may 1995-ci il tarixdə Quba rayonu, 1-ci Nügədi kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X6 bildirdi ki, o 11 may 1966-cı ildə Quba rayonu 1-ci Nügədi kəndində anadan olub və hal-hazırda orda yaşayır. Ərizəçi ilə həmkəndlidi, 72-ci ildən bu kənddə yaşayır. Qardaşı Arif də onunla birgə yaşayıb. Mərhum X11 25 may 1995-ci il tarixdə Quba rayonu, 1-ci Nügədi kəndində onun evində vəfat etmiş və həmin kənd qəbristanlığında dəfn edilmişdir. O, dəfndə iştirak etmişdir. Məhkəmədə şahid X2 bildirdi ki, o 24 yanvar 1962-ci ildə Quba rayonu 1-ci Nügədi kəndində anadan olub, Ərizəçi ilə həmkəndlidi, həm də qonşusudur, Qardaşı Arif, onunla bir evdə yaşayıb, uzun illər ağ ciyər xəstəsi olmuş və mütəmadi olaraq müalicə alırdı, ailə belə qurmamışdı. Xəstəlik səbəbindən mərhum Arif Bağırov 25 may 1995-ci il tarixdə Quba rayonu, 1-ci Nügədi kəndində Ərizəçi evində vəfat etmiş və kənd qəbristanlığında dəfn edilmişdir. Dəfn xərclərinin Mahir çəkmişdi. O da bir qonşu kimi dəfndə iştirak etmişdir. Məhkəmə Ərizəçi və şahidləri dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba RİHB-nin İ Nügədi kənd İƏD üzrə nümayəndəliyin 26.05.2021-ci il tarixli, 479 nömrəli arayışından görünür ki, X9 25 may 1995-ci il tarixdə Quba rayonu, İ Nügədi kəndində vəfat etmiş və İ Nügədi kənd qəbrstanlığında dəfn edilmişdir. İş materiallarında olan İ-ИЕ ******* doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 26 sentyabr 1955-ci il tarixdə Quba rayonu, 1-ci Nügədi kəndində doğulmuş, ata qrafasında X4, ana qrafasında X1 qeyd edilib. İş materiallarında olan Quba RİHB-nin İ Nügədi kənd İƏD üzrə nümayəndəliyin 31.03.2021ci il tarixli, 309 nömrəli arayışından görünür ki, Ərizəçi İ Nügədi kənd sakinidir, hal-hazırda həmin kənddə yaşayır. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Quba rayonu İ Nügədi kəndində qeydiyyatdadır. İş materiallarında olan AЗ ******* doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1965-ci ildə Quba rayonu, 1-ci Nügədi kəndində doğulmuş, ata qrafasında X4, ana qrafasında X1 qeyd edilib. İş materiallarında olan 31 mart 2021-ci il tarixli aktdan görünür ki, X2, X13 oğlu və Ərizəçi həmin aktı tərtib edərək göstərmişdilər ki, 26 sentyabr 1955-ci il tarixdə Quba rayonu, 1-ci Nügədi kəndində doğulmuş X9 25 may 1995-ci il tarixdə Quba rayonu, 1-ci Nügədi kəndində vəfat etmiş və İ Nügədi kənd qəbrstanlığında dəfn edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 31.03.2021-ci il tarixli 79 nömrəli arayışına əsasən, X9 barəsində Maraqlı şəxsndə yoxlanılmış arxiv məlumatlarında ölüm haqqında akt qeydi aşkarlanmamışdır. Şöbənin həmin tarixli, 05/Q-151-15 nömrəli məktubu ilə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, 26 sentyabr 1955-ci il tarixdə Quba rayonu, 1-ci Nügədi kəndində doğulmuş X5 25 may 1995-ci il tarixdə Quba rayonu, 1-ci Nügədi kəndində ölməsi faktı iş materialları ilə tam təsdiq olunur, ona görə də ərizə əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə Qət etdi: Ərizə təmin olunsun. 26.09.1955-ci il təvəllüdlü X5 25 may 1995-ci il tarixdə Quba rayonu, 1-ci Nügədi kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar