Məhkəmə qərarları › İş №2(027)-944/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-944/2021

09.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-944/2021 09.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclasının katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbbi qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 345,60 (üç yüz qırx beş manat 60 qəpik) manat məbləğində dəymiş ziyan pulun tutularaq **********08640 saylı abonent koduna və 20 (iyirmi) manat dövlət rüsumunun İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, X4 İstismar İdarəsinin Quba xidmət sahəsinin əməkdaşları tərəfindən xidməti ərazilərdə qaz xəttələrinə və qaz sayğaclarına baxış keçirilərkən 18 dekabr 2020-ci il tarixdə Quba rayonunun Zərdabi kənd sakini Cavabdeh evində sayğacdan kənar xətt vasitəsilə təbbi qazdan qanunsuz istifadə etdiyi aşkar olunmuşdur. Cavabdeh barədə “Təbii qazdan istifadə Qaydaları”nın pozulması haqqında 18.12.2020-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qanunsuz istifadə etməsi halını etiraf edərək abonent Cavabdeh aktı heç bir irad bildirmədən imzalamışdır.. Abonentin sayğacdan kənar xətt vasitəsilə təbbi qazdan qanunsuz istifadə halını təsdiq edən foto və video çəkilişlər aparılmışdır. Cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadə nəticəsində X4 İstismar İdarəsinin Quba Xidmət sahəsinə 345.60 manat ziyan dəymişdir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının 14.03.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbbi qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na əsasən müəyyən edilmişdir. Beləki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 3.3-cü maddəsinə əsasən istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə edilmiş ARDNŞ-nın Şurasının 14 mart 2011-ci il il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun tənzimlənir. Məhkəmə iclasında iştirak edən iddiaçı nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddələrinə əsasən hazırki mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək aşağıdakılara əsasən hesab edir ki, verilmiş iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı İB-nin X4 İstismarı İdarəsi ilə Cavabdeh arasında bağlanmış Qaz paylayıcısı ilə məişət qaz qurğucusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, paylayıcı istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. -İddiaçı 29.12.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamənin” surətindən müəyyən olunur ki, Quba rayonu, Zərdabi qəsəbəsində yaşayan Cavabdeh məxsus fərdi yaşayış evində quraşdırılmış sayğacda qaz işlədicilərindən PQ-3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, radiator sobasının maksimal saatlıq qaz sərfi 0.8m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin 0.8x24x90=1728 m3 və 0.8x24x90=1728 m3 ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas 18.12.2020-ci il tarixli ******* saylı akt olmuşdur. - 18.12.2020-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Quba rayonu, Zərdabi qəsəbəsində yaşayan Cavabdeh məxsus fərdi yaşayış evində qaz sayğacından kənar rezin boru vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etməsi göstərilmişdir. İş materiallarında olan **********08640 saylı abonentin saldosundan görünür ki, Cavabdeh təbii qaz istifadəsinə görə borcu 345,60 manat təşkil edir. İş materiallarında olan 30.03.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 20 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmış, həmin müqavilə ilə iddiaçı cavabdehi keyfiyyətli qazla təmin etməyi, cavabdeh isə istehlakçı kimi aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq iddiaçı tərəfindən təqdim edilən hesaba ödəməyi öhdəsinə götürmüş, cavabdehin yaşadığı fərdi yaşayış evində qaz sayğacı quraşdırılmış və o, qazla təmin edilmiş, cavabdehin müqavilə öhdəlikləri yerinə yetirməyərək, təbii qazdan istifadə qaydalarını pozması nəticəsində iddiaçıya 345,60 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda, verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 345,60 (üç yüz qırx beş manat 60 qəpik) manat məbləğində dəymiş ziyan tutularaq, **********08640 saylı abonent koduna və 20 (iyirmi) manat dövlət rüsumu İddiaçı İB-nin bank hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 345,60 (üç yüz qırx beş manat 60 qəpik) manat məbləğində dəymiş ziyan, tutularaq **********08640 saylı abonent koduna və 20 (iyirmi) manat dövlət rüsumunun İddiaçı İB-nin bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar