Məhkəmə qərarları › İş №2(027)-960/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-960/2021

25.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-960/2021 25.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X13 iştirakı ilə, Ərizəçi maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsinə dair mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, istifadəsində olan Quba rayonu, Vladimirovka kəndində yerləşən 0.12 ha həyətyanı, o cümlədən Quba rayon, Vladimirovka kəndində yerləşən kənd təsərüfatı üçün nəzərdə tutulan sahəsi 1.32 ha olan torpaq sahəsinin mülkiyyət hüquq əsasında sahiblik, istifadə və sərəncam vermək faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi X25 ərizəni dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, JN-391 KOD 30311018 saylı Torpağa Mülkiyyət Hüququna X46nın və JN-561F KOD 30311018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi, X4, X5, X10 və X6 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X25 ərizəni müdafiə edərək onunla əsaslandırmışdır ki, ərizəçi Ərizəçi Xamdi oğlu doğma qardaşıdır. Quba Rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 03 saylı qərarı ilə nümayəndəsi olduğu Ərizəçi ailə üzvlərinə JN: 561F, KOD 30311018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə əsasında Quba rayonu, Vladimirovka kəndi ərazisindən 0,12 ha həyətyanı torpaq sahəsi və Quba rayon Aqrar İslahat Komissiyasınən 09 fevral 1998-ci il tarixli, 03 saylı qərarı ilə JN: 391, KOD 30306018 saylı Torpağa Mülkiyyət Hüququna X46 əsasında Quba rayonu, Vladimirovka kəndi ərazisindən 1,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpağın Mülkiyyətə Verilməsinə X20 Mizam Xamdi oğlu əvəzinə “X44” oğlu, X14 əvəzinə “X31” qızı, ailə üzvlərinin hamısının soyadı Sayidov əvəzinə “Seyidov” və Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktında səhvən olaraq Ərizəçi əvəzinə “X32”, X14 əvəzinə “X12”, X15 əvəzinə “X33” oğlu, X21 əvəzinə “X39” qızı və X16 əvəzinə “X34” oğlu kimi yazılmışdır. Ərizəçi göstərilən pay və həyətyanı torpaq sahələrinə adına çıxarış almaq üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 07 iyul 2020-ci il tarixli məktubu ilə sənədlərdə ad və soyadı uyğunsuzluğu olduğundan məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ona görə də faktın müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etmişdir. Göstərdiklərini nəzərə alaraq JN: 561F, KOD 30311018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin və JN: 391, KOD 30311018 saylı Torpağa Mülkiyyət Hüququna X46nın Ərizəçi, X4, X5, X10 və X6 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş JN-391 KOD 30311018 saylı Torpağa Mülkiyyət Hüququna X45n görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 03 saylı qərarı ilə X27, X12, X17, X22 və X7 1,32 hektar torpaq sahəsi verilmişdir. Həmin dövlət aktında Ərizəçi əvəzinə “X32”, X14 əvəzinə “X12”, X15 əvəzinə “X33” oğlu, X21 əvəzinə “X39” qızı və X16 əvəzinə “X34” oğlu kimi qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş JN-561F KOD 30311018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 03 saylı qərarı ilə X26, X18, X19, X23 və X8 0,12 hektar torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə Ərizəçi əvəzinə “X44” oğlu, X14 əvəzinə “X31” qızı, X15 əvəzinə “X36” oğlu, X21 əvəzinə “X40” qızı və X16 əvəzinə “X37” oğlu kimi qeyd olunmuşdur. İş materiallarında olan 16 yanvar 1987-ci il tarixdə verilmiş 301980 № li, doğum haqqında şəhadətnamədən görünür ki, X15 11.01.1987-ci il tarixdə anadan olmuşdur. şəhadətnamədə soyadı, adı və atasının adı X1 göstərilmişdir. İş materiallarında olan 15 dekabr 1988-ci il tarixdə verilmiş 405471 №li, doğum haqqında şəhadətnamədən görünür ki, X24 11.12.1988-ci il tarixdə anadan olmuş, şəhadətnamədə soyadı, adı və atasının adı X3 göstərilmişdir. İş materiallarında olan 02 sentyabr 1991-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X16 04.08.1991-ci il tarixdə anadan olmuş, şəhadətnamədə soyadı, adı və atasının adı X2 göstərilmişdir. İş materiallarında olan AZ ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin adı, soyadı, atasının adı müvafiq olaraq Ərizəçidur. İş materiallarında olan AZ 17863183 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, X9 adı, soyadı, atasının adı müvafiq olaraq X11r. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 03 saylı qərarı ilə JN-391 KOD 30311018 saylı Torpağa Mülkiyyət Hüququna X46 ilə Ərizəçi və ailə üzvləri X4, X5, X10 və X6 1.32 ha torpaq sahəsinin verilməsi və Quba rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 03 saylı qərarı ilə JN-561F KOD 30311018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə 0,12 hektar torpaq sahəsinin verilməsi, həmin dövlət aktında və şəhadətnamədə ərizəçinin və ailə üzvlərinin adının (soyadının, adının və atasının adının) onların şəxsiyyət vəsiqəsində göstərilən adı (soyadı, adı və atasının adı) ilə düz gəlməməsi, Quba rayon Aqrar İslahat Komissiyası və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduğu üçün ərizəçinin bu faktı təsdiq edən sənədi başqa qaydada ala bilməməsi, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etməsi və müraciətin cavablandırılmaması və bu faktın müəyyən edilməsinin ərizəçiyə həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüquqlarının qeydiyyatına dair Çıxarış almaq üçün lazım olması sübuta yetirilir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, hüquqmüəyyənedici sənəd olan JN- 391 KOD 30311018 saylı Torpağa Mülkiyyət Hüququna X46nın və JN-561F KOD 30311018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi, X4, X5, X10 və X6 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin aslı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. JN-391 KOD 30311018 saylı Torpağa Mülkiyyət Hüququna X46nın və JN-561F KOD 30311018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi, X4, X5, X10 və X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar