Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-124/2021 30.03.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Vladimir Yefimoviç Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Ərizəçi iştirakı ilə Ərizəci Ərizəçi maraqlı tərəf Qubadlı rayon Qeydiyyat şöbəsinə qarşı şəxsin ölməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü oğlu X3 xx.xx.2006-cı ildə Sumqayıt şəhərində vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, onun oğlu X6 xx.xx.2006-cı ildə doğulmuşdur.Oğlu toksikodistrofiya, kəskin resperator virus xəstəliyi, polihipovitaminoz Ş polidefisit anermiya xəstəliyi ilə dünyaya gəlmişdir.xx.xx.2006-cı il tarixdə övladının vəziyyəti ağırlaşdığından Sumqayıt şəhər uşaq xəstəxanasına aparmışdır.Uşaq canvermə vəziyyətində olduğundan, yəni ümid yeri olmadığına görə xəstəxanadan çıxarıb evə aparmışdır. Elə həmin gün, yəni xx.xx.2006-cı il tarixdə oğlu X6 dünyasını dəyişmişdir.Lakin ölümü təsdiq edən müvafiq tibbi arayış olmadığından, Qubadlı rayon Qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnamə verməkdən imtina etmiş və məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Hazırda uşaqlar üçün sosial yardım təyin edilməsi məqsədi ilə “ASAN” xidmətə müraciət etmiş, lakin uşağın adı orada qeydiyyatda olduğuna görə uşağın ölüm haqqında şəhadətnaməsinin lazım olduğunu bildirmişlər.Ona görə ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı tərəf Qubadlı rayon Qeydiyyat şöbəsi qanunla müəyyən edilmiş qaydada məhkəmə iсlasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına onun səlahiyyətli nümayəndəsi gəlməmiş və gəlməməsinin səbələri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. X1 göstərdi ki, o, ərizəçinin qardaşıdır. X6 ərizəçinin uşağı olmuşdur. Oğlu xx.xx.2006-cı il tarixdə ölmüş və Sumqayıt şəhər qəbristanlığında dəfn edilmişdir.O, digər qohumları ilə yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçini, şahidi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və Sumqayıt şəhər Nikah evi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X6 xx.xx.2006-cı il tarixdə doğulmuşdur. X2, anası Ərizəçidır. İş materiallarında olan Qubadlı rayon Qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 05/Q-255/69 saylı məktuba əsasən X3 ölümünün qeydiyyata alınması ilə bağlı bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 2003-cü il 31 oktyabr tarixli «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5 bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümün təsdiq edən sənədin olmamasını nəzərə alaraq ərizəni təmin etmək mümkün olunmadığından ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. İş materiallarında olan Sumqayıt şəhər Uşaq Xəstəxanası tərəfindən verilmiş tarixi göstərilməyən epikrizdə qeyd olunmuşdur ki, xəstə X6 xx.xx.2006-cı il tarixdə saat 12:30 daxil olarkən vəziyyəti aqonaldır. Ətrafları və nəfəsi soyuqdur.Peroral və akrosianoz qeyd olunur.Sifətin çizgiləri itiləşib gözləri çuxurdadır. Gözün fiziololi refleksi korneal bəbək reaksiyalar alınmır. Dil və dodaqları qurudur, dəri qeneralizə olunmuş sianotikdir.Bədənin bütün nahiyələrində mərmərlik qeyd olunur. Uşaq “Dəri çəkilmiş skeleti” xatırladır.Dərialtı piy qatı yoxdur. Tənəffüs zəyiflənmişdir arabir bradipnoe və apnoe qeyd olunur. Auskultasiyada tənəffüs hər iki tərəfdə zəif eşidilir.Cor tonları karlaşmışdır. PS periferiyada əllənmir. Qarnı yumşaqdır qara ciyər 3 sm əllənir. Dalaq əllənmir. Stul və nəcis ifrazı müayinə vaxtı olmayıb. Müalicə - S Dektametozon. Vitamin C 5 %. Cocarboksilaza. Strofantin. Panangin.Riboksin. Reopoliqlukin Dimedrol. Natriumbikorbanat 4 % Uşağın anası sonrakı müalicədən imtina edib onu aqonal vəziyyətdə evə apardı. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Həmin qərarın 9-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin xx.xx.2006-cı il təvəllüdlü X3 xx.xx.2006-cı ildə Sumqayıt şəhərində vəfat etməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-124/2021
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-124/2021
30.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver