Məhkəmə qərarları › İş №2(028)-128/2021

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-128/2021

27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-128/2021 27.04.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Ruvinovun sədrliyi, Məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 BOKT ASC-yə və Cavabdeh3 qarşı girov və kredit müqaviləsinin ləğv olunması, qızıl və zinət əşyalarının geri qaytarılması tələbinə dair iddiası üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 BOKT ASC-yə və Cavabdeh3 qarşı girov və kredit müqaviləsinin ləğv olunması, qızıl və zinət əşyalarının geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPMnin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı İX1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 BOKT ASC-yə və Cavabdeh3 qarşı girov və kredit müqaviləsinin ləğv olunması, qızıl və zinət əşyalarının geri qaytarılması tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Qubadlı rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vladimir Ruvinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar