Məhkəmə qərarları › İş №2(028)-133/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-133/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-133/2021 01.04.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Vladimir Yefimoviç Ruvinovun sədrliyi İddiaçı «xxxx» MMC Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC iddia ərizəsi ilə məhkəməyə mürciət edərək, Cavabdeh xx.xx.2019cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********49804 olan Hoffmann X Ultra markalı telefon üçün 264 manat ödənilməmiş hissə, 26 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********75742 olan Hoffmann X Ultra markalı telefon üçün 264 manat ödənilməmiş hissə, 26 manat cərimə, cəmi 580 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 610 manat iddiaçı «xxxx» MMC-nın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh “xxxx” MMC ilə bağladığı xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən İMEİ kodu **********49804 və İMEİ kodu **********75742 olan 2 ədəd Hoffmann X Ultra markalı telefon almış və nəticədə 580 manat borcu yaranmışdır. Cavabdeh müqavilə şərtlərini pozmuş və nəticədə onun xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 322 manat (12 ay x 22 manat + 58 manat ilkin ödəniş) olan İMEİ kodu **********49804 olan Hoffmann X Ultra markalı telefon üçün ümumilikdə 290 manat olmaqla, ondan 264 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 26 manat cərimə borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 322 manat (12 ay x 22 manat + 58 manat ilkin ödəniş) olan İMEİ kodu **********75742 olan Hoffmann X Ultra markalı telefon üçün ümumilikdə 290 manat olmaqla, ondan 264 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 26 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 116 manat təşkil edir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəməlidir.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh ünvanlanmış məhkəmə bildirişi cavabdehin ünvanı tam olmadığına görə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 01024848 saylı və xx.xx.2019-cu il tarixli 01055143 saylı Müqavilələrdən görünür ki, Cavabdeh “xxxx” MMC ilə iki ədəd Hoffmann X Ultra markalı telefonlara dair müqavilələr imzalamışdır. Müqavilələrin 1.1-ci bəndinə görə “xxxx” MMC özünəməxsus olan həmin əşyaları müştəriyə verir, müştəri isə əşyaları müqavilə şərtlərinə əsasən qəbul edir. xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli Əlavələrdən (Ödəniş Cədvəlindən) görünür ki, müştəri ödənişləri Ödəniş Cədvəlinə uyğun olaraq hər ay hər müqavilə üzrə (12 ay) 22 manat olmaq şərti ilə ödəməlidir. xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli Bildiriş və Əşyaların Təhvil-təslim Aktınlarından görünür ki, Cavabdeh iki ədəd Hoffmann X Ultra markalı telefon adlı məhsulları tam qüsursuz halda təhvil almışdır. xx.xx.2021-ci il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019cu il tarixli müqaviləyə əsasən **********49804 olan Hoffmann X Ultra markalı telefon üçün 264 manat ödənilməmiş hissə, 26 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********75742 olan Hoffmann X Ultra markalı telefon üçün 264 manat ödənilməmiş hissə, 26 manat cərimə, cəmi 580 manat borcu vardır. İş materiallarına əlavə olunmuş xəbərdarlıqdan görünür ki, Cavabdeh Cəmiyyətə borcu barəsində “xxxx” MMC tərəfindən xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan avadanlığı cavabdehə vermiş, lakin cavabdeh avadanlığın dəyərini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 600.1,600.4,600.5-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********49804 olan Hoffmann X Ultra markalı telefon üçün 264 manat ödənilməmiş hissə, 26 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********75742 olan Hoffmann X Ultra markalı telefon üçün 264 manat ödənilməmiş hissə, 26 manat cərimə, cəmi 580 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 610 manat iddiaçı «xxxx» MMC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********49804 olan Hoffmann X Ultra markalı telefon üçün 264 manat ödənilməmiş hissə, 26 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********75742 olan Hoffmann X Ultra markalı telefon üçün 264 manat ödənilməmiş hissə, 26 manat cərimə, cəmi 580 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 610 manat iddiaçı «xxxx» MMC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar