Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-150/2021 20.04.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı «xxxx» MMC-nin nümayəndəsi X2 Cavabdehu iştirakları ilə İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC məhkəməyə müraciət edərək, 02.08.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********85660 olan Huawei P Smart Z markalı telefon, 4D Glass Huawei P Smart Z Full aksesuar üçün 658 manat ödənilməmiş hissə, 197 manat dəbbə pulu, 02.08.2019-cu il tarixli müqavilə üzrə LG soyuducu üçün 1740 manat ödənilməmiş hissə, 365 manat dəbbə pulu, 10.08.2019-cu il tarixli müqavilə üzrə Toshiba kondisioner üçün 914 manat ödənilməmiş hissə, 274 manat dəbbə pulu, ümumilikdə 4148 manat borc və 30 (otuz) manat dövlət rüsumu, cəmi 4178 (dörd min yüz yetmiş səkkiz) manat Cavabdeh alınaraq «xxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» MMC-nin nümayəndəsi iddianı müdafiə edərək göstərdi ki, Cavabdeh iddiaçı «xxxx» MMC ilə bağladığı 02.08.2019-cu il və 10.08.2019-cu il tarixli müqavilələrinə əsasən İMEİ kodu **********85660 olan Huawei P Smart Z markalı telefon, 4D Glass Huawei P Smart Z Full aksesuar, LG soyuducu və Toshiba kondisioner almış və nəticədə 4148 (dörd min yüz qırx səkkiz) manat borcu yaranmışdır. Müqavilələrinin şərtlərini cavabdeh pozmuş və nəticədə 02.08.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 846 manat (18 ay x 47 manat+0 manat ilkin ödəniş) İMEİ kodu **********85660 olan Huawei P Smart Z markalı telefon, 4D Glass Huawei P Smart Z Full aksesuar üçün umimilikdə 855 manat olmaqla, ondan 658 manat ödənilməmiş hissə, 197 manat dəbbə pulu, 02.08.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 2090 manat (24 ay x 87 manat+2 manat ilkin ödəniş) LG soyuducu üçün umimilikdə 2105 manat olmaqla, ondan1740 manat ödənilməmiş hissə, 365 manat dəbbə pulu, 10.08.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1098 manat (18 ay x 61 manat+0 manat ilkin ödəniş) Toshiba kondisioner üçün umimilikdə 1188 manat olmaqla, ondan 914 manat ödənilməmiş hissə, 274 manat dəbbə pulu borc hesablanmışdır. Cavabdehə ödəniş barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, o, öz öhdəliklərini yerinə yetirməmişdir.Cavabdeh cəmi 722 manat ödəniş etmişdir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim günün hesablanmış 1 % həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50 %-nə qədər hissəsi penya ödənilməsinə yönəldə bilər. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddianı qismən qəbul edərək göstərdi ki,tələb olunan cərimə pulunun məbləği şişirdilmişdir. Bunu nəzərə alaraq iddianı qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini, cavabdehi dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, «xxxx» MMC Cavabdeh ilə bağladığı 02.08.2019-ci il və 10.08.2019-cü il tarixli müqavilələrinə əsasən İMEİ kodu **********85660 olan Huawei P Smart Z markalı telefon, 4D Glass Huawei P Smart Z Full aksesuar, LG soyuducu və Toshiba kondisioner müqavilələrdə nəzərdə tutulmuş müddət ərzində ödəmək şərti ilə ona satılmışdır. Tərəflər bu müqavilələrdə nəzərdə tutulmuş öhdəliklərini vaxtında yerinə yetirmədikdə, məsuliyyət daşıyırlar. «xxxx» MMC tərəfindən cavabdehə ünvanlanmış 21.05.2020-ci il tarixli xəbərdarlıqda göstərilir ki, müqavilələrinin şərtlərini kobud surətdə pozaraq, müqavilələrə əməl etməmişdir. O, borcunu ödəməsə, müvafiq dövlət orqanlarına müraciət olunacaq. «xxxx» MMC tərəfindən tərtib edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 3312 manat ödənilməmiş məbləğ, 836 manat dəbbə pulu, ümumilikdə 4148 manat ödənilməmiş borcu yaranmışdır. Azərbaycan Respublikası MM-in 600-cü maddəsinə müvafiq olaraq,alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-in 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış borc kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini təmin edir. Bunu nəzərə alaraq məhkəmə hesab edir ki,dəbbə pulunun məbləği - 836 manat tənasübsüz surətdə yüksəkdir və müvafiq olaraq 120 manat məbləğinində dəbbə pulunu ağlabatan və ədalətli məbləğ kimi müəyyən edir. Məhkəmə qeyd edir ki, dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsuludur. Öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-inin 217-cı maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. 02.08.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********85660 olan Huawei P Smart Z markalı telefon, 4D Glass Huawei P Smart Z Full aksesuar üçün 658 manat ödənilməmiş hissə, 40 manat dəbbə pulu, 02.08.2019-cu il tarixli müqavilə üzrə LG soyuducu üçün 1740 manat ödənilməmiş hissə, 40 manat dəbbə pulu, 10.08.2019-cu il tarixli müqavilə üzrə Toshiba kondisioner üçün 914 manat ödənilməmiş hissə, 40 manat dəbbə pulu, ümumilikdə 3432 manat borc və 30 (otuz) manat dövlət rüsumu, cəmi 3462 (üç min dörd yüz altmış iki) manatın Cavabdeh alınaraq «xxxx» MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-150/2021
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-150/2021
20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver