Məhkəmə qərarları › İş №2(028)-16/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-16/2021

29.01.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-16/2021 29.01.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Vladimir Yefimoviç Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Ərizəçi vəkili və nümayəndəsi Vəkil iştirakı ilə Ərizəçi maraqlı şəxs Qubadlı rayon Qeydiyyat şöbəsinə qarşı doğum haqqında akt qeydinə düzəliş olunması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə müraciət edərək, Qubadlı rayon Dondarlı icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 15 saylı xx.xx.1939-cu il tarixli doğum haqqında akt qeydində onun soyadını “Bilalova”dan “Səlimova”ya düzəliş edilməsi, doğum yerinə isə “Qubadlı rayonu Dəmirçilər kəndi” əlavə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin vəkili və nümayəndəsi məhkəmədə ərizəni müdafiə edərək göstərdi ki, ərizəçi 1938-ci ildə Qubadlı rayon, Dəmirçilər kəndinə anadan olmuşdur. Qubadlı rayon, Dəmirçilər kəndində qeydiyyatdadır. Ona məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir.Bununla bağlı ərizəçi Qubadlı rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, ərizəçiyə ona məxsus doğum haqqında akt qeydində yanlışlıq var. Belə ki, Qubadlı rayon Dondarlı icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 15 saylı xx.xx.1939-cu il tarixli doğum haqqında akt qeydində onun soyadı Bilalova, doğum tarixi xx.xx.1939-cu il kimi qeyd edilmiş, doğulduğu yer isə qeyd edilməmişdir. Sumqayıt ŞPİ QŞVB tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE № 0******* şəxsiyyət vəsiqəsində soyadı Səlimova, doğum tarixi xx.xx.1938-ci il, doğum yeri isə Qubadlı rayonu Dəmirçilər kəndi kimi qeyd olunduğu müəyyən olunmuşdur.Bu səbəbə görə ərizəçiyə təkrar olaraq doğum haqqında şəhadətnamənin verilməsindən imtina olunmuş və ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.Akt qeydinə düzəliş olunması ona yeni doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. Buna görə ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətindədir. Azərbaycan Respublikası MPM-nin 339-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 340-ci maddəsinə əsasən ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bunları nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etdi. İş üzrə maraqlı tərəf olan Qubadlı rayon Qeydiyyat şöbəsi məhkəməyə ünvanlanmış ərizədə işə onların iştirakı olmadan baxılmasını və ərizəni təmin edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin vəkili və nümayəndəsini dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan və Sumqayıt ŞPİ QŞVB tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş vətəndaşın şəxsiyyət vəsiqəsinin kserosurətində göstərilir ki, Ərizəçi xx.xx.1938ci il tarixdə Qubadlı rayon, Dəmirçilər kəndində doğulmuşdur. İş materiallarında olan və xx.xx.2007-ci il tarixdə verilmiş məcburi köçkün vəsiqəsinin kserosurətində göstərilir ki, Ərizəçi 1938-ci il tarixdə Qubadlı rayonda doğulmuşdur. İş materiallarında olan Qubadlı rayon Qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 05/Q-52/62 nömrəli məktubda göstərilir ki, Qubadlı rayon Dondarlı icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 15 saylı xx.xx.1939-cu il tarixli doğum haqqında akt qeydində soyadı Bilalova, doğum tarixi xx.xx.1939-cu il kimi qeyd edilmiş, doğulduğu yer isə qeyd edilməmişdir. Buna baxmayaraq Sumqayıt ŞPİ QŞVŞ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş (AZE № 0*******) şəxsiyyət vəsiqəsində isə soyadı Səlimova, doğum tarixi xx.xx.1938-ci il, doğum yeri Qubadlı rayon, Dəmirçilər kəndi kimi qeyd olunduğu müəyyən olunmuşdur. İş materiallarında olan Qubadlı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 05/Q-291/69 nömrəli arayışda göstərilir ki, 1956-cı ildən xx.xx.2020ci ilədək olan dövrə aid “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil olmuş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və Ərizəçi nikahı haqqında qeydi aşkar olunmamışdır. İş materiallarında olan Qubadlı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X2 xx.xx.1956-ci il tarixdə doğulmuşdur. X1, anası X3r. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Doğum haqqında akt qeydində düzəliş edilməsi üçün zəruri olan sənədləri təqdim etməklə bu barədə ərizə daimi yaşadığınız yerin qeydiyyat şöbəsinə, akt qeydinə qeydiyyat şöbəsi tərəfindən düzəlış edilməsinə kifayət qədər əsas olmadıqda isə məhkəməyə müraciət edə bilərsiniz. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbayçan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydəalınma ücün əsasdır. Azərbayçan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. Qubadlı rayon Dondarlı icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 15 saylı xx.xx.1939-cu il tarixli doğum haqqında akt qeydində soyadı “Bilalova”dan “Səlimova”ya düzəliş edilsin, doğum yerinə “Qubadlı rayonu Dəmirçilər kəndi” əlavə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar