Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-160/2021 20.05.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X7 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı vəkili və nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı 01.05.2019-cu il tarixdən 20.12.2020-ci il tarixə kimi yaranmış aliment borcundan azad olunma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2018-ci il tarixli qətnaməsi ilə 23.08.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən olunmuş, 01.05.2019-cu il tarixdən 20.12.2020-ci il tarixə kimi yaranmış aliment borcundan azad olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçının vəkili və nümayəndəsi iddianı müdafiə edərək göstərdi ki, Qubadlı Rayon Məhkəməsinin 2014-cü il tarixli qətnaməsi ilə cavabdehlə olan nikah pozulmuş, uşaq anasının himayəsinə verilmiş və uşağın saxlanmnası üçün 103 manat sabit pul məbləğində aliment tutulmalıdır.Sumqayıt Şəhər Məhkəməsinin 2018-ci il tarixli qətnaməsi ilə uşağın saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddiaçı alimenti 01.05.2019-cu ilə kimi tam ödəmişdir. 01.05.2019-cu ildə iddiaçı cavabdeh ilə barışmış və bir ailə kimi 20.12.2020-ci ilə kimi bir yerdə yaşamışlar.Həmin müddət ərzində iddiaçı ailənin bütün tələbatları ödəmişdir. 01.05.2019-cu il tarixdən 20.12.2020-ci il tarixə kimi cavabdeh iddiaçıdan aliment tələb etməmişdir. 20.12.2020-ci ildə cavabdeh yaşadıqları evi tərk etmiş və 2021-ci ilin yanvar ayında icra şöbəsinə getmiş və icra məmurundan qətnamənin icra olunmasını tələb etmişdir. İcra məmuru iddiaçını çağırdıqda o, bildirmişdir ki, aliment borclarından azad olunma tələbi ilə məhkəməyə müraciət edəcək. 20.12.2020-ci ildən sonra yaranan aliment borcunu ödəməkdən iddiaçı yayınmır və qısa zaman ərzində həmin borclarını ödəyəcək. Hesab edir ki, 01.05.2019-cu il tarixdən 20.12.2020-ci il tarixə kimi yaranmış aliment borcunu iddiaçıdan tələb edilməsi qanunsuzdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddianı qəbul etmədi və göstərdi ki, baxmayaraq ki, bir müddət onlar iddiaçı ilə birgə yaşamışlar, iddiaçı uşaqları saxlamasında kömək göstərmirdi. Bu səbəbə görə o, aliment tələbindən imtina etməmişdir. Bunu nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının vəkili və nümayəndəsini, cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş 19 fevral 2018-ci il tarixli icra vərəqəsinin kserosurətindən görünür ki, İddiaçı hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində aliment 17.01.2018-ci il tarixdən başlayaraq tutulub 23.08.2012-ci il tarixdə doğulmuş X12 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh veriməlidir. İş materiallarında olan və Sumqayıt şəhəri, 12 saylı MKS-nin sahə ustası X3, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 24/8, mənzil 84-də yaşayan X4, Sumqayıt şəhəri, 4cü mikrorayon, ev 24/8, mənzil 99-da yaşayan X10, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 24/8, mənzil 109-da yaşayan X5 tərəfindən tərtib edilmiş və Sumqayıt şəhəri, 12 saylı MKS-nin möhürü ilə təsdiq edilmiş 04.02.2021-ci il tarixli aktında qeyd olunur ki, qonşuların dediyinə görə İddiaçı, Cavabdeh və X6 ilə 2019-cu ilin may ayından 2019-cu ilin iyul ayınadək Sumqayıt şəhəri, 4-cü mikrorayon ev 31/14, mənzil 34-də yaşamışlar, 2019-cu ilin avqust ayından 2020-ci ilin 20 dekabr ayınadək Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 24/8, mənzil 95-də birlikdə yaşamışlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 17.1.10-ci maddəsinə əsasən tələbkarın müvafiq xahişi olduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. İş materiallarından görünür ki, tələbkar Cavabdeh icra sənədi üzrə icraatı dayandırılması barədə xahişi ilə müraciət etməmişdir. Bu səbəbə görə məhkəmə hesab edir ki, 23.08.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən olunmuş, 01.05.2019-cu il tarixdən 20.12.2020-ci il tarixə kimi yaranmış aliment borcundan azad olunması üçün İcra haqqında Azərbaycan Respublikasının Qanununun 17.1.10-cu maddəsində nəzərdə tutulmuş əsas mövcüd deyil. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia rədd edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2018-ci il tarixli qətnaməsi ilə 23.08.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən olunmuş, 01.05.2019cu il tarixdən 20.12.2020-ci il tarixə kimi yaranmış aliment borcundan azad olunması barədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-160/2021
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-160/2021
20.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver