Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-226/2021 01.06.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X4 Ruvinovun sədrliyi İddiaçı «xxxx» MMC Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28.04.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********04632 olan Xiaomi Redmi 7 markalı telefon üçün 126 manat ödənilməmiş hissə, 12 manat cərimə, 17.08.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********01806 olan Honor 10 lite markalı telefon üçün 479 manat ödənilməmiş hissə, 48 manat cərimə, 18.09.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********52954 olan Nokia 3.1 markalı telefon, Power Bank Mİ üçün 448 manat ödənilməmiş hissə, 45 manat cərimə və 10.12.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********12592 olan Xiaomi Redmi 8A markalı telefon üçün 252 manat ödənilməmiş hissə, 25 manat cərimə, cəmi 1435 manat borc və 30 manat dövlət rüsumunun iddiaçı «xxxx» MMC-nın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh “xxxx” MMC ilə bağladığı 28.04.2019-cu il, 17.08.2019-cu il, 18.09.2019-cu il və 10.12.2019-cu il tarixli müqavilələrinə əsasən İMEİ kodu **********04632, **********01806, **********52954 və **********12592 olan Xiaomi Redmi 7, Honor 10 lite, Nokia 3.1 və Xiaomi Redmi 8A markalı telefon, Power Bank Mİ almış və nəticədə 1435 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 28.04.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 408 manat (yəni 12 ay x 34 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********04632 olan Xiaomi Redmi 7 markalı telefon üçün ümumilikdə 138 manat olmaqla ondan 126 manat ödənilməmiş hissə müştəriyə güzəşt olunaraq 12 manat cərimə,17.08.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 660 manat olan (12 ay x 55 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********01806 olan Honor 10 lite markalı telefon üçün ümumilikdə 527 manat olmaqla ondan 479 manat ödənilməmiş hissə, güzəşt olunaraq 48 manat cərimə, 18.09.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 548 manat olan (18 ay x 28 manat + 44 manat ilkin ödəniş) İMEİ kodu **********52954 olan Nokia 3.1 markalı telefon, Power Bank Mİ üçün ümumilikdə 493 manat olmaqla ondan 448 manat ödənilməmiş hissə, güzəşt olunaraq 45 manat cərimə və 10.12.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 376 manat olan (12 ay x 21 manat + 124 manat ilkin ödəniş) İMEİ kodu **********12592 olan Xiaomi Redmi 8A markalı telefon üçün ümumilikdə 277 manat olmaqla ondan 252 manat ödənilməmiş hissə, güzəşt olunaraq 25 manat cərimə pulu borcu yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 687 manat təşkil edir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəməlidir.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh ünvanlanmış məhkəmə bildirişi cavabdehin ünvanı düzgün olmadığına görə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 28.04.2019-cu il tarixli, 00634422 saylı Müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMC ilə Xiaomi Redmi 7 markalı telefona dair müqavilə imzalamışdır.Müqavilənin 1.1-ci bəndinə görə “xxxx” MMC özünəməxsus olan həmin əşyaları müştəriyə verir, müştəri isə əşyaları müqavilə şərtlərinə əsasən qəbul edir. 28.04.2019-cu il tarixli Əlavədən (Ödəniş Cədvəlindən) görünür ki, müştəri ödənişləri Ödəniş Cədvəlinə uyğun olaraq hər ay (12 ay) 34 manat olmaq şərti ilə ödəməlidir. 28.04.2019-cu il tarixli Bildiriş və Əşyaların Təhvil-təslim Aktından görünür ki, Cavabdeh Xiaomi Redmi 7 markalı telefon adlı məhsulu tam qüsursuz halda təhvil almışdır. 17.08.2019-cu il tarixli, 00852523 saylı Müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMC ilə Honor 10 lite markalı telefona dair müqavilə imzalamışdır.Müqavilənin 1.1-ci bəndinə görə “xxxx” MMC özünəməxsus olan həmin əşyaları müştəriyə verir, müştəri isə əşyaları müqavilə şərtlərinə əsasən qəbul edir. 17.08.2019-cu il tarixli Əlavədən (Ödəniş Cədvəlindən) görünür ki, müştəri ödənişləri Ödəniş Cədvəlinə uyğun olaraq hər ay (12 ay) 55 manat olmaq şərti ilə ödəməlidir. 17.08.2019-cu il tarixli Bildiriş və Əşyaların Təhvil-təslim Aktından görünür ki, Cavabdeh Honor 10 lite markalı telefon adlı məhsulu tam qüsursuz halda təhvil almışdır. 18.09.2019-cu il tarixli, 00921018 saylı Müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMC ilə Nokia 3.1 markalı telefona dair müqavilə imzalamışdır.Müqavilənin 1.1-ci bəndinə görə “xxxx” MMC özünəməxsus olan həmin əşyaları müştəriyə verir, müştəri isə əşyaları müqavilə şərtlərinə əsasən qəbul edir. 18.09.2019-cu il tarixli Əlavədən (Ödəniş Cədvəlindən) görünür ki, müştəri ödənişləri Ödəniş Cədvəlinə uyğun olaraq hər ay (18 ay) 28 manat olmaq şərti ilə ödəməlidir. 18.09.2019-cu il tarixli Bildiriş və Əşyaların Təhvil-təslim Aktından görünür ki, Cavabdeh Nokia 3.1 markalı telefon adlı məhsulu tam qüsursuz halda təhvil almışdır. 10.12.2019-cu il tarixli, 01116422 saylı Müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMC ilə Xiaomi Redmi 8A markalı telefona dair müqavilə imzalamışdır.Müqavilənin 1.1-ci bəndinə görə “xxxx” MMC özünəməxsus olan həmin əşyaları müştəriyə verir, müştəri isə əşyaları müqavilə şərtlərinə əsasən qəbul edir. 10.12.2019-cu il tarixli Əlavədən (Ödəniş Cədvəlindən) görünür ki, müştəri ödənişləri Ödəniş Cədvəlinə uyğun olaraq hər ay (12 ay) 21 manat olmaq şərti ilə ödəməlidir. 10.12.2019-cu il tarixli Bildiriş və Əşyaların Təhvil-təslim Aktından görünür ki, Cavabdeh Xiaomi Redmi 8A markalı telefon adlı məhsulu tam qüsursuz halda təhvil almışdır. 02.04.2021-ci il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 28.04.2019cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********04632 olan Xiaomi Redmi 7 markalı telefon üçün 126 manat ödənilməmiş hissə, 12 manat cərimə, 17.08.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********01806 olan Honor 10 lite markalı telefon üçün 479 manat ödənilməmiş hissə, 48 manat cərimə, 18.09.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********52954 olan Nokia 3.1 markalı telefon, Power Bank Mİ üçün 448 manat ödənilməmiş hissə, 45 manat cərimə və 10.12.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********12592 olan Xiaomi Redmi 8A markalı telefon üçün 252 manat ödənilməmiş hissə, 25 manat cərimə, cəmi 1435 manat borcu vardır. İş materiallarına əlavə olunmuş xəbərdarlıqdan görünür ki, Cavabdeh Cəmiyyətə borcu barəsində “xxxx” MMC tərəfindən xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan avadanlığı cavabdehə vermiş, lakin cavabdeh avadanlığın dəyərini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 600.1,600.4,600.5-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 28.04.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********04632 olan Xiaomi Redmi 7 markalı telefon üçün 126 manat ödənilməmiş hissə, 12 manat cərimə, 17.08.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********01806 olan Honor 10 lite markalı telefon üçün 479 manat ödənilməmiş hissə, 48 manat cərimə, 18.09.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********52954 olan Nokia 3.1 markalı telefon, Power Bank Mİ üçün 448 manat ödənilməmiş hissə, 45 manat cərimə və 10.12.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********12592 olan Xiaomi Redmi 8A markalı telefon üçün 252 manat ödənilməmiş hissə, 25 manat cərimə, cəmi 1435 manat borc və 30 manat dövlət rüsumu iddiaçı «xxxx» MMC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 28.04.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********04632 olan Xiaomi Redmi 7 markalı telefon üçün 126 manat ödənilməmiş hissə, 12 manat cərimə, 17.08.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********01806 olan Honor 10 lite markalı telefon üçün 479 manat ödənilməmiş hissə, 48 manat cərimə, 18.09.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********52954 olan Nokia 3.1 markalı telefon, Power Bank Mİ üçün 448 manat ödənilməmiş hissə, 45 manat cərimə və 10.12.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********12592 olan Xiaomi Redmi 8A markalı telefon üçün 252 manat ödənilməmiş hissə, 25 manat cərimə, cəmi 1435 manat borc və 30 manat dövlət rüsumu iddiaçı «xxxx» MMC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-226/2021
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-226/2021
01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver