Məhkəmə qərarları › İş №2(028)-243/2021

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-243/2021

01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-243/2021 01.06.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi Reyhan Cəmil qızı Quliyevanın katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Hazırki mülki işin baxılması 01 iyun 2021-ci il tarixə təyin edilmişdir. İddiaçı ASC-nin X2 rəisi Dilqəm Musayev tərəfindən 25 may 2021-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsini əsas tutaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını və işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsinə əlavə edilmiş sənədləri geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260-cı maddələrini rəhbər turaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair ərizəsi baxılmamış saxlansın. İddiaçı ASC-nin iddia ərizəsinə əlavə edilmiş sənədləri geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vladimir Ruvinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar