Məhkəmə qərarları › İş №2(028)-244/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-244/2021

01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-244/2021 01.06.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı «İddiaçı» İB-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı «İddiaçı» İB-nin Cavabdeh qarşı təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı “İddiaçı” İstehsalat Birliyinin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qaz sayğacının yararsız hala salınmasına görə hesablanmış 216,00 manat məbləğində dəymiş ziyanın, yararsız hala salınmış sayğacın dəyəri olaraq 185,75 manat, 30 manat ödənilmiş dövlət rüsümunun, ümumilikdə isə 431,73 manat cavabdehdən alınaraq “İddiaçı” İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək göstərdi ki, “İddiaçı” İstehsalat Birliyi 28.04.2020-ci il tarixli 02-4251 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi” əsasında Cavabdeh məxsus yaşayış evini təbii qazla təchiz edir.Həmin ünvana “İddiaçı” İB-nin Sumqayıt QİS-i tərəfindən **********07670 nömrəli abonent kodu verilmişdir. Həmin ünvana “İddiaçı” İB-nin Sumqayıt QİS-i tərəfindən G-4 markalı, 1302AZ**********11 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın tələblərini pozaraq qaz sayğacına müdaxilə edərək sayğacı yararsız hala salmış və təbii qazı talamışdır. “İddiaçı” İstehsalat Birliyinin əməkdaşları tərəfindən 19.08.2019-cu il tarixdə Cavabdeh məxsus yaşayış evinə quraşdırılmış G-4 markalı, 1302AZ**********11 nömrəli qaz sayğacı abonentin iştirakı ilə ******* nömrəli akt tərtib edilərək çıxarılmış və yeni qaz sayğacı ilə əvəz edilmişdir.Çıxarılmış sayğac yoxlanılması üçün İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə göndərilmişdir.İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin MSK-29/1710-02851-2 nömrəli rəyinə əsasən sayğaca baxış keçirildi, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır, sayğacın çıxış plastmas borusu deşilib, sayğacın klapanı işlək deyil, xətalar normadan artıqdır, sayğac minimal və nominal sərfiyyatda 100% nisbi xətayla işləyir, hesablama mexanizmi minimal və nominal sərfiyyatda keçən qazın həcmini qeyd etmir və sayğacın istismara yararsız olduğu aşkar olunmuşdur.Bu səbəbdən itirilmiş qazın sərfiyyatına görə 216,00 manat borc və yararsız hala salınmış sayğacın dəyəri olaraq 185,73 manat ümumılıkdə 401,73 manat abonentdən tələb edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 4.5-ci bəndinə əsasən qaz sayğaçlarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.Birliyin məqsədi səlahiyyət daxilində dövlətin əmlakın qorumaq və ona vurulmuş zərərin əvəzini ödətdirmək üçün tədbirlər görməkdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Vətəndaş tərəfindən sayğacın yararsız hala salınması dövlət təşkilatın hesabına dəyisdirilə bilməz. Qeyd olunanlara əsasən iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz paylayıcısı ilə məişət qaz qurgusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi”ndən görünür ki, “İddiaçı” İstehsalat Birliyinin Sumqayıt X3 ilə Cavabdeh arasında 28.04.2020-ci il tarixdə 02-4251 saylı müqavilə bağlanmışdır.Müqavilənin 2.1.1-ci bəndinə əsasən paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etməlidir.Həmin müqavilənin 2.3.1-ci maddəsinə əsasən isə istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan «İddiaçı» İB-nin Sumqayıt qaz istismar idarəsi tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqda göstərilmişdir ki, onun ünvanında olan G-4 markalı, 1302AZ**********11 nömrəli qaz sayğacı ******* nömrəli akt tərtib edilərək çıxarılmış və yeni qaz sayğacı ilə əvəz edilmişdir. Çıxarılmış sayğac dövlət yoxlanılmasına İnformasiya Texnoloqiyaları və Rabitə İdarəsinə göndərilmiş və İnformasiya Texnoloqiyaları və Rabitə İdarəsinin verdiyi rəyə əsasən ünvanınızdan çıxarılmış sayğacına müdaxilə olunduğu və sayğacın istismara yararsız olduğu aşkar olunmuşdur.Bu səbəbdəndə itirilmiş qazın sərfiyyətinə görə 216,00 manat borc və yararsız hala salınmış sayğacın dəyəri olaraq 185,73 manat, ümumilikdə isə 401,73 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 2.12 bəndində istehlakçı qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanmasına görə məsuliyyət daşıyırlar.Hesablanmış borcu 5 gün müddətinə ödənilməzsə, məhkəməyə müraciət olunacaq. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2020-ci il tarixə Cavabdeh aktlar üzrə 216,00 manat borcu var. İş materiallarında olan «İddiaçı» İB-yi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktından görünür ki, G-4 markalı 1302AZ**********11nömrəli qaz sayğaca baxış keçirildi, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır, sayğacın çıxış plastmas borusu deşilib, sayğacın klapanı işlək deyıl, xətalar normadan artıqdır, sayğac minimal və nominal sərfiyyatda 100% nisbi xətayla işləyir, hesablama mexanizmi minimal və nominal sərfiyyatda keçən qazın həcmini qeyd etmir . Dəymiş ziyan hesablansın. İş materiallarında olan Azərbaycan Respublikası DNŞ-nin «İddiaçı» İB-yi tərəfindən tərtib edilmiş 17.03.2020-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, G-4 markalı, 1302AZ**********11nömrəli qaz sayğacına baxış keçirilən zaman qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır, sayğacın çıxış plastmas borusu deşilib, sayğacın klapanı işlək deyil, xətalar normadan artıqdır, sayğac minimal və nominal sərfiyyatda 100% nisbi xətayla işləyir, hesablama mexanizmi minimal və nominal sərfiyyatda keçən qazın həcmini qeyd etməsi aşkar edilmişdır.Dəymiş ziyan həcmi 2160 m3 təşkil edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 4.5-ci bəndinə əsasən qaz sayğaçlarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğaçları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydalarının 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydalarının 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir.Həmin qaydalarının 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsi 26.01.2021-ci il tarixli qətnaməsində göstərmişdir ki, fiziki şəxs qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə ümumiyyətlə məsuliyyət daşımır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaçlarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca cavabdeh tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, sayğac yaşadığı evdən kənarda yerləşdiyindən, itirilmiş qazın bərpası məqsədi ilə iddiaçı tərəfindən cavabdehin abuna koduna borcun hesablanması əsassız olmuşdur. Hazırki işdə iddiaçı qaz sayğacının zədələnməsinin məhz cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edən mötəbər, inandırıcı və təkzibolunmaz sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Cavabdeh tərəfindən qaz sayğacının yararsız hala salınmasına görə hesablanmış 216,00 manat məbləğində dəymiş ziyanın, yararsız hala salınmış sayğacın dəyəri olaraq 185,75 manat, 30 manat ödənilmiş dövlət rüsümunun, ümumilikdə 431,73 manatın Cavabdeh alınaraq “İddiaçı” İB-nin hesabına ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar