Məhkəmə qərarları › İş №2(028)-255/2021

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-255/2021

07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-255/2021 07.06.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi ilə, İddiaçı “X2 Azərbaycan” QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı «X2 Azərbaycan» QSC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh «X2 Azərbaycan» QSC-nin xeyrinə 550,96 manat məbləğində əsas borcu, 90,33 manat məbləğində faiz borcu, 83,44 manat cərimə, xərclər və komissiyalar üzrə 5 manat, pretenziyanın göndərilməsi üzrə poçt xərcləri 4,80 manat, cəmi 734,53 (yeddi yüz otuz dörd,53) manat və ödənilmiş 30 manat dövlət rüsumu tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəməyə ünvanlanmış ərizədə iddiaçı göstərmişdir ki, mülki iş üzrə Cavabdeh kredit müqaviləsi üzrə borcunu tam ödəmişdir. Bu səbəbdən də 2(028)-255/2021 saylı iş üzrə iddia tələblərindən imtina edərək mülki işin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Hazırki işdə iddiaçı tərəfindən iddiadan imtina edilməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə məhkəmə iddiadan imtina edilməsini qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 262, 268 və 269-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı “X2 Azərbaycan” QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Qubadlı Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar