Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-271/2021 01.06.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi İddiaçı ASC-nin Cavabdeh qarşı “borc tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27 iyul 2020-ci il tarixli SHKRK-1675 saylı kartmane müqaviləsi üzrə 299,83 manat əsas borc, 37,97 manat faiz borcu və 0 manat dəbbə borcu olmaqla cəmi 337,8 manat borcun və 20 manat ödənilmiş dövlət rüsümuna dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Sahil filialı ilə Cavabdeh arasında bağlanılmış 27 iyul 2020-ci il tarixli, SHKRK-1675 saylı kartmane kredit müqaviləsinə əsasən illik 1%-lə 24 ay müddətinə 300 manat cavabdehə kredit verilmişdir.Müqavilənin şərtlərinə görə cavabdeh kredit üzrə hesablanmış əsas, faiz və cərimə məbləğlərini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.Bu barədə dəfələrlə yazılı və şifahi xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öhdəliyin icrasından qərəzli olaraq yayınmışdır.Cavadeh Ödəniş cədvəlinə əsasən hər ayın 27-dən gec olmayaraq hər ay 12,66 manat ödəniş etməli olduğu halda, öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir.Nəticədə borclunun 27 iyul 2020-ci il tarixli SHKRK-1675 saylı kartmane kredit müqaviləsi üzrə 299,83 manat əsas borc, 37,97 manat faiz borcu və 0 manat dəbbə, cəmi 337,80 manat borcu yaranmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh ünvanlanmış məhkəmə bildirişi Qubadlı rayon İcra Hakimiyyəti vasitəsi ilə cavabdehə çatdırılmış, lakin ondan məhkəməyə heç bir sənəd daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə təqdim edilmiş sübutalara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan SHKRK-1675 saylı 27.07.2020-cİ il tarixli kartmane kredit müqaviləsindən görünür kredit müqaviləsinə əsasən bank (İddiaçı ASC) müştəriyə (Cavabdeh) 24 ay müddətinə 300 manat məbləğdə kredit xətti ayırır və müştəri müqavilə şərtlərinə uyğun olaraq həmin məbləği bank qaytarmağı öhdəsinə götürür. RB02/PK-4391 saylı 27.04.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə kredit öhdəliyi üzrə 299,83 manat əsas borc, 37,97 manat faiz və 0 manat cərimə borcu olmaqla cəmi 337,80 manat borcu vardır. 10-02/800 nömrəli 07.04.2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh İddiaçı ASC-yə borcu barədə məlumatlandırılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizləri hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda, vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 449, 739-cu maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 27 iyul 2020-ci il tarixli SHKRK-1675 saylı kartmane kredit müqaviləsi üzrə 299,83 manat əsas borc, 37,97 manat faiz borcu və 0 manat dəbbə, cəmi 337,80 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-1- 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 27 iyul 2020-ci il tarixli SHKRK-1675 saylı kartmane kredit müqaviləsi üzrə 299,83 manat əsas borc, 37,97 manat faiz borcu və 0 manat dəbbə, cəmi 337,80 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-271/2021
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-271/2021
01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver