Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-281/2021 01.06.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinovun sədrliyi İddiaçı «xxxx» MMC Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 01.06.2018-ci il tarixli müqaviləsinə əsasən HP markalı notebook, Wireless Mouse, notebook çantası üçün 35 manat ödənilməmiş hissə, 3 manat cərimə, 17.07.2018-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********95623 olan Samsung Galaxy J6 markalı telefon üçün 337 manat ödənilməmiş hissə, 33 manat cərimə, cəmi 408 manat borc və 20 manat dövlət rüsumunun iddiaçı «xxxx» MMC-nın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh “xxxx” MMC ilə bağladığı 01.06.2018-ci il və 17.07.2018-ci il tarixli müqavilələrinə əsasən HP markalı notebook, Wireless Mouse, notebook çantası və İMEİ kodu **********95623 olan Samsung Galaxy J6 markalı telefon almış və nəticədə 408 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 01.06.2018-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1350 manat (yəni 18 ay x 75 manat + 0 manat ilkin ödəniş) HP markalı notebook, Wireless Mouse, notebook çantası üçün ümumilikdə 38 manat olmaqla ondan 35 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3 manat cərimə və 17.07.2018-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 780 manat olan (12 ay x 65 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********95623 olan Samsung Galaxy J6 markalı telefon üçün ümumilikdə 370 manat olmaqla ondan 337 manat ödənilməmiş hissə, güzəşt olunaraq 33 manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh 17.07.2018-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********95623 olan Samsung Galaxy J6 markalı telefonu 18.03.2019-cu il tarixinə qədər istifadə etdikdən sonra məhsul 260 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1758 manat təşkil edir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh ünvanlanmış məhkəmə bildirişi cavabdehin ünvanı düzgün olmadığına görə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 01.06.2018-ci il tarixli, K00160443 saylı Müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMC ilə HP markalı notebook, Wireless Mouse, notebook çantasına dair müqavilə imzalamışdır.Müqavilənin 1.1-ci bəndinə görə “xxxx” MMC özünəməxsus olan həmin əşyaları müştəriyə verir, müştəri isə əşyaları müqavilə şərtlərinə əsasən qəbul edir. 01.06.2018-ci il tarixli Əlavədən (Ödəniş Cədvəlindən) görünür ki, müştəri ödənişləri Ödəniş Cədvəlinə uyğun olaraq hər ay (18 ay) 75 manat olmaq şərti ilə ödəməlidir. 01.06.2018-ci il tarixli Bildiriş və Əşyaların Təhvil-təslim Aktından görünür ki, Cavabdeh HP markalı notebook, Wireless Mouse, notebook çantası adlı məhsulu tam qüsursuz halda təhvil almışdır. 17.07.2018-ci il tarixli, 00218070 saylı Müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMC ilə Samsung Galaxy J6 markalı telefona dair müqavilə imzalamışdır.Müqavilənin 1.1-ci bəndinə görə “xxxx” MMC özünəməxsus olan həmin əşyaları müştəriyə verir, müştəri isə əşyaları müqavilə şərtlərinə əsasən qəbul edir. 17.07.2018-ci il tarixli Əlavədən (Ödəniş Cədvəlindən) görünür ki, müştəri ödənişləri Ödəniş Cədvəlinə uyğun olaraq hər ay (12 ay) 65 manat olmaq şərti ilə ödəməlidir. 17.07.2018-ci il tarixli Bildiriş və Əşyaların Təhvil-təslim Aktından görünür ki, Abuşov X1 Galaxy J6 markalı telefon adlı məhsulu tam qüsursuz halda təhvil almışdır. 21.04.2021-ci il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 01.06.2018-ci il tarixli müqaviləsinə əsasən HP markalı notebook, Wireless Mouse, notebook çantası üçün 35 manat ödənilməmiş hissə, 3 manat cərimə, 17.07.2018-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********95623 olan Samsung Galaxy J6 markalı telefon üçün 337 manat ödənilməmiş hissə, 33 manat cərimə, cəmi 408 manat borcu vardır.Cavabdeh 17.07.2018-ci il tarixli müqaviləsinə əsasən İMEi kodu **********95623 olan Samsung Galaxy J6 markalı telefonu 18.03.2019-cu il tarixinə qədər istifadə etdikdən sonra məhsul 260 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıqdan görünür ki, Cavabdeh Cəmiyyətə borcu barəsində “xxxx” MMC tərəfindən xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan avadanlığı cavabdehə vermiş, lakin cavabdeh avadanlığın dəyərini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 600.1,600.4,600.5-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 01.06.2018-ci il tarixli müqaviləsinə əsasən HP markalı notebook, Wireless Mouse, notebook çantası üçün 35 manat ödənilməmiş hissə, 3 manat cərimə, 17.07.2018-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********95623 olan Samsung Galaxy J6 markalı telefon üçün 337 manat ödənilməmiş hissə, 33 manat cərimə, cəmi 408 manat borc və 20 manat dövlət rüsumu iddiaçı «xxxx» MMC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 01.06.2018-ci il tarixli müqaviləsinə əsasən HP markalı notebook, Wireless Mouse, notebook çantası üçün 35 manat ödənilməmiş hissə, 3 manat cərimə, 17.07.2018-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********95623 olan Samsung Galaxy J6 markalı telefon üçün 337 manat ödənilməmiş hissə, 33 manat cərimə, cəmi 408 manat borc və 20 manat dövlət rüsumu iddiaçı «xxxx» MMC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-281/2021
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-281/2021
01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver